Sorğu

Kürdüstan referendumundan nə gözlənilir?

İraqın bölünməsi
Vətəndaş müharibəsi
Nəticəsiz qalacaq
Referendum keçirilməyəcək

Xəbər Lenti

İnfografika

Arxiv

20 Fevral

2017
16:55
838
Prosineçki Azərbaycan millisinə kimin vasitəsiylə gətirilib?

Türkiyəli məşqçi Giray Bulak açıqlamaları ilə diqqət mərkəzinə düşüb.

“TRT Spor” kanalında verilişlərin birində danışan Bulak xorvatiyalı baş məşqçi İqor Tudorun “Qalatasaray”a təyinatını tənqid edib:

“Tudor bundan əvvəl çalışdığı “Karabükspor”dakı səfər matçlarında cəmi 4 xal yığıb. Məgər, belə nəticəsi olan məşqçini böyük komandaya gətirərlər?  Tüdoru “Kayserispor”da qısa zamanda yaxşı işlər görən Sərgən Yalçınla müqayisə edək. Niyə bu gün “Qalatsaray” Sərgəni deyil, Tudoru komandaya gətirir? Ona görə ki, türk klublarının prezidentlərinin Balkan agent mafiyası ilə əlaqəsi var. Balkan ölkələrindən bir məşqçinin qısa fəaliyyəti kifayət edir ki, böyük klublara getsinlər. Biliç “Beşiktaş”da nəyə nail oldu və indi hardadı? “Vest Hem”də! Şenol Günəş “Beşiktaş”da əla iş görür. Bəs onu niyə İngiltərəyə çağırmırlar?”

58 yaşlı çalışdırıcı millimizin xorvatiyalı baş məşqçisi Robert Prosineçkiyə də söz atıb:

“Hamı bilir ki, Robert Prosineçkinin işi “Kayrserispor”da necə uğursuz oldu. Amma nə olsun? Bu gün Prosineçki Azərbaycan millisinin baş məşqçidir. Hansı xidmətlərinə görə? Şota Arveladze yaxşı məşqçidir. Amma bu gün İsraildə çalışır və autsayder olan “Alanyaspor”a keçməyə yaxındır. Balkan məşqçilərin arxasında güclü agent lobbisi durub  Bir agent oyunu gedir. Bizim ölkəmizdə bütün problemlər Klublar Qanunu qüvvəyə mindikdən sonra düzələcək”.

Qeyd edək ki, Giray Bulak son çalışdığı klub "Mersin İdman Yurdu olub. Mütəxəssis hazırda "TRT Spor" kanalında ekspert kimi fəaliyyət göstərir.

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru