Xəbər Lenti
İnfoqrafika
Arxiv
Yazar

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində soyuq silah gəzdirməkdə təqsirləndirilən “Yeni Sabah” Qeyri-Hökumət Təşkilatının sədri İlqar Əliyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.
Prokuror İ. Əliyevə 13 il həbs cəzası istəyib.
Məhkəmə prosesi yanvarın 24-də davam etdiriləcək.
Ötən il Moskva-Bakı aviareysi ilə gələn Azərbaycan vətəndaşı Əliyev İlqar Talışxan oğlu gömrük nəzarətindən keçərkən Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən onun baqajına rentgen aparatı vasitəsi ilə baxış keçirilib və monitorda metal əşyaların təsvirləri əks olunduğuna görə təkrar yoxlama aparılıb.
Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, yoxlama zamanı sərnişin İ. Əliyevə məxsus çamadanda olan şəxsi əşyaların arasından əvvəlcədən gömrük nəzarətinə təqdim olunmayan, elektron, kağız üzərində yazılı və ya şifahi formada bəyan edilməyən, metaldan hazırlanmış 7 ədəd müxtəlif ölçülü və formalı bıçaqlar, 1 ədəd beşguşəli, itibucaqlı ulduz formalı predmet, 1 ədəd kameralı qələm və 1 ədəd kameralı eynək aşkar olunaraq protokol əsasında götürülüb.
İ. Əliyev izahatında “Yeni Sabah” Qeyri-Hökumət Təşkilatının sədri olduğunu və həmin əşyaları Tailandın Pattaya şəhərində olarkən mağazadan aldığını bildirib.
Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin rəyinə əsasən bıçaqlardan 5-i soyuq silah, 1 ədəd eynək və 1 ədəd qələm isə mövcud ola biləcək məlumatları izləmək, dinləmək, köçürmək, pozmaq, əlavə etmək kimi funksiyalara malikdir və onlar gizli yolla informasiya əldə etmək üçün nəzərdə tutulmuş əşyalar hesab olunub.
- 25-04-2018 14:48 Bakıda şagird zorlanıb, valideyinlər aksiya keçirir
- 25-04-2018 14:26 Rövşən Abdullaoğlu ilk dəfə "Abaddon"dan danışdı - VİDEO
- 25-04-2018 12:59 Sabah müşahidə olunacaq hava proqnozu açıqlanıb
- 25-04-2018 12:33 Bakının polis bölmələrindən birinə rəis təyin olunub
- 25-04-2018 12:18 Övladına tərbiyə verə bilməyən valideynlər cəzalandırıldı
- 25-04-2018 11:31 Milli Məclisin iki komitəsinə yeni üzvlər seçiləcək
- 25-04-2018 11:19 Məsciddən külli məbləğdə pul oğurlanıb
- 25-04-2018 11:09 Regional layihəyə start verilir
- 25-04-2018 09:58 Təbriz küçəsində işlər qismən yekunlaşıb
- 25-04-2018 09:48 Cinayət törətməkdə şübhəli bilinən 28 nəfər saxlanılıb
- 25-04-2018 09:30 Ötən gün yol qəzalarında 3 nəfər ölüb
- 25-04-2018 09:22 Milli Məclisin növbəti iki iclasının tarixi və gündəliyi müəyyənləşib
- 25-04-2018 09:16 "Yol hərəkəti haqqında" qanuna dəyişiklik edildi
- 24-04-2018 22:18 Azərbaycanlı turistlər ən çox bu ölkələrə səfər edirlər -STATİSTİKA
- 24-04-2018 21:45 Metronun sabiq rəis müavininin qızı Azərbaycan xalqını təhqir etdi və üzr istədi - Yenilənib
- 24-04-2018 20:49 Şəmkirdə toya gedənlər qəzaya düşdü: 2 ölü, 3 yaralı
- 24-04-2018 20:38 Bu prospektdə nəqliyyatın hərəkəti məhdudlaşdırılır
- 24-04-2018 16:57 Bakıda olan dünyanın ən nəhəng palçıq vulkanı ikinci dəfə püskürüb
- 24-04-2018 16:40 Uşaqların Bakı metrosuna ekskursiyası təşkil edilib-FOTO
- 24-04-2018 16:14 Xarici valyutanın sərhəddən keçirilməsinin qarşısı alınıb
- 24-04-2018 14:29 Prezidentin işdən çıxardığı komitə sədri qızının toyunu təxirə salıb - FOTO
- 24-04-2018 14:17 Bakının qoçu sürücüsü – Həm qayda pozur, həm də “trasda” təpik atır – VİDEO
- 24-04-2018 13:25 Aprelin 25-nə olan hava proqnozu açıqlanıb
- 24-04-2018 11:12 Gürcüstanda azərbaycanlı ailənin evinə silahlı basqın olub
- 24-04-2018 10:45 Milli Məclisin komitəsinə yeni sədr seçiləcək

® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı
Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.
25-04-2018 14:57
ƏLAQƏLƏR
  (+994 70) 870-47-49      (+994 55) 786-96-84
  [email protected]