Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

10 Avqust

2017
14:22
764
Professor Rafiq Əliyev Lütfi Zadə xəbərinə aydınlıq gətirib

Hər həftə Lütfi Zadə ilə danışıram. Dünən mediada yayılan xəbərləri oxuyandan sonra Bakı vaxtı ilə gecə saat 1:00-da, yəni Kaliforniya vaxtı ilə gündüz saat 1-də evinə zəng edib özü ilə danışdım. Düşünürəm ki, belə yazılara ehtiyac yoxdur, bir var, kiminsə vasitəsilə danışasan, bir də var bilavasitə özü ilə. Zadə hazırda evdədir, səhhəti qaydasındadır.

Bu sözləri Teleqraf.com-a açıqlamasında Amerikada yaşayan azərbaycanlı alim Lütfi Zadə yaxın dostu, tələbəsi və varisi olan professor Rafiq Əliyev alimin səhhətinin pisləşməsi barədə mediada yayılan xəbərlərə reaksiya verərkən deyib.

Hazırda xaricdə olduğunu qeyd edən Rafiq Əliyev bildirib ki, Lütfi Zadə ilə telefon danışığında avqustun 22-23-də keçirilməsi nəzərdə tutulan konfrans barədə danışıblar:

“Yaxşı ki, zəng vurmusunuz, bir az bu camaatı sakitləşdirmək lazımdır. 12 saat bundan qabaq özü ilə əlaqə yaratdım, bu ayın sonu Budapeştdə onun fəxri rəhbərliyi, mənimsə sədrliyimlə beynəlxalq konfrans keçiriləcək, həmin konfransı müzakirə elədik.

Dünyanın dəvətli olan məşhur alimləri barədə danışdıq, söylədi ki, onlara salam de. Mənə dedi, çox sağ ol ki, zəng vurmusan. Söhbətimiz belə qurtardı”.

Xatırladaq ki, dünən Lütfi Zadənin səhhətinin pisləşməsi və Azərbaycanda dəfn edilmək arzusunu dilə gətirməsi haqda xəbərlər yayılmışdı.

Məqalədə : Lütvi Zadə Rafiq Əliyev 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru