Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

17 Aprel

2019
14:16
431
“Problemli kreditlərlə bağlı bütün işlər dayandırılıb”

"Problemli kreditlərlə bağlı məhkəmə işlərinin geri çağırılması barədə fərman dərc olunan kimi bütün işlər dayandırılıb". 

Bu sözləri Ali Məhkəmənin sədri Ramiz Rzayev mətbuat konfransında deyib.

O bildirib ki, Maliyyə Bazarlarına Nəzarət Palatası ilə birgə işçi qrup yaradılıb və işlər görülür:

"İddiaçılara tövsiyə edirik ki, gəlib iddia ərizələrini geri götürsünlər".

***

Ali Məhkəmənin Mülki Kollegiyasının sədri Əsəd Mirzəliyev bildirib ki, problemli kreditlərlə bağlı məhkəmə işlərinin icraatı təxirə salınıb:

"Bu bir bank üzrə deyil, bir vətəndaşın bütün banklarda olan kreditlərinin toplam məbləğinə aiddir. Buna görə də bu proses uzun vaxt aparır, bütün banklara sorğu verilir və vətəndaşın bir neçə bankda olan kredit məbləğinin 10 min dollardan artıq olub-olmadığı müəyyənləşdirilir".(Qafqazinfo)

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Ramiz Rzayev 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-04-2019 06:38



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru