Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

23 Aprel

2018
16:44
16866
Prezident yeni təhsil nazirini təyin etdi

Prezident İlham Əliyev yeni təhsil nazirinin təyin olunması haqda sərəncam imzalayıb. Dövlət başçısı bu vəzifəyə hazırda nazir səlahiyyətlərini icra edən təhsil nazirinin müavini Ceyhun Bayramovu təyin edib. 

Qeyd edək ki, Ceyhun Əzizoğlu Bayramov 1973-cü ildə Bakıda anadan olub. 1990-cı ildə orta məktəbi gümüş medalla, Azərbaycan Dövlət İqtisad İnstitutuna fərqlənmə diplomu ilə bitirib.

Azərbaycan Universitetində hüquqşünas ixtisasına da yiyələnib.

O, 1996-2000-ci illərdə Vergilər Nazirliyində müxtəlif vəzifələrdə çalışıb, 2000-2002-ci illərdə “Salans Hertzfeld & Heilbronn (Baku) Limited” şirkətində hüquqşünas, 2002-2013-cü illərdə isə OMNİ hüquq şirkətinin direktoru olub.

2004-2012-ci illərdə dünyanın aparıcı hüquq nəşrlərindən olan “Chambers Global”, “IFLR1000” və “Legal500” tərəfindən hər il Azərbaycanda vergiqoyma və mülki hüquq sahəsində aparıcı hüquqşünaslar siyahısına daxil edilib.

2013-cü il mayın 30-dan avqustun 12-dək Təhsil Nazirliyi aparatının rəhbəri vəzifəsində çalışıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 12 avqust 2013-cü il tarixli sərəncamı ilə təhsil nazirinin müavini vəzifəsinə təyin olunub.

Evlidir, 2 övladı var.

Şərhlər
Aida Mirzeyeva tərəfindən 26-04-2018 12:33:42 tarixində yazıldı
Tehsil naziri
Mövzu menimsenilmemiş,yeni mövzu başlayırTekrar yoxdur.Ona göre de şagird öyrendiklerini yaddan çıxarır.Men Riyaziyyat dersliyini nezerde tuturam. Azerbaycan dili dersliyinde - yeni oxumağa başlayan uşaq o qeder standarta cavab vermelidir ki,cümlə,cümlənin növleri,söz birləşməsi və s...Dersliye salınan metnler de bir senzuradan keçse idi,daha yaxşı olardı.
Aygun Hesenova tərəfindən 26-04-2018 12:34:25 tarixində yazıldı
yeni nazir
Təhsil nazirliyi gelib dersleri bir az yungullesdirse yaxşı olar meselen 1,sinifin proqramı elə evelki qaydada olsa lap yaxşı olar yoxsa indi. Uşaqlarda inkişaf yox əksinə tupoylasmaq gedir uşaq bilmir neyi oyrensin nəyi yada saxlasın 5yasli uşaq dərs oyredirsen ilk sözü bu olur mənim yazı yazmaq vaxtım deyil oyun oynayib multike baxma vaxtımı Bu dərs proqramları sadelesseydi lap yaxşı olardı
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


26-05-2018 06:21

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com



Рейтинг@Mail.ru