Sorğu

Kürdüstan referendumundan nə gözlənilir?

İraqın bölünməsi
Vətəndaş müharibəsi
Nəticəsiz qalacaq
Referendum keçirilməyəcək

Xəbər Lenti

İnfografika

Arxiv

04 Oktyabr

2016
16:22
628
Prezidentlərin görüşü haqda rəsmi AÇIQLAMA

ATƏT-in Minsk qrupunun həmsədrləri Azərbaycan və Ermənistan prezidentləri – İlham Əliyev və Serj Sərqsyanın  Dağlıq Qarabağ münaqişəsini nizamlanması üzrə növbəti görüşün keçirilməsinə razılıq verəcəklərinə ümid edir. FaktXəbər-in verdiyi məlumata görə, bu barədə bunu ATƏT-in Minsk qrupunun ABŞ-dan olan həmsədri Ceyms Uorlik RİA Novosti-yə deyib.

Qeyd edək ki, bundan əvvəl  Azərbaycan və Ermənistanın dövlət başçılarının görüşü, RF prezidenti Vladimir Putinin iştirakı ilə iyunun 20-də Sankt Peterburqda üçtərəfli görüş zamanı olub.

«Növbəti görüş üçün prezidentlərin razılığına ümid edirik. Hazırda növbəti görüşün vaxtı və yeri müəyyən edilməyib», - deyə Uorlik əlavə edib.

Onun sözlərinə görə,həmsədrlər bu razılıq üçün tərəflərlə iş aparırlar.

«Həmsədrlər Nyu-Yorkda BMT Baş Assambleyasında Ermənistan və Azərbaycanın xarici işlər nazirləri ilə ayrılıqda görüşlər keçirib. Görüşlərdə Vyana və Sankt-Peterburqda əldə olunmuş razılıqlar, eləcə də gələcək addımlar müzakirə olunub. Ayın sonunda regiona səfərimiz zamanı tərəflərlə görüş keçirməyi və məsələləri müzakirə etməyi planlaşdırırıq",-deyə Uorlik əlavə edib.

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru