Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

13 İyul

2017
11:27
1224
Prezident İlham Əliyev icra başçılarına dekabrın 15-nə kimi vaxt verib

Dünən Nazirlər Kabinetinin iclasındakı yekun nitqində Azərbaycan Prezidenti İlham Əliyev ölkə iqtisadiyyatına özəl sərmayələrin artırılmasının vacibliyi haqda danışıb. FaktXəbər-in məlumatına görə, prezident çıxışında yerli icra orqanlarının işləri barədə ilin sonunda ona hesabat veriləcəyini deyib:

"Bəzi hallarda yerli icra orqanları investorlara kömək etmək əvəzinə problemlər yaradırlar, nəticədə özəl investisiyalar iqtisadiyyatdan yayınır. Bunlara son qoyulmalıdır. İlin sonunda - dekabr ayında Prezident Administrasiyası və İqtisadiyyat Nazirliyi mənə məlumat, siyahı verməlidir ki, hansı rayonda nə qədər özəl sərmayə cəlb olunub. Hər bir icra başçısının işinə, o cümlədən bu göstəriciyə görə qiymət veriləcək. Mən müşavirələrin birində də demişəm ki, icra başçılarının fəaliyyətinə, o cümlədən bu göstəriciyə görə qiymət veriləcəkdir. Bir daha deyirəm ki, dekabrın 15-də mənə geniş arayış təqdim edilsin və ondan sonra həm yüksək qiymət veriləcək, həm də cəza tədbirləri görüləcək."

Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru