Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

14 Sentyabr

2018
10:53
Prezident İlham Əliyev Ayaz Mütəllibovun müraciətinə reaksiya verdi

Azərbaycan prezidentinin tapşırığı ilə  sabiq prezident Ayaz Mütəllibovun yaşadığı binada foyenin satılması ilə bağlı müraciəti üçün tədbirlər görülüb.

FaktXeber.com-un Haqqin.az-a istinadla verdiyi məlumata görə, müraciətin  yoxlanılması nəticəsində Azərbaycan Respublikası Prokurorluğu  Qurban Xəlilov küçəsi, 5 ünvanında Tapet Oil Gas Co LTD-nin uyğun əmlkana həbs qoyulması məqsədiylə  tədbir həyata keçirib.

Azərbaycan Qanunvericiliyinə uyğun olaraq əmlaka həbs məhkəmə qərarı ilə verilir.

Xatırladaq ki, bir müddət əvvəl  KİV-də sabiq prezident Ayaz Müttəlibov, jurnalist Şahin Haciyev və Q.Xəlilov küçəsində 5 saylı binada yaşayan  digər sakinlərin binanın foyesinə  çıxarış verən dövlət orqanının qanunsuzluğu ilə bağlı müraciəti dərc edilmişdi.

Qeyd edək ki, Contact.az saytının rəhbəri bununla bağlı məqalə dərc etmişdi. Həmin məqaləni təqdim edirik:

Qanunlar kimin üçün yazılır?

Qanunun aliliyi səviyyəsi barədə məlumatı olan müasir Bakı sakini, yəqin ki, belə cavab verər - heç kim üçün.

Amma orta əsrlər fransız hökmdarlarından biri fikrini daha konkret şəkildə ifadə edib:

Özümüzünkilərə - hüquqlar, digərlərinə - qanunlar.

Yəni bizimkilərə hər şey olar.

1997-ci ildə Bakıda N.Nərimanov abidəsinin yaxınlığında, Qurban Xəlilov küçəsi, 5 ünvanında ilk yüksək mərtəbəli yaşayış binalarından biri tikilib.

Daşınmaz əmlakın sahibi Türkiyə vətəndaşlarına məxsus Tapet şirkəti idi.

Şirkət Bakıda yanacaqdoldurma məntəqələri açır, torpaq sahələri əldə edirdi və hətta kiçik armatur istehsalı zavodu tikmişdi.

Amma bir mərhələdə işlər tərs getdi: yanacaqdoldurma məntəqələri satıldı, zavod başqa sahibə verildi, daşınmaz əmlak banklara girov qoyuldu.

Tezliklə şirkət faktiki olaraq müflis oldu, girov qoyulmuş əmlakı, o cümlədən həmin yaşayış binasındakı 14 mənzili banklar aldı.

Tapet-in sahibləri sata bildikləri hər şeyi satdılar və ölkəni tərk etdilər. Amma Vergilər Nazirliyi şirkətə qarşı 800 min manatlıq iddia irəli sürdü və nazirlik işçiləri dəfələrlə yaşayış binasına gələrək, borcluları axtardı, çünki firmanın hüquqi ünvanı evdəki mənzillərin birində qeydiyyatda idi.

Beş ildir ki, binanın istismarı üzrə bütün qayğılar sakinlərin öz çiyinlərinə düşür. Bu, Tapet-in bu öhdəlikləri yerinə yetirməkdən imtina etdikdən sonra baş verib.

Bütün məsələləri özləri həll etməli olacaqlarını başa düşən sakinlər Mənzil Mülkiyyətləri Müştərək Cəmiyyətini (MMMC) qurublar.

Ölkənin Mənzil Məcəlləsi sakinlərə birbaşa sakinlərin bu cür qurumlar və formalaşdırmağı öz təsərrüfatlarını idarə etməyi tövsiyə edir. Bu qurum sakinlərə qeyri-yaşayış yerlərinə və binaya bitişik ərazilərə sahib olmaq və onları idarə etmək üçün tam hüquq verir.

Bununla belə, keçmiş sakinlər üç il ərzində dəfələrlə müxtəlif işbazları binaya göndərərək, binanın birinci qeyri-yaşayış mərtəbəsinin (foyesinin) ələ keçirilməsini rəsmiləşdirməyə çalışıb, amma hər dəfə onlar sakinlərin müqaviməti ilə qarşılaşıb.

Bu vəziyyətdə şirkətin keçmiş sahibləri ictimai mülkiyyətin ələ keçirilməsi qanuniləşdirməyin və bir qədər pul qazanmağın "orijinal" yolunu tapıblar.

Onlar Cənubi Afrika Respublikasında gizlənərək, bir qadına şifahi etibarnamə (!) verirlər, o da öz növbəsində Tapet-in keçmiş sürücüsünə etibarnamə verir.

Beləliklə, bu sürücü bir ay əvvəl binaya gəlib və sakinlərə deyib ki, foyeni satmaq niyyətindədir, amma sakinlərə "hörmət" etmək istəyir. Bu hörmətin nədən ibarət olacağı haqqında suala cavabda sürücü-makler deyib ki, foyeni 100 min manata sakinlərin özlərinə satmağa hazırdır (!).

Yaşayış binasının fiyesinin ümumi istifadəyə aid olan digər məkanlar kimi (pilləkənlər, şaxtalar, binaya bitişik dayanacaq, uşaq meydançası və s.), qanunvericiliyə əsasən, sakinlərin ortaq mülkiyyəti olduğu və onların razılığı olmadan kiməsə satıla və ya verilə bilməyəcəyi barədə etirazlara cavab olaraq sürücü-makler "dəmir" arqumentini - 2016-cı ildə Əmlak Nazirliyinin Dövlət Reyestri tərəfindən Tapet-in adına verilmiş qəbalə kağızını göstərib.

Sakinlərin bunun Azərbaycan Mənzil Məcəlləsinin 35-ci maddəsinə zidd olduğu barədə etirazlarının özünü Tapet-in qanuni nümayəndəsi adlandıran maklerə heç bir təsiri olmayıb.

Sakinlərə təzyiq və şantaj bir neçə həftə davam edib: hər gün "alıcılar" və onların nümayəndələri gəlib. Alıcılar arasında polis generallarının, Yasamal rayonu notariusunun, restoran sahibinin və nüfuzlu binada 189 kv. metrlik meydana göz qoymuş digər məmurların adları çəkilib.

Sakinlərin boş oturduğunu demək olmaz. Hələ 2016-cı ildə ölkənin Baş Prokurorluğu yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinə müvafiq müraciət göndərilib. Oradan ərizə şəhər prokurorluğuna, oradan isə rayon prokurorluğuna göndərilib. Rayon prokuroruna sakinlərin məhkəməyə müraciət etməsi haqqında cavab gəlib.

Amma prokurorluq müflis olmuş firmanın yaşayış binasının foyesini necə və hansı əsaslarla özəlləşdirə bilməsi haqqında suala heç bir maraq göstərməyiblər.

Dövlət reyestrindən də analoji cavab gəlib, onlar foyeni kimin, nə vaxt və hansı əsaslarla özəlləşdirdiyini bildirməkdən imtina ediblər. Daşınmaz Əmlakın Dövlət Reyestrinin Bakı Ərazi İdarəsinin rəis müavini Zəfər Əbdülov vəkilin sorğusuna göndərdiyi cavabda binadakı qeyri-yaşayış yerlərinin özəlləşdirilb-özəlləşdirilmədiyini bildirməkdən imtina edib.

(maraqlıdır ki, təxminən elə həmin vaxt Dövlət Reyestri Tapet-in adına foyenin qəbalə kağızını verib!)

Bu yaxınlarda sakinlərin rayon polisinə müraciəti isə gülməli şəkildə davam edib. Əvvəlcə sahə polisi sakinlərin həqiqətən foyelərini satmaq istəyənlərin özbaşınalığından şikayət edib-etmədiyini təsdiq etməyi xahiş edib. Amma sonradan elə həmin sahə polisi maklerlə birlikdə binaya gəlib və onun əlində qəbalə kağızı olduğunu və əməllərində qanunsuz heç nə olmadığını bildirib...

Korrupsiya və rüşvət vasitəsilə bir çox məsələlərin həll edilməsinin mümkün olması heç kimi təəccübləndirməz.

Amma Kərəm Həsənovun işçilərindən nə düşündüklərini və 2016-cı ildə ictimai mülkiyyətə qəbaləni hansı əsasla verdiklərini soruşmaq çox maraqlı olardı. Bəlkə onlar Mənzil Məcəlləsinin mövcudluğundan xəbərsizdirlər? Vəziyyətlə yerində tanış olmadan, ictimai mülkiyyətin digər sakinlərinin fikrini soruşmadan və onların razılığını almadan necə qəbalə kağızı verə bilərdilər?

Bunun necə baş verdiyini təxmin etmək çətin deyil. Bu qanunsuzluğu törədənlərin cəzalandırılacağına inanmaq çətindir. Elə bu yerdə Fransa hökmdarının qanunların kimin üçün yazıldığı haqqında sözləri yada düşür.

Necə olursa olsun, sakinlər təslim olmaq niyyətində deyillər və ölkədə qanunların təkcə başqaları üçün deyil, özlərininkilər üçün də mövcud olduğuna ümid edərək, öz hüquqlarını bütün qanuni metodlarla müdafiə edəcəklər.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Ayaz Mütəllibov 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


13-12-2018 21:55



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com