Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

03 Mart

2016
16:52
6163
Prezidentin saatındakı `GİZLİ MESAJ` - FOTO

Amerikada vətəndaş müharibəsi zamanı prezident olmuş Avraam Linkolnun zəncirli cib saatında "gizli" mesaj olduğu aydın aşkara çıxıb. Vaşinqtondakı Tarix Muzeyi rəsmiləri keçmiş prezidentin 1850-ci illərdə satın aldığı saatın mexanizminə bir təmirçi tərəfindən yazı yazıldığını müəyyənləşdiriblər.

Saatın qızıl mexanizminə işlənən yazıda vətəndaş müharibəsində atılan ilk gülləyə ithaf edilir və ölkənin başında bir prezidentin olmasından duyulan məmnuniyyət dilə gətirilir: "13 aprel 1861: Sumter qalası üsyançıların hücumuna məruz qaldı. Allaha şükür, başımızda hökumət var".

Saatın çarxına mikro hərflərlə çox ustalıqla işlənən yazının, 1861-ci ildə təmirçi Conatan Dillon tərəfindən həkk olunduğu bildirilir. Ehtimal olunur ki, saat zədələndiyi üçün o tarixlərdə Avraam Linkoln təmir üçün saatsaza göndərib.

Muzey direktoru Brent Glass, "Linkoln cibində belə bir mesaj daşıdığından tamamilə məlumatsız olub. Görünür, saatsaz tarixi bir hadisəni qeyd etmək istəyibmiş", - deyib. 

Saat 1958-ci ildə muzeyə verilib və içindəki mesaj bu yaxınlara qədər aşkara çıxmayıb.

Linkoln 1861-1865-ci illər arasında ABŞ-ın 16-ci prezidenti olmuşdu. O, 1865-ci ildə - müharibənin sonlarında bir cənublu tərəfindən öldürülmüş, müharibəni isə şimallılar qazanmışdı.

Respublikaçı Linkoln quldarlığı ləğv etdiyi və ABŞ-ın bütövlüyünü müdafiə etdiyi üçün ən böyük prezidentlərdən sayılır.

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru