Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

11 İyul

2017
20:41
602
Prezident generalı işdən çıxardı
Generalın vəzidəsindən qovulması oğlu Rüstəm Orucovun xuliqanlıq etməsindən sonra baş verib

Prezident İlham Əliyev Novruzəli Orucovun Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin həqiqi hərbi xidmətə çağırış üzrə müavini vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

Generalın vəzidəsindən azad edilməsi oğlu Rüstəm Orucovun yol hərəkəti qaydalarını pozması və avtobus sürücüsünü döyməsinə görə saxlanılmasından sonra baş verib.

Xəbər verdiyimiz kimi, avtomobil idarə etmək hüququndan məhrum olunmuş Rüstəm Orucov qanunsuz olaraq 10-OG-300 nömrə nişanlı BMW markalı avtomobilin sükanı arxasında yol hərəkəti qaydalarını pozub və 8 saylı marşrut avtobusunun sürücüsü Sənan Səmədovun haqlı iradlarına səbəb olub.

Həmin iradlara cavab olaraq, Rüstəm Orucov sərnişinlərin gözü qarşısında avtobus sürücüsünə hücum edib və xuliqanlıq hərəkətləri edərək, onu döyüb. Yüksək rütbəli insanın oğlunun bu cür qanun pozuntuları ilk dəfə deyil ki baş verir. 2014-cü ildə Rüstəm Orucov piyadanı vurmuş və hadisə yerindən qaçmışdı. Sonradan o tutulmuş və 4 il müddətinə azadlıqdan məhrum edilmişdi. Müddətin üçdə bir hissəsini çəkdikdən sonra R.Oricov azadlığa çıxmışdı. Lakin zaminə buraxıldığı dövrdə yenidən cinayət törədib. İyulun 4-də Binəqədi Rayon Polis İdarəsində onun barəsində cinayət işi başlanıb və məhkəmənin qərarı ilə Rüstəm Orucov həbs edilib.

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru