Tarix:13-04-2017 13:53
Prezident İlham Əliyev "Hacı Cavad" məscidi ilə bağlı tapşırıq verdi
Şərh yaz
Azərbaycan Prezidenti İlham Əliyev Yasamal rayonu Abdulla Şaiq küçəsi 79 ünvanında yerləşən Hacı Cavad məscidinin sökülməsi ətrafında yaranan vəziyyəti araşdırmaq üçün xüsusi komissiyanın yaradılması barədə tapşırıq verib.
 
FaktXəbər-in məlumatına görə, bu haqda Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Azərtac-a məlumat verib.
 
Onun sözlərinə görə, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Yasamal rayonu Abdulla Şaiq küçəsi 79 ünvanında yerləşən Hacı Cavad məscidinin sökülməsi ilə bağlı yaranmış vəziyyətdən narahat olub. Dövlət başçısı narazılıq edən inanclı insanların reaksiyasını nəzərə alaraq məscidin söküntüsünün dayandırılması, məsələnin hərtərəfli araşdırılması, binanın texniki vəziyyətinin tam obyektiv qiymətləndirilməsi və müvafiq təkliflərin təqdim olunması məqsədilə xüsusi komissiyanın yaradılması barədə tapşırıq verib.
 
Əli Həsənov qeyd edib ki, Azərbaycan dövlət müstəqilliyi əldə etdikdən sonra xalqımızın dini-mədəni irsinin qorunub saxlanması və inkişaf etdirilməsi, din və vicdan azadlığının təmin olunması, dövlət-din münasibətlərini tənzimləyən qanunvericiliyin müasir dövrün tələblərinə uyğun təkmilləşdirilməsi, dini abidələrin, məscidlərin, ibadət evlərinin təmir və bərpa olunması, hər bir şəxsin dini ehtiyaclarının ödənilməsinə zəruri şəraitin yaradılması dövlət siyasətinin əsas istiqamətlərindən birini təşkil edib.
 
Azərbaycan xalqının milli-mənəvi və dini dəyərlərinə böyük ehtiramla yanaşan ümummilli lider Heydər Əliyev müstəqilliyin ilk illərində məhdud imkanlara baxmayaraq, Sovet dövründə fəaliyyəti dayandırılmış və yararsız vəziyyətə düşmüş məscidlərin bərpası və yenidən qurulmasına xüsusi diqqət yetirib. Heydər Əliyevin 1994-cü ildə imzaladığı sərəncama əsasən dağıdılmış tarixi Bibiheybət məscid-ziyarətgah kompleksi yenidən tikilərək 1998-ci ildə dindarların istifadəsinə verilib.
 
Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dini məbədlərin bərpası işləri sonrakı dövrdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Heydər Əliyev Fondu tərəfindən daha genişmiqyaslı şəkildə davam etdirilib. Təzəpir məscidi, İçərişəhər Cümə və Həzrət Məhəmməd məscidləri, Əjdərbəy məscidi, Şamaxı Cümə məscidi, Gəncə “İmamzadə” kompleksi və onlarla digər dini abidə və məscid dövlət tərəfindən əsaslı şəkildə təmir və bərpa edilmiş, habelə Heydər Məscidi kimi Cənubi Qafqazın ən böyük və müasir məscidi tikilmişdir. Bundan başqa, Heydər Əliyev Fondu “Tolerantlığın ünvanı - Azərbaycan” layihəsi çərçivəsində ölkənin müxtəlif regionlarında çoxsaylı məscid və ibadət evlərini bərpa edib.
 
Ümumilikdə, əgər SSRİ dövründə Azərbaycanda cəmi 17 məscid fəaliyyət göstərirdisə, 2017-ci ilin əvvəlinə onların sayı 2166-ya çatmışdır. Hazırda ölkədə 306 məscid dövlət tərəfindən tarixi abidə kimi qorunur.
 
İslam dini-mənəvi dəyərlərinə sıx bağlı olan Azərbaycanda dini bayramlar mütəmadi qaydada dövlət səviyyəsində qeyd olunur, dini ayinlərin icrasına hərtərəfli şərait yaradılır. Təsadüfi deyil ki, dini tolerantlığın məkanı kimi tanınan ölkəmizdə tarixdə ilk dəfə olaraq Heydər Məscidində vəhdət namazı qılınıb. Azərbaycanda heç vaxt dini və milli ayrı-seçkilik olmamış, bütün dinlərin nümayəndələri dinc və qarşılıqlı anlaşma şəraitində yaşamışlar. Prezident İlham Əliyev dəfələrlə qeyd etmişdir ki, bu bizim həyat tərzimizdir, irəliyə doğru inamla getməyin ən optimal yoludur.
 
Azərbaycan həm də dünyada İslam mədəniyyətinin təbliği sahəsində önəmli tədbirlər həyata keçirir, islamofobiya meyllərinə qarşı açıq mübarizə aparır. Prezident İlham Əliyev xarici səfərləri çərçivəsində, beynəlxalq tədbirlərdə İslam dünyasını ləyaqətlə təmsil edir, öz çıxışlarında islamofobiyanı kəskin pisləyir, İslam mədəni irsinin və multikulturalizm ideyasının təşviqinə əməli töhfə verir. Fransanın məşhur Luvr muzeyində İslam bölməsinin yaradılması, Vatikanda İslam mədəniyyətini təbliğ edən sərginin təşkili Azərbaycanın bu istiqamətdə atdığı çox önəmli addımlardır. Təsadüfi deyil ki, Bakı şəhəri 2009-cu ildə İSESCO-nun dəstəyi ilə İslam mədəniyyətinin paytaxtı elan olunmuş, həmçinin qədim şəhərimiz Naxçıvan 2018-ci ildə ikinci dəfə Azərbaycanı bu statusda təmsil edəcək.
 
2017-ci ili “İslam Həmrəyliyi İli” elan edən Azərbaycan müsəlman aləmində birliyi möhkəmləndirmək, İslamın sülh və mədəniyyət dini olduğunu bütün dünyaya göstərmək üçün çoxsaylı tədbirlər təşkil edir. May ayında Bakıda keçiriləcək İslam Həmrəyliyi Oyunları təkcə idman yarışı yox, eyni zamanda, bütün İslam dünyasının birlik, həmrəylik günləri olacaq.
 
Prezidentin köməkçisi vurğulayıb ki, son illər respublikamızda genişmiqyaslı quruculuq-abadlıq işləri həyata keçirilir, bütün sosial-iqtisadi və mədəni infrastruktur müasirləşdirilir. Bakı şəhərində ən müasir standartlara uyğun parklar, xiyabanlar, yollar salınır, yeni binalar tikilir. Bu mənada Bakının Yasamal rayonunun “Sovetski” adlandırılan ərazisində aparılan yenidənqurma işləri paytaxtımızda həyata keçirilən quruculuq-abadlıq işlərinin tərkib hissəsidir. Həmin ərazidə köhnə, istifadəyə yararsız, lazımi kommunal şəraiti olmayan, paytaxtımızın müasir görünüşü ilə uyğunlaşmayan evlər və sosial obyektlər sökülür, vətəndaşlar şəhərin başqa yerlərində yeni müasir mənzillərlə təmin olunur. Həm də əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına yönəlmiş bu tədbirlər sakinlər tərəfindən razılıqla qarşılanır.
 
Əli Həsənov ölkə prezidentinin məscidin söküntüsünün dayandırılması ilə bağlı tapşırıq verdiyini və mövcud vəziyyətin araşdırılması ilə bağlı müvafiq komissiyanın işə başladığını nəzərə alaraq, həmin ərazidə toplaşan insanları təmkinlə davranmağa və oranı tərk edərək komissiyanın işi üçün zəruri şərait yaratmağa çağırıb.
Orphus system Mətndə orfoqrafik səhv aşkar etdinizsə, həmin hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
İmza :
Teqlər :
Azərbaycan - Prezidenti - Hacı - Cavad - məscidi - ilə - bağlı - tapşırıq - verdi -
Paylaş :
Mail Yazdır Şərh yaz 0 dəfə şərh edilib
Tarix:13-04-2017 13:53 - Oxundu: 7672
Ölkə
24-04-2017 22:04 Bakıda metro qatarı tuneldə qalıb
24-04-2017 20:54 Apteklərdə "Rivanol" tozu yoxa çıxıb - 20 qəpiklik dərmanı məhlul şəklinə salıb 5,20 qəpiyə satırlar - VİDEO
24-04-2017 20:22 İTV-nin baş direktoru vəzifəsinə seçki sabah keçiriləcək
24-04-2017 16:54 Bakıda taksilər üçün vahid TARİF - gecə və gündüzün gedişhaqqı fərqli olacaq
24-04-2017 16:50 Fahişəlik və qumara görə ağır cərimələr tətbiq edilir
24-04-2017 16:47 Havanın pisləşməsi ilə əlaqədar 200-dən çox neftçi təxliyə olunub
24-04-2017 15:03 Bu qanun səsə qoyulsa mən səs vermyəcəyəm - Vahid Əhmədov
24-04-2017 14:36 AŞPA sədri: "Suriyaya səfərim yanlış addım idi"
24-04-2017 14:10 Xaricdən gətirilən tropik malyariya xəstəliyi müşahidə olunur
24-04-2017 14:05 Bakıda daha bir ərazidə ağaclar kəsildi, qarşıdurma yarandı - VİDEO
24-04-2017 12:23 Bu küçələrdə hərəkət məhdudlaşdırılacaq
24-04-2017 12:14 Rayonlar işıqsız qalıb? – "Azərişıq"dan AÇIQLAMA
24-04-2017 12:00 Bakı təhlükəsizliyinə görə İrəvan və Moskvadan qabaqdadır - SIYAHI
24-04-2017 11:14 Azərbaycanlı şair intihar etdi
24-04-2017 10:49 Bakı-Ələt yolunda ölümə gedən sürücü kameraya düşdü - VİDEO
24-04-2017 10:43 Tütündən imtina etmək istəyənlər OXUSUN
24-04-2017 10:24 Azərbaycanda biabırçılıq - iş adamı itlərinə toy etdi - VİDEO
24-04-2017 09:19 MTRŞ İTV-nin baş direktoru vəzifəsinə namizədlərin adlarını açıqlayıb
24-04-2017 09:09 "Azercell" abonentlərinə xəbərdarlıq edib
22-04-2017 21:31 Güclü külək Ağstafada fəsadlar törədib
22-04-2017 13:54 Tamaşaçılar "Koroğlu" metrostansiyasından pulsuz istifadə edəcək
22-04-2017 12:20 Bakının daha bir küçəsi təmirə bağlanıb
22-04-2017 11:39 Şəhid məzarına bayraq asmağa kimlər mane olur...
22-04-2017 11:17 Bakıda daha bir Nəqliyyat Mübadilə Mərkəzi yaradılır - FOTO
22-04-2017 11:12 "ANS-lə durum gərgin və arzuolunmazdır"
22-04-2017 11:06 Bakıda köhnə evlərin yerində 245 çoxmərtəbəli bina tikiləcək
22-04-2017 10:33 Allahşükür Paşazadə Gürcüstan prezidenti ilə görüşüb - FOTO
21-04-2017 17:36 Artur Rasi-zadə növbəti dəfə ARDNF-in Müşahidə Şurasının sədri seçilib
21-04-2017 17:35 Milli Şura mitinqi təxirə salıb
21-04-2017 17:08 İqtisadiyyat Nazirliyindən sahibkarlara xəbərdarlıq
21-04-2017 16:03 Musa Pənahov nazir müavini təyin olundu
21-04-2017 15:37 Avropa ilə Azərbaycan arasında vizasız rejim tətbiq oluna bilər
21-04-2017 15:19 ANS-in əmlakının aqibəti necə olacaq? - "Kişidir, qoy eləsin"
21-04-2017 14:42 Bakıda 21 yeni çimərlik yaradılır
21-04-2017 14:20 Bir neçə cəzaçəkmə müəssisəsinin rəisi dəyişib
21-04-2017 14:15 Milli Məclisin komitə iclasında deputatlar arasında mübahisə düşüb
21-04-2017 12:24 Bakıda sürücü ilə polis arasında mübahisə: "Ə deyirəm sənədini..." - VİDEO
21-04-2017 12:16 Bakı metrosunda daha bir yarımstansiya istismara verilib - FOTO
21-04-2017 12:09 Ramil Usubov şəhər və rayon polis rəisləri ilə iclas keçirdi
21-04-2017 11:34 Azərbaycana eşşək südü gətiriləcək- Diqqətli olun
21-04-2017 11:30 Daha bir neçə yolda hərəkət məhdudlaşdırılır
21-04-2017 11:11 Bakıda avtomobildən 7 min manat oğurlanıb
21-04-2017 10:34 Azərbaycana it-pişik idxal edilir - RƏSMİ
21-04-2017 10:11 İki rayonun prokuroru dəyişib
21-04-2017 09:59 70 minə yaxın vergi ödəyicisinin borcu qeyd-şərtsiz silinib
21-04-2017 09:33 Prezident müdaxilə etdi, Abutalıbov sərəncamını geri oxudu - FOTO
20-04-2017 17:53 Prezident Sumqayıtda yolların təmirinə 4 milyon manat ayırıb
20-04-2017 16:01 Yayda satılmayan bəzi malları ucuzlaşdırıblar, 1-2 qəpik… - ARAŞDIRMA
20-04-2017 15:25 Avtovağzal Prezident Administrasiyasına verilməyib
20-04-2017 14:53 Mayda bayramlarla əlaqədar qeyri-iş günləri məlum olub
20-04-2017 14:07 Deputatların etik davranış qaydaları parlamentdə müzakirəyə çıxarılır
20-04-2017 12:39 Azərbaycanda sürücüdən qeyri-adi etiraz - FOTO
20-04-2017 11:51 Ötən ay İrandan Azərbaycana 67 min turist gəlib
20-04-2017 09:43 Azərbaycanda bu ərzaqların qiyməti ucuzlaşdı
20-04-2017 09:41 Azərbaycanda abortla bağlı yeni tələblər
20-04-2017 09:24 "Azercell" abonentlərinə xəbərdarlıq edib
19-04-2017 21:45 Ağcabədidə balıqlar kütləvi şəkildə tələf olub
19-04-2017 16:50 QMİ sədri Qərbin müsəlmanların daxili işlərinə qarışmasından danışdı
19-04-2017 16:41 Bu axşam iki prospektdə hərəkət çətinləşəcək
19-04-2017 16:03 Bakıdan Sumqayıta metrobuslar işləyəcək - YENİLİK

Xəbər Lenti
Bu gün ən çox oxunanlar


Sorğu
Səs ver Nəticələr

Ölkə Siyasət
Dünya Münasibət
Hüquq İqtisadiyyat
Hərb Təhsil
Araşdırma Analiz
Hadisə, Kriminal Top Secret
İdman Maraq Dünyası
Mənəviyat Ailə-Uşaq
Sağlamlıq Foto
Tarix Video
Texnologiya Mədəniyət
Reportaj Vətən uğrunda
Рейтинг@Mail.ru ® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Firefox 3.6+, GoogleCrome10+, Opera 9+, Macromedia Flash, 1360 x 768

Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


Rss - Saytın Xəritəsi - Dizayn : AA Design

Faktxeber.az