İstifadəçi Adı : Şifrə :
Yeni üzvlük Şifrəmi unutdum

Praqmatiklik
"Ayaqların qırıldı deyə gileylənmə, nə bilirsən, bəlkə Allah onların yerinə sənə bir cüt qanad verəcəkdir!"
Şərh yaz

“...Mənə yalnız gözəl səbr gərəkdir...!” (Yusif, 18)

XX əsrin ən geniş yayılmış fəlsəfi cərəyanlarından biri praqmatizmdir. Bu cərəyanın vətəni Amerika Birləşmiş Ştatları hesab olunur. “Praqmatizm” Yunanca praqma sözündən olub, iş, əməl deməkdir. Bu cərəyanın banisi Amerikanın görkəmli məntiqçisi Çarlz Pirsdir (1839– 1914). Onun ən məşhur əsərlərindən biri 1904– cü ildə çap etdirdiyi «Praqmatizm» nədir?» əsəridir. Sonralar isə Onun ideyalarını Uilyam ceyms inkişaf etdirmişdir.

Praqmatizm daim işdən, əməldən danışır, ideyaların və nəzəriyyələrin əməli surətdə yoxlanılması lüzumunu göstərir. Praqmatizm iddia edir ki, elmi məfhumlar, qanunlar, nəzəriyyələr obyektiv reallığın inikası və ya surəti deyildir, bunlar yalnız bu və ya digər məqsədi həyata keçirməkdən ötrü «hərəkət planlarıdır», «alət» və ya «vasitə»dir. Əgər ideya və ya nəzəriyyə «iş görür» və müvəffəqiyyət qazanmağa imkan verirsə, yaxşıdır, yəni düzgündür; əgər buna imkan vermirsə, pisdir, yəni səhvdir. (Kayzen.az)

Bu məntiqlə, praqmatizm dinin müddəalarını çox faydalı, buna görə də düzgün hesab edir. Baxın, Sartr vaxtilə “Hər kəs içində nə varsa onunla yaşayır” yazırdı. Praqmatizm də bir cümlədə eyni şeyi deyir: - Sənin əqidən, ideyan, həyat məqsədin var və onu yalnız emosiya, fikir, söz səviyyəsində saxlamırsan. Onu mütləq əmələ çevirirsən.

Bu dediklərimiz praqmatizmin bir fəlsəfəsi cərəyan olaraq mənası idi. Bir də var praqmatizmin ictimai-sosial həyatımızda və məişətdə olan mənaları. Məişət anlamında isə praqmatik o adamdır ki, öz həyat baxışlarını və əməllər sistemini özü üçün faydalı praktik nəticələr əldə etmək aspekti üzərində qurur. O, soyuqqanlıdır, tələskənlik və emosionallıqdan uzaqdır, təmkinlidir, ona qarşı olan sayqısızlığa qarşı belə reaksiyası soyuqqanlı, ölçülü-biçili və effektivdir. O, özünə qarşı olan hücumlara dolğun cavab verə bilmək üçün müəyyən zamanın gəlməsini gözləyə bilən adamdır. Beləliklə, Praqmatik insanın ilk əlamətidi səbrlilikdi. Əslində səbr tarixdə iz qoymuş bütün dühaların təməl kriteriyasıdır. Çünki bu absolyutdur ki, səbrsiz heçnəyə nail olmaq mümkün deyil.

“Səbri olmayanlar nə qədər də yoxsuldurlar.” - Uilyam Şekspir belə deyirdi. Bu, söz xatirinə deyilən söz deyil, dostlar! Bu, uzun bir həyat təcrübəsinin formalaşdırdığı fikirdir. Doğrudan da belədir. Mən həmişə deyirəm, İnsanları dahi-sıraviyə ayıran səbəb imkanlar deyil, hədəf uğrunda səbr və dirənişdir. Çünki yaşadığımız həyatın formatı elə qurulub ki, rahatlığa çatmaq üçün hökmən əzablı yollardan keçməlisən. Başqa yol yoxdu! Eyni ilə girdəkan kimi; Onun ləzzətli ləpəsindən dadıb həzz ala bilmək üçün qalın qabığını sındırmağı bacarmalısan. Bundan da primitiv bir misal olarmı?! Ona görə də “Sevmədiyinizə səbr etməyincə, sevdiyinizə çatmayacaqsınız!” –deyirdi Həzrəti İsa (ə).

Sözünü etdiyimiz ayənin isə hekayəti özünəməxsusdur. Bu ayədə Allah bizə hər səbri deyil, “səbri-cəmil” –i (“cəmil” ərəb dilindən tərcümədə “gözəl” deməkdir) tövsiyə edir. “Mənə gözəl səbr gərəkdir!” –deyir həzrət Yəqub (ə). Nədir gözəl səbr? Səbrin də gözəli-çirkinimi olur? Bax, bu haqda danışaq biraz, dostlar!

“Gözəl səbr” haqda iki söz deyəcəm.
Birincisi: Gözəl səbr odur ki, çarəsizlikdən və məcburiyyətdən doğmur, o, planlı və düşünülmüş səbr növüdür. Səbr etməmə imkanın olub da səbr etmək. Məsələn, bir ittiham (ya sual, ya tənqid) qarşısında daha dəqiq danışa bilmək üçün müəyyən müddət susmaq, səbr etmək. Bu, sualdan qaçış deyil, bu tip səbrin səbəbi qorxaqlıq deyil, rasionallıq və məntiqdir.
Bəzi yerlərdə emosional davranmaq olmaz! Tələsik reaksiya, tələsik cavab səni uçuruma apara bilər. Təmkinli olursan, sözü, ittihamı (müvəqqəti olaraq) həzm edirsən. Həzm edirsən ki, vaxtında çox layiqli və qane edici cavab verə biləsən. Bu, gözəl səbrdi, çünki gözəl nəticə verir. Çünki tərkibində məntiq var. Çox çətindi amma faydalıdı.
Gözəl səbr! Baxın, dostlar, bir zamanlar ustadıma verdiyim bəzi sualların cavabını 2-3 il sonra alırdım. Mən unutmuşam artıq verdiyim sualı, o isə unutmayıb; Bax, oğlum, bu, 3 il öncə verdiyin sualın cavabıdı deyirdi bir gün. Bəs onda niyə cavablamadınız ki, ustad? –soruşurdum. Hər şeyin bir zamanı var, onda desəydim anlamazdın, deyirdi. Buna gözəl səbr deyilir! Planlı və məntiqli səbr! Dahilər belə olur. Onların cavabı sandiviç kimi deyil, tez-tələsik.

İbni Sina haqda yazırlar, istedadlı şagirdi Bəhmənyar təzə-təzə şagirdi olanda ondan hey təəccüblə soruşurdu: “bu qədər elm və biliklə sən niyə peyğəmbərlik iddiası etmirsən?” Bu, sıradan bir sual deyildi, bunun dərki zaman ala bilərdi. İbni Sina da anında cavab vermədi yazırlar. Gözlədi, gözlədi... Zaman gəldi. Çovğunlu bir qış gecəsində qonaq olduqları bir kənddə gecələməli oldular. Gecə yarısı (sübhə yaxın) İbni Sina ayılıb Bəhmənyardan bir stəkan su istədi. Ciyərim yanır dedi, get həyətdən mənə su gətir. Bəhmənyar havanın soyuqluğunu görüb “təbiblik” etməyə başladı, təbibə təbabət dərsi keçdi: - Yox, olmaz, soyuqdu, ziyandı və s. İbni sina dedi, Bəhmənyar dedi...Bu dialoq əsnasında kəndin məscidinin minarəsindən azan səsi ucaldı. Müəzzin azanın “Mühəmmədən (s) Rəsulullah” (Məhəmməd onun elçisidir) hissəsinə çatdıqda İbni Sina illər öncə o verilən sualın zamanın gəldiyini anlayıb incə bir istehza ilə sözə başladı: Bax, mənə -niyə peyğəmbərlik iddia etmirsən deyirdin, yadındadı? Sən mənim ən doğma, ən yaxın şagirdimsən, canlı-canlı çox şey yox, cəmi bir stəkan su istəmişəm səndən, minbir bəhanə ilə bu tələbimdən yayınmağa cəhd edirsən. Amma bax, əsrlər öncə azan ayinini qoyub gedən peyğəmbərin (ə) əsrlər sonra belə sözü keçərlidi, həmdə heç tanımadığı- görmədiyi kimsələrə. Məsələ budur! Ona görə, oğlum, peyğəmbərlik elmlə-biliklə deyil, o həmdə İlahi bir təyinatdır! –dedi.

Dostlar, ayədə keçən “Gözəl səbr”-in başqa bir mənası (ikincisi) da gileysiz-güzarsız olan səbrdir! Şikayət etmədən səbr etmək, sevə-sevə səbr etmək. Bu, bilirsiz nə boyda ürək istəyir? Düşdüyün vəziyyətə səbr edirsən və heç vaxt, hətta ürəyindən belə giley keçirmirsən. “Kişin başına iş gələr!” –deyirsən. Bunu dilucu demirsən, elə kişi kimi deyirsən.

Bu məqamda bir çoxlarımız büdrəyirik, dostlar! İctimaiyyət arasında çətinliyə səbr edirik kimi göstəririk özümüzü amma təkliyə çəkildikdə minbir giley-güzar, şikayət və hətta söyüşlər yağdırırq düşüdüyümüz şüursuz dərdin ünvanına. Bunun adını necə səbr qoymaq olar?!
Allah bu ayədə bizlərə məhz bunu demək istəyir. Deyir ki, indi ki, səbr edirsiz gözəl səbr edin. Bəlalar insan ruhunu böyütmək üçündü, gileylə-söyüşlə etdiyin səbr ruhunu daha da kiçildəcək.
Bəzi dostlardan soruşursan: -Necəsən? Cavab verir: -şükür olsun, amma...Dayan, dostum! “amma”-nı demə! Elə “şükür olsun!” yetər! Bu necə şükürdü ki, amması da var?! Deməyim odur ki, iki şey səbri gözəl edər: Planlı (düşünülmüş) və giley-güzarsız səbr. Bundan başqası səbr deyil artıq, başqa ad tapmaq lazımdı. Məsələn, çarəsizlik demək olar, ya da nə bilim, başqa bir şey...

Praqmatik olmasaydılar heç bir dahi iz qoya bilməzdi bu həyatda. Istər insanların yaratdığı süni maniələr, istər həyatın yaratdığı təbii maniələr qarşısında praqmatik davranmaq, onlara yenilməmək, onlardan nəticə çıxarmaq və ən nəhayəti ziyanı xeyirə çevirə bilmək. Bunu istəyir Allah bizdən!

Kiçik haşiyə: (azacıq dincələk!) Qabaqlar Novruz həmdə ona görə indikindən çox sevimli olardı ki, adi günlərdə tapılmayan bir çox şeylər (şəkərbura, paxlava və s.) yalnız Novruzda evlərimizin qonağı olurdu. Yəni novruzu sevdirən səbəblərdən biri də çatışmazlıqlar idi. Hər şey hər zaman olmağa başalayan vaxtdan Novruz da adiləşdi. Ona görə də çatışmamazlıqlara xor baxmayaq, onların da bir hikməti var bu həyatda. Gəlin çatışmazlıqlarımızı da sevək, dostlar! Biz onlara çox borcluyuq. Axı çatışmazlıqlar çoxlarını parlatdı, çoxlarını məhşur etdi. Məsələn, bir dəfə yazmışdım: “qaranlıqlar olmasaydı şam da sabun kimi bir şey idi.” Yanılıramsa, deyin yanılırsan! Bu arada, novruzunuz mübarək!

Qeyd: Qurani-Kərimdə, yetmişdən çox yerdə səbr və dözüm barədə ayələr mövcuddur.Təbii ki, onların hər birinin özü-özlüyündə izaha və şərhə ehtiyacı var. Bugün hekayətini etdiyimiz ayə isə Yəqub peyğəmbərin (ə) sözüdür. Ayənin əvvəli belədir:
“Onlar (Yusifin) köynəyinin üstünə yalandan bir qan (ləkəsi yaxıb) gətirmişdilər. (Yəqub) dedi: Xeyr, sizin öz nəfsiniz sizi bu işə sövq etmişdir. (uydurursunuz) Mənə (isə) yalnız gözəl səbr gərəkdir...!
Bəli, o həzrət gözəl səbr etdi, heç vaxt ümüdünü itirmədi, gileylənmədi, üsyan etmədi. Və Allah bütün bunların mükafatı olaraq Yusifini (ə) ona qaytardı.

Mövlana bu məqamda gözəl deyib: “Ayaqların qırıldı deyə gileylənmə, nə bilirsən, bəlkə Allah onların yerinə sənə bir cüt qanad verəcəkdir!”

 

Mənbə : İlqar Kamil
Teqlər :
PRAQMATİKLİK"Ayaqların - qırıldı - deyə - gileylənmə, - - bilirsən, - bəlkə - Allah - onların - yerinə - sənə - bir - cüt - qanad - verəcəkdir!" - “...Mənə - yalnız - gözəl - səbr - gərəkdir...!” - (Yusif, - 18) -
Paylaş :
Mail Yazdır Şərh yaz 0 dəfə şərh edilib
19-03-2013 10:07 - 2929 dəfə oxunub
Orphus system Mətndə səhv var? Onu siçanla seçin və "Ctrl+Enter" düyməsini basın
Mənəviyyat
01-09-2015 15:56 Ayətullah Həmədani: Qarabağ qədim Azərbaycan torpağıdır
31-08-2015 10:17 Ayətullah Nuri Həmədani Azərbaycana gəlib - FOTO
28-08-2015 16:05 Tanınmış müctəhid ayətullah Nuri Həmədani Bakıya səfərə gəlir
27-08-2015 16:35 Şamaxıda pirləri sökürlər
27-08-2015 14:31 İqtisadi böhran QMİ-ni hər həftə zəvvarlara yalvarmağa məcbur edir
26-08-2015 15:55 Müqəddəs Məşhəd şəhərində mövlud coşqusu - FOTOLAR
26-08-2015 09:11 Bu gün İmam Rzanın (ə) mövlududur - VİDEO
21-08-2015 14:20 Dünya şöhrətli yazıçı bu statusu ilə xristian dünyasını heyrətə saldı - FOTO
17-08-2015 13:17 Azərbaycanda Həcc ziyarəti ilə bağlı ayrılan zəvvar kvotası dolmayıb
14-08-2015 16:14 Qubada “İslam zərərli vərdişlərə yox deyir” mövzusunda tədbir keçirilib FOTO
11-08-2015 21:57 İnsanı xoşbəxt və ya bədbəxt edən AMİLLƏR
11-08-2015 21:17 Daha bir ölkənin məktəblərində hicab qadağan edildi
11-08-2015 12:21 Hacı Şahin Həsənlinin Facebook səhifəsi haker hücumuna məruz qalıb
06-08-2015 16:08 Azərbaycanda dini sahəyə 3 milyon manat ayrılıb
06-08-2015 16:04 QMİ: Həcc ziyarəti üçün sənəd qəbulu avqustun 20-də başa çatır
06-08-2015 11:02 Mübariz Qurbanlı: Bizim mütəfəkkirlərimiz məscidlərdə yetişib
05-08-2015 15:24 Hacı Şahin Həsənli: Qadınlar üçün xüsusi çimərlik ayrılmalıdır
03-08-2015 12:22 Dini Komitədə yas mərasimlərinə yenidən NARAZILIQ - AÇIQLAMA
29-07-2015 09:09 Həccə gedənlərin nəzərinə: Biometrik pasportlar tələb olunur
28-07-2015 11:13 Azərbaycanın tanınmış ruhanisi dünyasını dəyişdi
21-07-2015 12:06 “Fatimeyi-Zəhra” məscidi ilə bağlı Prezidentə müraciət edilib
13-07-2015 11:56 QMİ Həcc ziyarətinə getmək istəyənlərə xəbərdarlıq edib
09-07-2015 22:16 Heydər məscidini polis üç tərəfdən qoruyacaq - FOTO
06-07-2015 11:36 Həcc səfərinə hazırlaşanların nəzərinə!
01-07-2015 14:32 Həcc ziyarəti ilə bağlı yeni qadağalar
23-06-2015 16:00 Heydər məscidi yaxın vaxtlarda istifadəyə verilə bilər
17-06-2015 09:14 Biləsuvar qalmaqalı böyüyür: "...məktubdan heç bir xəbərim yoxdur"
12-06-2015 11:58 Ölülərin qeybəti - KÖŞƏ YAZISI
09-06-2015 11:30 Şeyx İmamzadəni ziyarət etdi - FOTO
05-06-2015 23:46 Kərbəlada vəziyyət nə yerdədir? - RƏSMİ AÇIQLAMA
05-06-2015 12:48 İmam Hüseyn (ə) barədə filmi Azərbaycan dilində - FOTO-VİDEO
04-06-2015 12:20 Allahşükür Paşazadə: Mən də Hacı Şahinin moizələrinə qulaq asıram
03-06-2015 14:54 Sabah Ramazan ayının başlanması ilə bağlı fətva veriləcək - RƏSMİ
03-06-2015 12:40 Bakıda möhtəşəm mövlud gecəsi - FOTO
03-06-2015 09:48 Bu gün sonuncu İmamın mövlud günüdür
02-06-2015 12:59 Alimlərin kitablarında sonuncu İmam barədə nə deyilir? - ARAŞDIRMA
30-05-2015 10:35 Bu gün bütün cavanlar üçün örnək olan Əli Əkbərin (ə) təvəllüdüdür
22-05-2015 13:11 İmam Hüseynin (ə) mübarək mövludu günüdür FOTO
22-05-2015 10:04 "Biz sizi sınamaq üçün şər və xeyirlə ağır imtahana çəkirik"
20-05-2015 12:45 Bu gün İslamda müqəddəs üçaylığın ikincisi - Şaban başlayır
19-05-2015 14:48 AİP Qadınlar Şurası Məbəs gününü qeyd etdi
19-05-2015 09:12 İslamı qəbul etdi, 63 yaşında sünnət oldu-Azərbaycanda
18-05-2015 14:24 Mübariz Qurbanlıya yeni səlahiyət verildi
16-05-2015 10:38 Bu gün İslam dünyasında ən böyük bayramdır
15-05-2015 16:33 Azərbaycanla İran dini radikalizmə qarşı birləşir
14-05-2015 16:27 Şeyxin idarəsi Ramazan ayı ilə bağlı fətva hazırlayır
14-05-2015 14:30 MMDİB İmam Museyi-Kazimin şəhadət məclisini keçirdi - VİDEO
14-05-2015 13:48 İslam Partiyası İmamın şəhadətini qeyd etdi
11-05-2015 12:19 Amerikalı müsəlman ABŞ-ın 50 ştatının hamısında azan verdi
04-05-2015 12:12 Bu gün İslamın əzəmətli qadını Xanım Zeynəbin (s.ə) vəfat günüdür
02-05-2015 11:02 Bu gün İslam dünyasında ən böyük bayramlardan biridir
23-04-2015 20:46 Hacı İlqar İbrahimoğlunun aparıcılığı ilə yeni layihəyə start verilir
16-04-2015 11:28 “İslamda maarif işığını görənlər onu hamıya göstərməyi də bacarmalıdır”
15-04-2015 20:27 Heydər Məscidi xüsusi mühafizə olunacaq
10-04-2015 22:22 50-dən çox universitetdə peyğəmbər qızı yad edildi - FOTO
10-04-2015 12:01 Bu gün Xanım Fatimeyi Zəhranın (s.ə) mövludu günüdür
08-04-2015 16:48 “Bəzi xristian radikal qruplar Azərbaycanda yayılmağa cəhd edir”
07-04-2015 14:31 Deputat namaz qıldığına görə işdən qovulanlar barədə danışdı
07-04-2015 14:20 Nəfəsi almaq da var, alıb verməmək də …
25-03-2015 11:55 Həcc ziyarəti üçün ödənişlər dolların kursuna uyğun aparılacaq - RƏSMİ

Xəbər Lenti
Sorğu
Səs ver Nəticələr

Ölkə Siyasət
Dünya Münasibət
Hüquq İqtisadiyyat
Hərb Təhsil
Araşdırma Analiz
Hadisə, Kriminal Top Secret
Mədəniyyət İdman
Maraq Dünyası Mənəviyyat
Uşaq Aləmi, Ailə Sağlamlıq
Sual-Cavab Foto
Video Tarix
Texnologiya Reportaj
Valyuta.com
® 2009 FAKTXEBER.COM - Azerbaijan Online Internet Newspaper

Firefox 3.6+, GoogleCrome10+, Opera 9+, Macromedia Flash, 1360 x 768

Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


Rss - Saytın Xəritəsi - Dizayn : AA Design

Faktxeber.az