Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

12 İyul

2017
13:50
138
Pirallahıda şpris istehsal edən zavod tikiləcək

Pirallahı Sənaye Parkının yeni rezidenti - "Diamed Co" MMC tərəfindən burada qabaqcıl Avropa ölkələri, eləcə də Yaponiya və Koreya texnologiyaları əsasında ildə 55-58 milyon ədəd müxtəlif tutumlu birdəfəlik şprislərin istehsalı nəzərdə tutulur.

İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, zavodda şpris istehsalı zamanı yerli və xarici xammaldan istifadə edilməsi planlaşdırılır.

Zavod tam gücü ilə işə düşdükdən sonra Azərbaycanda əczaçılıq sənayesinin inkişafında əhəmiyyətli rol oynamaqla, daxili tələbat yerli istehsal hesabına keyfiyyətli birdəfəlik şprislə təmin edəcək, bu məhsullara idxaldan asılılığı azaldacaq və ixrac potensialını artıracaqdır. Müasir avadanlıqlar və texnologiyalarla təchiz ediləcək zavodda 50 yeni iş yeri açılacaq.

Məqalədə : birdəfəlik şpris 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru