Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

09 Avqust

2018
14:08
Pilotsuz aparat 26 sutka havada qalaraq dünya rekordunu yeniləyib - FOTO

“Airbus Defense & Space” kompaniyasının “Zephyr” pilotsuz uçuş aparatının təkmilləşdirilmiş versiyasının ilk sınaq uçuşu havada qalma müddətinə görə yeni dünya rekordu ilə yekunlaşıb.

FaktXəbər-in məlumatına görə, kompaniyanın saytında dərc olunmuş press-relizə əsasən, pilotsuz uçuş aparatı 26 sutkadan 3 dəqiqə az bir müddət ərzində havada qalıb.

Sınaqların bu aparatı hamıdan əvvəl silahlanmaya qəbul etməyi planlaşdıran Böyük Britaniyanın dəstəyi ilə həyata keçirildiyi bildirilir. “Zephyr” növbəti dəfə bu ilin sonunda Avstraliyanın qərbində havaya qalxmalıdır.

Qeyd edək ki, uçuş müddətinə görə bundan əvvəlki rekord da 14 sutka havada qalan “Zephyr” tərəfindən müəyyən olunmuşdu. Aparat günəş panellərindən qidalanan mühərriklə təchiz edilib.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : pilotsuz aparat Airbus 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


14-12-2018 19:44



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com