Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

14 Noyabr

2017
12:20
369
Pentaqon rəhbəri bəyan edib ki, Suriyada döyüşməyə BMT izn verib

Pentaqon rəhbəri Ceyms Mettis hesab edir ki, BMT İŞİD terror təşkilatına  qarşı  qətnamə qəbul etdiyi üçün ABŞ-a Suriya  ərazisinə girməyə izn verir.

«BMT bəyan edib ki, prinsipcə biz İŞİD-i izləyə bilərik. Və biz onları məhv etmək üçün ordayıq», - deyə o, bildirib.

FaktXeber.com-un RİA Novosti-yə istinadla məlumatına görə, bunu amerikalı müdafiə naziri ABŞ-ın Suriyada olmasının hüquqi əsasları barədə sualları cavablandırarkən deyib.

Qeyd edək ki, BMT TŞ ABŞ-a  Suriyada hərbi əməliyyatlar üçün izn verməyib.

Rəsmi Dəməşq ABŞ-ın Suriyada varlığını qeyri-qanuni hesab edir, çünki hökumətlə razılaşdırılmayıb. SƏR ərazisində İŞİD-ə zərbələr endirən  Rusiya bunu rəsmi Dəməşqin dəvəti ilə həyata keçirir.

ABŞ Administrasiyası xaricdlə hərbi əməliyyatlar aparmaq üçün  Konqresin razılığını almalıdır. Reallıqda  bu qayda həmişə pozulub. Belə ki, İraq, Suriya, Yəmən və Livanda adminitrasiya konqresin 2001-ci il 11 sentyabr hadisələrindən sonra Əfqanıstanda «Əl-Qaidə» ilə mübarizə üçün verdiyi iznini istifadə edir.

Məqalədə : Ceyms Mettis Pentaqon Suriya 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru