Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

15 Sentyabr

2018
11:56
Penitensiar Xidmət məhbusun gizlətdiyi silahları aşkarladı

Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əməliyyat aparatının müxtəlif cinayətlərin üstünün açılması istiqamətində Respublikanın hüquq-mühafizə orqanları ilə qarşılıqlı əməkdaşlığı davam edir.

Xidmətdən verilən məlumata görə, Penitensiar Xidmətin və 16 saylı cəzaçəkmə müəssisəsinin əməliyyat aparatlarının və Daxili İşlər Nazirliyinin Bakı şəhəri Sabunçu RPİ-nin 15- ci polis bölməsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbiri nəticəsində Cinayət Məcəlləsinin 221.3, 228.2.1, 66.2 və 67.1-ci maddələri ilə 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilmiş Bodurov Vüqar Nizaməddin oğlunun həbs edilməmişdən əvvəl Bakı şəhəri Sabunçu rayonu Zabrat qəsəbəsi ərazisində gizlətdiyi 1 ədəd lüləsi və qundağı kəsilmiş 3-17 modelli, tək lüləli, 16 kalibrli tüfəng və nömrəsi oxunmayan tapança tipli silah aşkar edilərək götürülüb.

Fakt üzrə Bakı şəhəri Sabunçu RPİ-nin 15- ci polis bölməsi tərəfindən araşdırma aparılır.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Silah məhbus 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-11-2018 08:31



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com