Tarix:13-12-2011 13:17
PARLAMENTDƏ HƏRBİ XİDMƏT HAQQINDA QANUN MÜZAKİRƏ EDİLİR
Milli Məclis "Hərbi vəzifə və hərbi xidmət haqqında" qanun layihəsinin müzakirəsinə başlayıb
Şərh yaz

Milli Məclisin bu gün keçirilən iclasında “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanun layihəsi müzakirə olunub.

FaktXeber.com "Salamnews" istinadən xəbər verir ki, qanun layihəsi barəsində deputatlara məlumat verən Təhlükəsizlik və müdafiə komitəsinin sədri Ziyafət Əsgərov bildirib ki, bu qanun Azərbaycan Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 18-ci bəndinə uyğun olaraq, Azərbaycan Silahlı Qüvvələrinə və ölkə qanunvericiliyinə uyğun olaraq yaradılmış, başqa silahlı birləşmələrə həvalə edilmiş vəzifələrin yerinə yetirilməsi sahəsində hərbi vəzifənin və hərbi xidmətkeçmənin hüquqi tənzimlənməsinin qaydalarını müəyyən edir. Layihə 9 fəsil 54 maddədən ibarətdir.

Onun sözlərinə görə, səfərbərlik üzrə hərbi vəzifələrin yerinə yetirilməsi məsələləri "Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında" Azərbaycan Respublikasının Qanunu və "Hərbi xidmətkeçmə haqqında" Əsasnamə ilə tənzimlənir. Layihədə çağırışçılara möhlət hüququ verilməsi ilə bağlı məsələyə toxunan komitə sədri bildirib ki, möhlət hüququ aşağıdakı hallarda verilir: ailə vəziyyətinə görə, sağlamlıq vəziyyətinə görə və təhsili davam etdirmək üçün. Yalnız fəlsəfə doktoru və elmlər doktoru elmi dərəcəsi olan vətəndaşlar hərbi çağırışdan azaddırlar.

Ailə vəziyyətinə görə müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət himayəsində aşağıdakı şəxslər olan çağırışçılara verilir: başqa övladı olmayan I qrup əlil ata, yaxud ana, 3 və daha çox uşaq atasına, I qrup əlil arvadı, 8 yaşınadək 3 və daha çox uşağı olan ana (ailədə ata olmadıqda) və ya ata (ailədə ana olmadıqda), 18 yaşınadək və yaxud I qrup əlil qardaş və ya bacı, onları saxlamaq imkanına malik başqa ailə üzvləri olmadıqda.

Təhsili davam etdirmək üçün çağırışa möhlət verilməsinə gəldikdə isə təhsil müəssisələrində və onların filiallarında təhsilini davam etdirmək üçün aşağıdakı çağırışçılara möhlət yalnız bir dəfə verilir. Yəni ümumi təhsil müəssisələrində tam orta təhsil alan, 20 yaşınadək çağırışçılara, ilk peşə-ixtisas təhsili müəssisələrində təhsil alan, bu müəssisələrə daxil olana qədər tam orta təhsil almamış 20 yaşınadək çağırışçılara, orta ixtisas təhsili müəssisələrində təhsil alan, bu müəssisələrə daxil olana qədər tam orta təhsil almamış 22 yaşınadək çağırışçılara, ali təhsil müəssisələrində və onların filiallarında əyani təhsilalma formasında ali təhsil pilləsində (bakalavriat), ali baza tibb təhsili və rezidenturada təhsil alanlara - təhsilini bitirənədək, xarici ölkələrdə əyani təhsilalma formasında təhsil alanlara ali təhsil pilləsində (bakalavriat), tibb təhsili üçün ali baza tibb təhsili və rezidenturada (internaturada) təhsil alanlara müvafiq təhsilini bitirənədək.

Eyni zamanda ali təhsil müəssisələrindən xaric edilmiş şəxslər 6 ay müddətində ali təhsil müəssisəsinə bərpa olunmadıqda çağırışa möhlət hüquqlarını itirirlər və ümumi əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırılırlar.

Z.Əsgərov söyləyib ki, müvəffəqiyyətsizliklərinə, təhsillərini davam etdirmək istəmədiklərinə və intizamsızlıqlarına görə (18 yaşınadək və ya xəstəliyi ilə əlaqədar hərbi xidmətə yararsız hesab olunduğuna görə ali xüsusi təyinatlı təhsil müəssisələrindən xaric edilən şəxslər istisna olmaqla) xaric olunan kursantlar müddətli həqiqi hərbi xidmət keçmək üçün hərbi hissələrə göndərilirlər. Bu zaman həmin kursantların xüsusi təyinatlı təhsil müəssisələrində aldıqları təhsil müddətinin hər dörd günü bir gün sayılmaqla müddətli həqiqi hərbi xidmət müddətinə hesablanır və onlar xidmət müddəti başa çatdıqda müvafiq icra hakimiyyəti orqanlarının qərarına əsasən ehtiyata buraxılırlar.

O bildirib ki,layihədə müddətli həqiqi hərbi xidmətə çağırılmayan vətəndaşlarin məsələsi də əksini tapıb. Belə ki, aşağıdakı şəxslər müddətli həqiqi hərbi xidmətə müvəqqəti çağırılmırlar: ictimai işlər, islah işləri və müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza çəkən və ya barələrində müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza şərti olaraq tətbiq edilmiş vətəndaşlar, əvvəllər törətdiyi cinayətə görə məhkumluğu üzərindən götürülməmiş, yaxud məhkumluğu ödənilməmiş vətəndaşlar, barəsində olan cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş materiallar üzrə ibtidai istintaq və ya təhqiqat aparılan, yaxud barəsində olan cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham qaydasında şikayətə məhkəmədə baxılan vətəndaşlar. Ağır və ya xüsusilə ağır cinayət törətdiklərinə görə müəyyən müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş vətəndaşlar müddətli həqiqi hərbi xidmətə çağırılmırlar.

Müzakirələr zamanı deputatlar qanun layihəsi barəsində fikirlərini və mövqelərini bildiriblər. Müzakirələrin yekunu olaraq qanun layihəsi səsləndirilən təklif və rəylər nəzərə alınmaqala ikinci oxunuşa qəbul edilib.

 

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
İmza :
Teqlər :
PARLAMENTDƏ - HƏRBİ - XİDMƏT - HAQQINDA - QANUN - MÜZAKİRƏ - EDİLİR -
Paylaş :
Mail Yazdır Şərh yaz 0 dəfə şərh edilib
Tarix:13-12-2011 13:17 - Oxundu: 2407
Ölkə
23-01-2017 09:43 Toyuq əti bahalaşa bilər - DİQQƏT
23-01-2017 09:26 Bütün evi elektriklə təmin edən cihaz - Azərbaycanlıdan Yenilik - VİDEO
23-01-2017 09:17 Azərbaycanda göz bankı yaradıla bilər
21-01-2017 21:25 Lavrova sual verən azərbaycanlı jurnalist işdən qovuldu
21-01-2017 21:00 Azərbaycanlıların ən çox sevdiyi adlar - SİYAHI
21-01-2017 20:45 “Bank of Baku”ya yeni müvəqqəti sədr təyin edilib
21-01-2017 20:30 DTX və XKX-nin yaradılması ilə əlaqədar komissiyalarda dəyişiklik olub
21-01-2017 11:58 Vergilər Nazirliyi vergi ödəyicilərinə 3 gün əlavə vaxt verdi
21-01-2017 11:15 Cahangir Əsgərovun qərarı ilə bağlı qalmaqal böyüyür
21-01-2017 11:11 Siqaret çəkənlər bu xəbərə sevinməyəcək
21-01-2017 10:25 Bakıda xüsusi avtobus yolları müəmması
21-01-2017 09:53 ANS-in keçmiş aparıcısı ölkəni tərk edir
20-01-2017 17:30 20 Yanvar xalqın yaddaşında - VİDEO
20-01-2017 15:09 AİP 20 Yanvar şəhidlərini ziyarət edib
20-01-2017 13:34 "20 Yanvar" metrostansiyasından FOTOLAR
20-01-2017 12:40 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib
19-01-2017 21:52 Nitq qüsurlu yeniyetmənin qeyri-adi istedadı - FOTO-VİDEO
19-01-2017 21:40 Azərbaycanda 100 min hektarlıq nəhəng park salınır
19-01-2017 21:26 İşıq pulunu belə hesabla və qənaət et! – Virtual kalkulyator - VİDEO
19-01-2017 20:32 “20 Yanvar” şəhidlərinin Vikipediya səhifəsi yaradılıb
19-01-2017 20:21 Vergilər Nazirliyi bəyannamə formalarına dəyişiklik edib
19-01-2017 15:59 Bakıda kirayə mənzillər bahalaşıb
19-01-2017 15:50 Lerikdə məscidin işığını kəsiblər
19-01-2017 15:47 Ramil Usubov "Beko Rəşad"ı işdən çıxardı
19-01-2017 15:30 "Nəqliyyat Nazirliyini ipotekaya qoymaq olar?" - Cavid Qurbanov
19-01-2017 14:20 Millət vəkili: AZAL hava məkanını inhisarda saxlayır
19-01-2017 12:59 Azərbaycanda sosial şəbəkələrlə bağlı yeni qanun layihəsi hazırlanır
19-01-2017 12:15 245 əcnəbi azərbaycanlı oldu, onlar and içiblər
19-01-2017 11:51 "İdxal azalsa büdcəni doldura bilmərik"
19-01-2017 11:25 İnterpolun axtardığı eks-baş məşqçimiz - Dubayda neft çıxarır
19-01-2017 10:14 Cavid Qurbanov ixtisarlara başladı
19-01-2017 09:24 Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri
19-01-2017 09:17 Sabah bağlanacaq yolların SİYAHISI açıqlandı
19-01-2017 09:14 “Nə olardı ki, yağış yağanda jurnalistlər arxı açardı...” - VİDEO
18-01-2017 22:06 Pasportumuz dünyada 61-ci yerdədir
18-01-2017 21:18 Bakı funikulyoru pullu oldu
18-01-2017 20:56 Sürücülərin nəzərinə: ""Beşmərtəbə"dəki yeni yol zolağı artıq daimi oldu"
18-01-2017 16:33 DİQQƏT: Bu avtobuslarda kameralar quraşdırıldı
18-01-2017 14:52 Qaradağda sakinlər Bakı – Astara yolunu bağladı
18-01-2017 14:33 Azərbaycanda ürək köçürülməsi həyata keçiriləcək - AÇIQLAMA
18-01-2017 14:16 215 kəndin sakinlərinə zərərli su içirdirlər
18-01-2017 14:09 Nəqliyyat Nazirliyi reyd keçirib, 50-dən çox sürücü cərimələnib
18-01-2017 14:07 Dilçilik İnstitutu AZTV-də monitorinq keçirib
18-01-2017 13:08 Yasamalda qaçqınlar YOLU BAĞLAMAQ İSTƏDİ - FOTO
18-01-2017 11:39 "ASAN Xidmət"in iş qrafiki dəyişdi
18-01-2017 11:37 Metro stansiyasının girişi – TƏMİRƏ BAĞLANDI
18-01-2017 11:31 Vaxtı keçmiş mallar yenidən satışa qayıdır - DİQQƏTLİ OLUN!
18-01-2017 11:03 MTN generallarının əmək haqları açıqlandı - 1,8 milyon manat - SİYAHI
18-01-2017 10:25 Şamaxı və Naxçıvanda nüvə xammalı ehtiyatları axtarılacaq
18-01-2017 10:23 "Bu xəstəlik ördəyə, qaza təsir etmir, amma toyuğu öldürür"
18-01-2017 09:35 "Qafqaz Universiteti" ləğv olundu - RƏSMİ
18-01-2017 09:30 Manat və dolların bugünkü MƏZƏNNƏSİ
18-01-2017 09:28 Azərbaycanda təhsil alan iranlı tələbələr bəyanat yayıb
18-01-2017 09:19 Səfirliyin maşını Bakıda belə qayda pozdu - FOTO
18-01-2017 09:04 Azərbaycan jurnalistləri 2016-cı ildə - ARAŞDIRMA
17-01-2017 20:49 Sabah Bakının mərkəzi rayonlarında qaz olmayacaq
17-01-2017 20:26 Vətəndaşlara bu haqda SMS göndəriləcək
17-01-2017 16:57 Novruzun tətil günləri açıqlandı - 9 gün evdəyik
17-01-2017 16:18 Axundov Kitabxanasından "zaryadka" qadağası haqda - Açıqlama
17-01-2017 16:15 DTX-nın rəisi BQXK-nın Azərbaycan nümayəndəliyinin rəhbəri ilə görüşüb

Xəbər Lenti
Bu gün ən çox oxunanlar

Galaxy Note-7 smartfonlarının partlama səbəbləri açıqlandı - RƏSMİ
23-01-2017 10:00
Bütün evi elektriklə təmin edən cihaz - Azərbaycanlıdan Yenilik - VİDEO
23-01-2017 09:26
ABŞ kəşfiyyatı Тrampın müşavirini nəzarətə götürdü
23-01-2017 09:42
Azərbaycan minimum əməkhaqqına görə regionda ən geridədir
23-01-2017 09:46
"Barselona" darmadağınla qalib gəldi - VİDEO
23-01-2017 09:25
Mərkəzi Bankının valyuta məzənnələri
23-01-2017 09:36
Azərbaycanda göz bankı yaradıla bilər
23-01-2017 09:17
Yaponiyada şir insanlara hücum edib, yaralılar var
23-01-2017 09:38
Toyuq əti bahalaşa bilər - DİQQƏT
23-01-2017 09:43
Bu gün AŞPA-nın yeni prezidenti bəlli olacaq
23-01-2017 09:41
Sorğu
Səs ver Nəticələr

Ölkə Siyasət
Dünya Münasibət
Hüquq İqtisadiyyat
Hərb Təhsil
Araşdırma Analiz
Hadisə, Kriminal Top Secret
İdman Maraq Dünyası
Mənəviyat Uşaq Aləmi, Ailə
Sağlamlıq Sual-Cavab
Foto Tarix
Video Texnologiya
Mədəniyət Reportaj
Рейтинг@Mail.ru ® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Firefox 3.6+, GoogleCrome10+, Opera 9+, Macromedia Flash, 1360 x 768

Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


Rss - Saytın Xəritəsi - Dizayn : AA Design

Faktxeber.az