Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

12 Oktyabr

2018
15:03
3481
Parlament 25 illik neft sazişini təsdiq etdi

Milli Məclisin bu gün keçirilən iclasında “Xəzər dənizinin Azərbaycan sektorunda D230 perspektiv kəşfiyyat blokunun kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Azərbaycan Dövlət Neft Şirkəti ilə “BP Exploration (Azerbaijan) Limited” şirkəti və SOCAR-ın Ortaq Neft Şirkəti arasında Sazişin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə qanun layihəsi təsdiq olundu.

Layihə barədə vitse-spiker, Milli Məclisin komitə sədri Valeh Ələsgərov geniş məlumat verdi, Azərbaycan üçün faydalı sənəd kimi xarekterizə etdi. Bu qanun qüvvəyə mindikdən sonra podratçı tərəflərin saziş, hökumət təminatı və əlavələr üzrə əldə etdiyi hüquqlar və mənafelər podratçı tərəflərin qabaqcadan razılığı olmadan dəyişdirilə, düzəldilə və ya azaldıla bilməz.

“D230” bloku Xəzər dənizində Bakının şimal-şərq istiqamətində, təxminən, 135 kilometr məsafədə yerləşir. Blok, təxminən, 3200 kvadrat kilometr ərazini əhatə edir. Blokun məhsuldar laylarının gözlənilən dərinliyi, təxminən, 3500 metrdir. 25 illik müddəti əhatə edən HPBS-ə əsasən, BP 50 faiz iştirak payına malik olmaqla kəşfiyyat dövründə operator olacaq, iştirak payının digər 50 faizi isə SOCAR-a məxsus olacaq. Bundan əvvəl, 2016-cı ilin may ayında “D230” blokunda geoloji kəşfiyyat işlərinin aparılması haqqında SOCAR-la qarşılıqlı anlaşma memorandumu imzalanıb.  

“D230” blokunun birgə kəşfiyyatı və işlənməsi haqqında hasilatın pay bölgüsü sazişi bu ilin aprel ayında Azərbaycan prezidenti İlham Əliyev və Böyük Britaniyanın baş naziri Tereza Meyin iştirakı ilə Londonda SOCAR-ın prezidenti Rövnəq Abdullayev və BP Qrupunun baş icraçı direktoru Bob Dadli tərəfindən imzalanıb. (musavat.com)

Məqalədə : 25 illik neft sazişi 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

XİN başçılarının görüşü keçirilir

20

İyun
22:45
SİYASƏT
457

Raul "Real"da baş məşqçi oldu

20

İyun
22:10
İDMAN
46

"Azərsilah" ləğv olundu - SƏRƏNCAM

20

İyun
18:53
HƏRB
971

Vilayət Eyvazov Daxili İşlər Naziri oldu

20

İyun
17:52
HÜQUQ,HADİSƏ
2801

Ramil Usubov vəzifəsindən azad edilib - SƏRƏNCAM

20

İyun
17:46
HÜQUQ,HADİSƏ
2660

Azərbaycan büdcəsinin gəlirləri və xərcləri

20

İyun
17:21
İQTİSADİYYAT
1962

İntihar edən Elinanın qəbri təhqir olunub - FOTO

20

İyun
17:12
HÜQUQ,HADİSƏ
1277

Oqtay Əsədov: "Bizə mane olmasalar..."

20

İyun
17:03
SİYASƏT
1945

"Bəs, anamın günahı nə idi?" - FOTO

20

İyun
16:39
HÜQUQ,HADİSƏ
2798

Azərbaycan qaz ixracını 40%-dən çox artırıb

20

İyun
16:11
İQTİSADİYYAT
97
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-06-2019 04:19



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru