Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

16 Avqust

2019
10:31
381
Paris aeroportunda silahlı şəxs saxlanılıb

Parisin Orli hava limanında təhlükəsizlik işçisi əl yükündə keramik bıçaq olan şəxsi saxlayıb.

FaktXəbər bildirir ki, bu barədə "France Info" radiosu məlumat verib.

Polis silahlı kişi barədə məlumatı onun bacısı olduğunu iddia edən bir qadının telefon vasitəsi ilə  verib. Onun fikrincə, bu adam "hücum etmək" niyyətində olub. Qadının şəxsiyyəti hələ müəyyən edilməyib. Saxlanılan şəxs dindirilmə zamanı qadının onun sevgilisi olduğunu və aralarında mübahisə yarandığını bildirib.

Barselonaya gedən adam bıçağı bütün nəzarət məntəqələrindən keçirə bilib və o, gözləmə zonasında saxlanılıb. Saxlanma insidentsiz baş verib. Adam hava limanının sərhəd polis bölməsində saxlanılıb və prokurorluğa göndərilib. Silahlı şəxsin saxlanılmasına baxmayaraq, sərnişinlər evakuasiya edilib və yenidən yoxlanılıb.

"France-Presse" agentliyinin verdiyi məlumata görə, bazar ertəsi Parisin Ruassi - Şarl de Qoll hava limanının tranzit zonasında da əl çantasında tapança olan bir qadın saxlanılıb.

Məqalədə : silahlı şəxs aeroport 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycan neftinin qiyməti 62 dollara yaxınlaşıb

17

Avqust
13:00
İQTİSADİYYAT
164

Sabah Bakıda 34 dərəcə isti olacaq

17

Avqust
11:09
ÖLKƏ
1032

Dünya bazarlarında neft bahalaşıb

17

Avqust
10:12
İQTİSADİYYAT
232

Turistlərə Xınalıqla bağlı xoş xəbər

16

Avqust
14:51
İQTİSADİYYAT
384
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


18-08-2019 00:45



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru