Xəbər Lenti

Sorğu

Arxiv

İnfografika

03 Mart

2017
09:23
459
Şoyqu Palmiranın azad olunmasını Putinə məruzə etdi

Rusiyanın müdafiə naziri Sergey Şoyqu Palmira şəhərinin azad olunmasını prezident Vladimir Putinə məruzə edib. FaktXəbər-in "RİA Novosti" agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib. O, bildirib ki, Rusiya Hava Qüvvələrinin dəstəyi ilə Suriya ordusu Palmira şəhəini İŞİD terrorçularından azad edib.

Qeyd edək ki, qədim sivilizasiyanın ən zəngin mərkəzlərindən biri olan Palmira şəhəri 2015-ci ilin mayın ortalarından işğal olunub. Suriya ordusu 2016-cı ilin martında şəhəri "İŞİD" terrorçularından geri alsa da, dekabrın ortalarında ordunun Hələbi azad etməsindən istifadə edən yaraqlılar şəhəri yenidən ələ keçirmişdi.

Orphus system Mətndə orfoqrafik səhv aşkar etdinizsə, həmin hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com