Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

21 Dekabr

2016
11:51
1164
Oğurluq etdiklərinə görə, `Rüsvayçılıq marşı`na məhkum edildilər - FOTO

İndoneziyanın Gili adasında Avstraliyalı iki turistə qarşı «Rüsvayçılıq yürüşü» həyata keçirilib. FaktXəbər-in Tass-a istinadla məlumatına görə, bu barədə  Lombok adasının yaxınlığında yerləşən kurortun  nümayəndələri bildirib.

Polisin müşaiyyətində olan gənc qadın və kişi, boyunlarında ingilis dilində «Mən oğruyam. Mənim etdiyimi, siz etməyin» yazılan lövhə ilə  bütün küçələri gəzdirilib.

Yerli Administrasiya rəhbəri  Məhəmməd Tofiq bildirib ki, avstraliyalılar qaldıqları oteldən velosiped oğrulayıblarmış. Hüquqmühafizəçilər hadisədən bir gün sonra onları tutub.

«Rüsvayçılıq marşı»ndan sonra  gənc cütlük adadan çıxarılıb.

Administrasiya rəhbəri həmçinin bəyan edib ki, adada bu növ cəzalandırma yerli və ya xarici olmasından asılı olmayaraq hər kəs üçün istinasız uzun illərdir ki, həyata keçirilir.

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru