Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

12 Sentyabr

2017
10:25
1124
Şotlandiyada uşaq evinin həyətində körpələrin kütləvi məzarlığı aşkarlanıb FOTO-VİDEO

Şotlandiyada  qəbirstanlıqların birində katolik monarxların idarə etdiyi uşaq evinin sakinlərinin kütləvi məzarlığı aşkarlanıb. Ümumilikdə  qəbirdə 400-dən artıquşaq dəfn olunub. FaktXeber.com-un verdiyi məlumata görə, bu barədə Metro xəbər yayıb.

Uşaqlar  Lanark şəhərində Müqəddəs Meri qəbirstanlığında  adsız qəbirdə dəfn olunublar.

Ehtimal olunur ki, onların hamısı bu şəhərdə 1864-cü ildən 1981-ci ilə kimi işləyən «Smallem park» Uşaq evinin sakinləri olub. Ümumilikdə müəssisədən 10 min uşaq keçib.

«Bu qədər uşağın adsız qəbirlərdə basdırıldığını öyrənmək çox qorxuncdur. Bu qədər illər susqunluqdan sonra, burda əslində nə baş verdiyini öyrənməliyik», Şotlandiyanın sabiq birinci naziri  Cek Makkonel bildirib.

Ölənlərin 1/3-i 5 yaşa qədər olan uşaqlar olub.

Uşaqlar üzərində mütəmadi zorakılıq şübhəsi ilə əlaqədar hökumət müəssisəyə qarşı istintaqa başlayıb. 

Məqalədə : uşaq evi 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru