Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

02 Dekabr

2016
10:23
838
Orta azərbaycanlı qiymət artımını 3-4 aydan sonra hiss edəcək

"Qazın qiymət artımı qış dövründə təsirli olsa da, onun yaratdığı xərclər orta azərbaycanlının büdcəsində 3-4 aydan sonra hiss olunacaq", - iqtisadçı Qubad İbadoğlu belə düşünür.

O bildirir ki, Tarif Şurasının məlum qərarı ilə baş verən qiymət artımlarının təsirlərinə dair hesablamalar göstərir ki, artım qış dövründə evlərini qaz yandırmaqla isidən əhalinin büdcəsinə daha çox təsir edəcək. Bu, xüsusilə də ölkə paytaxtında və ətraf rayonlarda qazla işləyən qızdırıcı sistemlərin (kombilərin) sərfiyyat göstəricilərindən asılı olacaq:

"Hazırda mənzilin sahəsindən asılı olaraq ən çox işlədilən kombilərin gücü 24-lə 40 arasında dəyişir. Texniki parametrlərinə görə, 24-lük kombinin 1 saatlıq qaz sərfiyyatı 2,2 kubdur. Belə olan halda 10 saat işləyən kombi gündə 22 kub, ayda isə 660 kub qaz yandırır. Bu isə o deməkdir ki, həmin istehlakçı 2,5 aydan sonra yalnız istilik məqsədilə istifadə etdiyi qaza görə minimal normasını ödəyərək, ilin qalan 9,5 ayında əvvəlkindən 2 dəfə yüksək tariflərlə ödəniş etmək məcburiyyətində qalacaq".

İqtisadçı bildirir ki, evlərinin isidilməsində 28-lik kombilərdən istifadə edənlər üçün bu müddət 2 ay olacaq. Həmin ailələrin də xərcləri ilin 10 ayında bahalı tariflərlə hesablanacaq. 32 və 36-lıq kombilərin istifadəçiləri 1,5 aydan, 40-lıq kombinin isifadəçiləri isə 1 aydan tez minimal normanı, yəni illik 1500 kubmetri qaz istehlak edib, yerdə qalan müddətdə əvvəlki kimi hər 1 kuba görə 10 qəpik deyil, 2 dəfə çox - 20 qəpik ödəyəcəklər".

Qubad İbadoğlu deyir ki, nərəzə alsaq ki, ailə təsərrüfatında təbii qaz yalnız isitmə məqsədilə deyil, həm də digər məqsədlər üçün istifadə edilir, onda yuxarıda qeyd olunan müddətlər daha da tezləşəcək və nəticədə istehlakçıların böyük əksəriyyəti köhnə qiymətlə hesablanacaq illik 1500 kub qaz sərfiyyatını 2-3 ayda bitirəcəklər:

"Yerdə qalan dövrlərdə də yuxarı tarifləri ödəyəcəklər. Ona görə də qazın qiymətinin bahalaşması orta azərbaycanlının büdcəsində 3-4 aydan sonra hiss olunacaq".

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru