Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

26 Noyabr

2019
11:32
Orfoqrafiya lüğətindən 1000-ə yaxın söz çıxarılıb, 4000-dək yeni söz əlavə olunub

““Azərbaycan dilinin orfoqrafiya normaları” əsasında hazırlanan "Azərbaycan dilinin orfoqrafiya lüğəti” dekabr ayının sonunda hazır olacaq”. 

Bunu APA-ya açıqlamasında AMEA-nın Nəsimi adına Dilçilik İntitutunun direktoru Möhsün Nağısoylu deyib. O bildirib ki, hazırda lüğət çap olunur və hazır olduqdan sonra kitabxanalara paylanacaq: “Lüğətdən 1000-ə yaxın söz çıxarılıb və 4000-dək yeni söz əlavə olunub. Bəzi qondarma sözlər var ki, onlar lüğətdən çıxarılıb. Bundan başqa, müxtəlif fonetik variantı olan eyni sözün təkrarı çoxdur. Məsələn altın- altun, tələmtələsik -təlmətələsik. Yaxud qaboy-qoboy, qırov-qrov. Bunlar eyni sözdür, amma iki fonetik variantı verilib. Belə sözlər lüğətdən çıxarılıb. Sonra abituriyentli, abituriyentsiz sözləri də çıxarılıb, çünki bizdə belə söz yoxdur. Acıdilolma, ağartısızlıq, abzasdanbaşlama da ayrıca müstəqil sözlər deyil. Ona görə belə sözlər lüğətə düşməməlidir və lüğətdən çıxarılıb”. 

Direktor lüğətə daxil edilən yeni sözlərdən də danışıb: “Orfoqrafiya lüğətinə daxil olanlar yeni sözlərdir. Məsələn, feysbuk, tvitter və s. Belə sözlər çoxdur. Lüğətə daxil edilən sözlər əsasən Avropa mənşəlidir. Amma özümüzə aid sözlər də var. Məsələn, uzadıcı və s. “.

Qeyd edək ki, "Azərbaycan dilinin orfoqrafiya lüğəti" 5 ildən bir hazırlanır.

Məqalədə : Orfoqrafiya lüğəti 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Bu ərazilərində su olmayacaq

28

Yanvar
11:25
ÖLKƏ
192

İŞİD İsraili hücumla hədələyib

28

Yanvar
10:20
DÜNYA
299

AMB-nin valyuta məzənnələri

28

Yanvar
09:25
İQTİSADİYYAT
270

Ağciyər institunda reanimatoloq yoxdur

27

Yanvar
19:00
HÜQUQ,HADİSƏ
288

Bu universitetin müəllimlərinə töhmət verildi

27

Yanvar
18:45
HÜQUQ,HADİSƏ
438

Mərkəzi Banka daha bir baş direktor təyin edildi

27

Yanvar
18:30
İQTİSADİYYAT
412
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


28-01-2020 12:15



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru