Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

Yazar

21 Sentyabr

2017
16:19
1233
Ordumuzun genişmiqyaslı təlimlərinin görüntüləri yayılıb - VİDEO

Azərbaycan Silahlı Qüvvələrinin genişmiqyaslı təlimlərinin döyüş atışlı əsas mərhələsinin görüntüləri yayılıb.

Faktxeber.com Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat xidmətinə istinadən həmin görüntüləri təqdim edir.

Mürəkkəb dağlıq relyef və radioelektron, həmçinin təlimlərin niyyəti ilə müəyyən edilmiş digər xarakterik xüsusiyyətlər şəraitində keçirilən təlimlərdə qoşunların müasir ümumqoşun əməliyyatlarının keçirilməsinin müxtəlif üsullarının icrası üzrə bacarıq və vərdişləri praktiki olaraq təkmilləşdirilib, qoşunların və idarəetmə sistemlərinin qarşılıqlı əlaqədə effektiv tətbiqi həyata keçirilib.

Müxtəlif poliqonlarda və müasir avadanlıqlarla təchiz edilmiş təlim sahələrində yeni silah sistemlərinin də istifadəsilə döyüş atışları icra olunub, bölmələrin və atəşin manevrləri yerinə yetirilib.

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


12-12-2017 19:59

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]om


Valyuta.com


Рейтинг@Mail.ru