Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

07 Dekabr

2018
12:32
Oqtay Əsədov: `Lazarevin kökü ermənidir`

“Rusiya Dövlət Dumasının üzvü Konstantin Zatulin barəsində çox şey demək olar. Zatulin Dövlət Dumasını üzvü olmazdan öncə də Azərbaycana qarşı düşmən mövqe tutan insanlardan biri idi. O, həmişə erməni diasporunun dəstəyi ilə çalışıb. Parlamentə seçildiyi regionda da erməni diasporu ona dəstək verib”.

Bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin sədri Oqtay Əsədov deyib.

Spiker qeyd edib, “Lazarev klubu”nda bir neçə rusiyalıdan başqa erməni mənşəlilər təmsil olunur: “Lazarevin kökü də ermənidir. O vaxt Azərbaycanda qırğınları törədənlərdən biri olub. Belə cılız hərəkətlərlə Azərbaycan-Rusiya münasibətlərini poza bilməzlər. Mən artıq Rusiya Federasiyası Federal Məclisi Dövlət Dumasının sədri Vyaçeslav Volodinə məktub yazmışam. Yəqin ki, bir ölçü götürüləcək”. (report.az)

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Lazarev 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


18-12-2018 21:46



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com