Tarix:20-04-2017 16:32
Oqtay Şirəliyev rayon xəstəxanalarına əlavə səlahiyyət verdi
Şərh yaz
Bu gün Səhiyyə Nazirliyində nazir Oqtay Şirəliyevin rəhbərliyi ilə “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun qiymətləndirilməsi və təhlil”inə həsr olunmuş Kollegiya iclası keçirilib.
 
Nazirliyin mətbuat xidmətindən FaktXəbər-ə verilən məlumata görə, iclasda 2015-ci ilin sentyabr ayında “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun qiymətləndirilməsi sisteminin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı 595 saylı Fərmanından irəli gələn məsələlərin həlli istiqamətində Səhiyyə Nazirliyi tərəfindən çoxsaylı işlərin görüldüyü bildirilib.
 
27 noyabr 2014-çü il tarixində səhiyyə naziri Oqtay Şirəliyev tərəfindən imzalanmış 126 saylı əmrə əsasən “Tibbi sosial ekspert komissiyasına göndəriş”in yeni forması, o cümlədən “Uşaqlar uçün Tibbi sosial ekspert komissiyasına göndəriş”in forması təsdiq edilmışdır. Bundan əlavə “Tibbi sosial ekspert komissiyasına göndərişlərin elektron registri” yaradılmış, bu məqsədlə məlumat bazasının və proqram təminatının hazırlanması təmin edilmişdir. Respublikanın səhiyyə müəssisələrində “Tibbi sosial ekspert komissiyasına göndərişlərin elektron registri”nın proqram təminatının tətbiqi zamanı həmin müəssisələrə texniki dəstəyin göstərilməsi təmin edilib.
 
1 yanvar 2015-ci il tarixdən “Tibbi sosial ekspert komissiyasına göndəriş” və “Uşaqlar uçün Tibbi sosial ekspert komissiyasına göndəriş” yalnız müvafiq proqram modulundan çap edilməsi yolu ilə təmin edilib.
 
Sosial ekspertiza və reabilitasiya xidmətilərinin keyfiyyətinin yüksəldilməsi məqsədilə 09 sentyabr 2015-ci il tarixdə imzalanmış 85 saylı əmrə əsasən əlilliyin qiymətləndirilməsi üçün həkim-məsləhət və hərbi-həkim komissiyaları tərəfindən tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin vahid mərkəzləşmiş reyestri yaradılmış və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Elektron hökümət” portalı vasitəsilə bu reyestrə real vaxt rejimində çıxış təmin edilib.
 
Əmrin icrası ilə bağlı respublikanın şəhər və rayonlarının tibb müəssisələrində müvafiq təlimlər keçirilib. Tibbi yardımın təşkili şöbəsi və İnformatika və Statistika idarəsi tərəfindən tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin vahid mərkəzləşdirilmiş reyestrinə daxil edilmə qaydaları hazırlanaraq təsdiq edilib.
 
Bundan əlavə, respublikanın şəhər və rayonlarının tibb müəssisələrinin rəhbərləri tərəfindən həkim-məsləhət komissiyaları üzvləri gücləndirilmiş elektron imza ilə təmin edilmiş və tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin rəsmiləşdirildiyi gün gücləndirilmiş elektron imza ilə imzalanmış elektron sənəd formasında göndərişlərin vahid mərkəzləşmiş reyestrinə daxil olunması təmin edilib.
 
Səhiyyə Nazirliyi tərəfindən “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydaları” hazırlanmış və 30 mart 2016-cı ilə tarixdə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 140 saylı Qərarı ilə təsdiq edilmişdir. Eyni zamanda Səhiyyə Nazirliyinin baş mütəxəssisləri cəlb olunmaqla əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarları xəstəliklərin sonuncu beynəlxalq təsnifatına uyğun olaraq hazırlanıb Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim olunmuş və bu sənəd əsasında müvafiq Əsasnamə Nazirlər Kabinetinin 413 saylı Qərarı ilə 30 dekabr 2015-cil il tarixdə təsdiq edilib.
 
Əhalinin narazılığına səbəb olan problemlərin aradan qaldırılması istiqamətində də Səhiyyə Nazirliyi tərəfindən ciddi addımlar atılıb.
 
Əhalinin bu işdə rahatlığının təmin edilməsi, həmçinin Bakı şəhərinin klinik xəstəxanalarının stasionar şöbələrində mövcud sıxlığın aradan qaldırılması məqsədilə vətəndaşlara əlilliyin müəyyən edilməsi üçün müayinələrin Bakı şəhərinin klinikalarından əlavə Respublikanın şəhər və rayon mərkəzi xəstəxanalarında, həmçinin ambulator şəraitdə həyata keçirilməsi məqsədə uyğun hesab edilib.
 
Nazirlər Kabinetinin 1993-cü ildə 9 nömrəli Qərarı ilə təsdiq edilmiş sosial sığorta haqları ödəyən vətəndaşlara xəstəlik vərəqələrinin verilməsi qaydaları haqqında təlimat”ın hazırda yeni variantının hazırlanması məqsədilə işçi qrup yaradılıb.
 
İclasın sonunda əlilliyin təyini ilə bağlı vətəndaşlara Tibbi-sosial ekspert komissiyalarına göndərişlərin (F-088U) verilməsinin ciddi nəzarətə götürüldüyü bildirilib.

 

Orphus system Mətndə orfoqrafik səhv aşkar etdinizsə, həmin hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
İmza :
Teqlər :
Oqtay - Şirəliyev - rayon - xəstəxanalarına - əlavə - səlahiyyət - verdi -
Paylaş :
Mail Yazdır Şərh yaz 0 dəfə şərh edilib
Tarix:20-04-2017 16:32 - Oxundu: 331
Sağlamlıq
20-04-2017 16:32 Oqtay Şirəliyev rayon xəstəxanalarına əlavə səlahiyyət verdi
18-04-2017 17:21 Səhiyyə Nazirliyi şagirdlər arasında sorğuya başlayıb
17-04-2017 11:49 Azərbaycanda qeydiyyatda olan hemofiliyalı xəstələrin sayı açıqlanıb
15-04-2017 13:00 Bu uşaq yaşıl çayın xərçəng xəstəliyini öldürdüyünü sübut etdi-VİDEO
13-04-2017 13:09 Azərbaycan alimləri qocalmanın səbəbləri ilə maraqlı nəticələr əldə edib
12-04-2017 15:46 BMT: Dünyada 30 milyon narkotik istifaçəsi var
11-04-2017 21:56 Bu kadrlar sizi dəhşətə salacaq - Kolbasa alarkən diqqətli olun! - VİDEO
11-04-2017 11:45 Azərbaycanda qrip təhlükəsi varmı? - Rəsmi açıqlama
07-04-2017 10:00 Bu gün Ümumdünya Sağlamlıq Günüdür
06-04-2017 16:19 Siqaretdən ölüm halları artır
06-04-2017 11:29 Daim yorğun olmağınızın 8 səbəbi
06-04-2017 10:30 Alimlər ömrü uzadan piy aşkarladılar
04-04-2017 15:57 "Əgər 1000 yeni doğulandan 10-nu itiririksə, bu, böyük nailiyyətdir"
28-03-2017 11:49 Braziliyada qorxulu "sarı qızdırma" xəstəliyi yayılmağa başlayıb
27-03-2017 20:17 Azərbaycanda “Honq Konq” virusuna yoluxanların sayı açıqlanıb
24-03-2017 13:05 Pulsuz dərmanla təmin edilən hepatitli xəstələrin sayı açıqlandı
23-03-2017 15:16 Azərbaycan Gürcüstandan dərman idxalını 9 dəfə artırıb
18-03-2017 14:12 İsveçin paytaxtı Stokholmda qızılca virusu yayılıb
15-03-2017 14:15 Azərbaycanda məktəblərdə tənəffüs vaxtının uzadılması təklif olunur
13-03-2017 21:57 Azərbaycanda onkoloji xəstələrin sayı artıb
13-03-2017 11:21 Özbaşına dərman qəbulunun ağır fəsadları ola bilər - Diqqətli olun!
09-03-2017 22:49 Televizora baxarkən yemək yemənin zərərləri
23-02-2017 17:01 Dilimizin anlatmaq istədiyi 9 təhlükə
22-02-2017 13:29 Azərbaycanda 2 ailədə nadir xəstəlik aşkar olunub
22-02-2017 12:18 "Azərbaycanda hemofiliyalı xəstələrin sayı artıb”
18-02-2017 22:16 Dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi qaydası dəyişdirilməyib
18-02-2017 21:45 Süd alarkən diqqətli olun! - VİDEO
18-02-2017 20:55 Ötən il Azərbaycanda 500-dən çox onkoloji xəstəyə erkən diaqnoz qoyulub
16-02-2017 14:13 Evlənmək istəyən cütlüklərin 4649 nəfərində talassemiya aşkarlanıb
15-02-2017 21:50 Təcili yardım xidmətinə hər xidmətə görə ödəniş həyata keçiriləcək
15-02-2017 15:06 Psixoloqlar: Evli adamlar subaylardan sağlam olur
14-02-2017 15:35 Azərbaycanda 192 saxta həkim var imiş
13-02-2017 15:40 Ötən il 556 nəfər İİV-ə yoluxub
13-02-2017 13:28 Azərbaycan əhalisi pulsuz tibbi müayinədən keçiriləcək
10-02-2017 12:41 Uşaqlarda ən çox rast gəlinən stomatoloji xəstəliklər açıqlandı
09-02-2017 22:18 Evlənmək istəyən 935 nəfərdə siflis, 166 nəfərdə QİÇS AŞKARLANIB
08-02-2017 09:27 Təbaşir uşaqlarda dəri xəstəliklərinə səbəb ola bilərmi?
07-02-2017 21:43 Azərbaycanda 10 xəstəxana BAĞLANDI
07-02-2017 21:10 Antisanitar vəziyyətdə satılan quş ətləri: Bazarlara niyə nəzarət yoxdur? - VIDEO
07-02-2017 11:46 Nazirlikdən rəsmi açıqlama: "Biz ölkəyə dərman gətirmirik ki...."
06-02-2017 16:49 Güclü təsir edən dərmanların satışı ilə bağlı məhdudiyyət qoyulubmu?
04-02-2017 11:22 Hər il 9 milyon insan xərçəng xəstəliyindən həyatını itirir
02-02-2017 14:55 14 illik dondurulmuş embriondan uşaq dünyaya gəldi - İranda
28-01-2017 11:30 Uşağın yaşa uyğun boyunu və çəkisini öyrənin - CƏDVƏL
26-01-2017 14:17 Azərbaycanda beyin ölümü diaqnozunun qoyulmasına başlanacaq
25-01-2017 20:56 Xətkeşlə təzyiqi necə ölçmək olar? - VİDEO
16-01-2017 21:51 Azərbaycanın dərman ixrac edəcəyi əsas ÖLKƏLƏR
16-01-2017 12:22 Alimlər enerji içkilərinin yeni təhlükəsini aşkar ediblər
16-01-2017 09:52 Alimlər xərçəng xəstəliyi yarada biləcək əsas səbəbindən danışıblar
16-01-2017 09:19 Qripə qarşı peyvəndlərin qiyməti artıb
14-01-2017 13:59 Uşaqların depressiyadan uzaq qalmağın ən gözəl yolu tapılıb
13-01-2017 16:49 İnsanda müxtəlif xəstəlikləri müəyyən edən ağıllı saat yaradılıb
13-01-2017 14:43 Uşaqların hepatit B ilə xəstələnməsi halları 2,2 dəfə azalıb
13-01-2017 12:38 Səhiyyə Nazirliyi: Azərbaycanda ana ölümü əmsalı 24-dən 22-yə enib
12-01-2017 21:40 Bakıda vətəndaşın aldığı kələm hamını ŞOK-a saldı - VİDEO
12-01-2017 12:49 Alimlər "Nutella"nın ciddi təhlükəsindən danışıblar
12-01-2017 10:16 Üzüm tumunun faydaları
11-01-2017 22:00 Yüksək hərarət insanı öldürə bilər?
11-01-2017 14:32 Dərmanın da “qara bazar”ı yaranır
11-01-2017 11:50 Ötən il Azərbaycanda xərçəngə tutulanların sayı AÇIQLANDI

Xəbər Lenti
Bu gün ən çox oxunanlar


Sorğu
Səs ver Nəticələr

Ölkə Siyasət
Dünya Münasibət
Hüquq İqtisadiyyat
Hərb Təhsil
Araşdırma Analiz
Hadisə, Kriminal Top Secret
İdman Maraq Dünyası
Mənəviyat Ailə-Uşaq
Sağlamlıq Foto
Tarix Video
Texnologiya Mədəniyət
Reportaj Vətən uğrunda
Рейтинг@Mail.ru ® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Firefox 3.6+, GoogleCrome10+, Opera 9+, Macromedia Flash, 1360 x 768

Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


Rss - Saytın Xəritəsi - Dizayn : AA Design

Faktxeber.az