Tarix:15-02-2016 16:06
ONLARI TANIYIN - Bütün dünyanı bu 13 ailə idarə edir
Sözlərinə qulaq asmayan ölkələrdə isə xaos, qarşıdurma, vətəndaş müharibələri yaradırlar
Şərh yaz
Zaman-zaman ölkələri idarə edənlərin əslində prezidentlər, baş nazirlər olmadığı barədə fikirlər səsləndirilir. Bildirilir ki, bəziləri dövlət başçılarına təzyiqlər edərək, öz siyasətlərini həyata keçirirlər. Bu təzyiqlər banklar, ayrı-ayrı şirkətlər və beynəlxalq təşkilatlar vasitəsi ilə həyata keçirilir. Onların sözlərinə qulaq asmayan ölkələrdə isə xaos, qarşıdurma, vətəndaş müharibələri yaradılır. FaktXəbər olaraq sözügedən "bəziləri"nin kimliklərini təqdim edirik.
 
1. Astor Ailəsi
 
CFR-in (Xarici Əlaqələr Komitəsi - Gizli Dünya Dövlətinin ən önəmli orqanlarından biri - Bu barədə başqa bir yazıda - red.) İngiltərə qolu olan RİİA (Royal Institute of International Affairs - Beynəlxalq Münasibətlər Kral İnstitutu) Astor ailəsi tərəfindən yaradılıb. Təşkilat sənədlərdə "xeyriyyə qurumu" kimi qeyd edilir. Lakin zəngin təbəqənin maraqlarının hökumətlərin siyasətlərinə uyğun gəlməsini təmin edir. "Rounda Table" təşkilatı Cecil Rhodes tərəfindən yaradılıb və "Association of Helpers" (Xeyriyyəçilər Birliyi) ilə birlikdə işləyən bir təşkilatdır. Təşkilat Klinton kimi ABŞ prezidentlərinə təqaüd verməklə tanınır. Oksford Universitetində Rhodes təqaüdü ilə oxuyanlara verilən təhsillə vahid dünya hökumətinin necə qurulacağı öyrədilir. Astor ailəsi, xüsusilə narkotik ticarəti ilə məşğul olur və MKİ, Mİ5, Mİ6 və Mossad Kəşfiyyat Xidmətindən böyük dəstək alır.
 
2. Bundy Ailəsi
 
16-cı əsrdə Amerikaya köç edən Püriten (Püriten, 16 və 17-ci əsrlərdə I Yelizavetanın İngiltərə kilsəsində başlatdığı islahatçı hərəkata qarşı çıxan, özünü "saflığı axtaran" adlandıran Protestant doktrina və ibadət formasıdır - red.) bir ailədir. "Skulls and Bones Society"yə (Quru Kəllə və Sümük Təriqəti) çoxlu sayda üzv verən bu ailə, ABŞ rəhbərliyində əhəmiyyətli vəzifələrə sahib olublar. Bunlar Harvey Hollister Bundy, Uilyam Putnam Bundy və McGeorge Bundydir. Harvey Hollister Bundy müşavir, xəzinə naziri, müharibə katibi və atom bombasının istehsalında Manhattan Layihəsində vəzifə alıb. Uilyam Putnam Bundy MKİ, Milli Hədəflər Nazirlər Komissiyası, müdafiə nazirinin müavini, Vyetnam müharibəsi dövründə Şərqi Asiya və Sakit okean katibi, "CFR Foreign Affairs" rəhbəri, Amerika Məclisi üzvü kimi vəzifələri daşıyıb. McGeorge Bundy Xarici İşlər Politikaso analitiki, CFR analitiki, Müharibə katibi müavini, Milli Təhlükəsizlik üzrə xüsusi köməkçi, Milli Təhlükəsizlik müşaviri, Ford Fondunun prezidenti kimi yüksək səviyyəli mövqelərdə işləyib. Məsləhət şirkətləri bunların nəzarətindədir və bunun sayəsində gücün yüksək pillələrində yer alırlar.
 
 
3. Collins Ailəsi
 
Colins ailəsi Nyu Enqlandtan gələn çox köklü bir ailədir. Şeytan klubu olan "Hell Fire Club"nun (Cəhənnəm Atəşi Klubu) üzvüdür. Bu kluba üzvlük Britaniya hökumətinin yüksək dairələrində etibarlıdır. Şeytan cərəyanlarını dünyaya yayaraq beyin nəzarətli kölə yaratmaq üçün istifadə edilir. Bu klub üzvləri arasında ABŞ prezidentləri, İngiltərə nazirləri, lordlar və şahzadələr də var. Bu klub üzvləri gizli seksual ritualları icra edirlər. Ailənin keçmişində bəzi ailə üzvləri (Ceyn Collins, 1650-ci illər) ifritəlik və cadugərlikdə ittiham olunurdular. Ailənin Amerikadakı qolu Amerika Vətəndaş müharibəsindən bir qədər əvvəl "Todd" soyadını qəbul edib. Ailənin kürəkənləri arasında keçmiş Amerika prezidentlərindən Medison və Linkoln var.
 
4. Düpon Ailəsi
 
Kimyəvi məhsulların bir nömrəli adı Düpon ailəsidir. Bütün dünyada hər evdə bir neçə dənə Düpon məhsulu istifadə edilir. Xüsusilə də barıt və partlayıcılarda inhisar yaradıblar. Amerikanın ilk barıt fabrikini onlar qurublar. 1799-cu ildə Amerikaya köç edən Pyer Samuel Düpon illuminatik sistem ilə əlaqəsi olan ilk Düpontdur. ABŞ Prezidenti Ceffersonun yaxın dostu olub və ABŞ hökuməti ordunun barıt ehtiyacının ödənilməsini bu yaxın dosta verib. Düpon ailəsi Freeman, Astor, Rokfeller, Rotşild və Rassel ailələri kimi narkotik ticarətindən çoxlu qazanc əldə edib. Düpon ailəsi həmçinin II Dünya müharibəsində Adolf Hitlerə hərbi ləvazimat və sursat yardımı da edib.
 
5. Freeman Ailəsi
 
Bundy ailəsi kimi ABŞ məsləhətçilərinin arasındadırlar. Gaylord Freeman, Rocer A.Freeman bir çox prezident və konqres üzvünə tövsiyələrini, daha doğrusu əmrlərini icra etdiriblər. Amma nədənsə heç kim onların adlarını eşitməyib. Gaylord Freeman eyni zamanda Sion təriqətinin liderlərindəndir. Stefan M.Freeman Amerika konqresində fəal yəhudi lobbisi olan "Anti Defamation League"nin (Anti Diffamasiya Liqası) İnsan Haqları Komitəsinə rəhbərlik edir. Ceyms D.Freeman "İttifaq Məktəbi" deyilən və Xristian Birliyi üçün çalışan bir məktəbin lideridir.
 
6. Habsburg Ailəsi
 
Avropanın gizli kralı adlanan və Roma İmperiyasının imperatoru 5-ci Karlın nəslindən olduğunu iddia edən, Avstriya İmperatriçasının oğlu 98 yaşlı Otto Von Habsburg ailənin ən yaşlı üzvüdür. Habsburg ailəsi xristianlıq inanclarına zidd olan, Həzrət İsanın arvadı və uşağıyla birlikdə çarmıxa çəkməkdən xilas olaraq Fransaya qaçdığı və məşhur Merovenqian (Merovenj) Xanədanlığına qarışaraq nəsillərini davam etdirdiyini bildirir. Buna görə də Otto von Habsburg Qüds kralı namizəd olduğunu açıqlamışdı.
Habsburg ailəsinin bir mühüm xüsusiyyəti isə Həzrət İsanın nəslini qorumağa yönəlik yaradılan "Sion Monastırı" adlı təşkilatla çox yaxın əlaqələri olduğu və bu təşkilatı maliyyələşdirdikləridir.
 
7. Lord Ailəsi
 
ABŞ-a 16-ci əsrdə gələn və fərdləri təşkilat üçün yüksək səviyyəli vəzifələr etmiş köklü bir ailədir. Nathan Lord və Tomas Lord ailələri ABŞ idarəçiliyində fəal rollar oynayırlar. "Skulls and Bones Society"nin üzvləri arasında Franklin Atkins Lord, Uilyam Galey Lord, Osvald Bates Lord, II Çarlz Edwins Lord və Uinston Lord var. Uinston Lord 1977-1985-ci illər arasında Xarici Əlaqələr Komitəsi İdarə Heyətinin sədri olub. Çarlz Edvin Lord valyuta nəzarətini həyata keçirib.
 
Uinston Lord təşkilatın köklü ailədən gələn bir üzvü idi. Öz ailəsiylə birlikdə Amerika Birləşmiş Ştatlarına 16-cı əsrdə gələn və fərdləri təşkilat daxilində yüksək səviyyəli vəzifələr tutmuş Harriman, Bundy, Vitney, Düpon, Rassel, Freeman, Astor, Collins, Stimson ailələrini təmsil edib.
 
 8. Morgan Ailəsi
 
Rotşild (Rothschild) və Rokfeller (Rockefeller) ailəsinin ən böyük tərəfdaşıdır. Qurucu ailə üzvü J.P. Morqan (Con Pierpont) Rokfeller xanədanlığının banisi Con Davidson Rokfeller ilə 1800-cü illərdə ABŞ-ın pul siyasətini istiqamətləndirmək üçün planlar hazırlayıblar.
J.P.Morqanın atası Junius Spenser Morqan İngiltərəyə iş səyahətləri edərmiş. Corc Peabody adlı investorla birgə daha sonra adı "Morqan & Company" olaraq dəyişəcək maliyyə şirkəti yaratmışdılar. Rotşild ailəsinin Amerika qolu olaraq birgə işləməyə başladılar və Rotşild ailəsi ilə Morqan ailəsinin Avropa investisiyalarına nəzarət edirdilər. Morqan ailəsi 1900-cü illərin əvvəlində Rotşildlərdən sonra dünyanın ən böyük bank nəhənglərindən biri oldu.
 
Amerika Vətəndaş Müharibəsi zamanı Amerika dövlətini aldatmaqda günahlandıran Morqan ailəsi məhkəməyə verilmiş, amma necə olubsa, barələrində bəraət hökmü çıxarılıb, hələ üstəlik kompensasiya da alıblar. Gənc Morqan ABŞ Vətəndaş müharibəsi zamanı ordunun xarab deyə birini 3,5 dollara satdığı 5000 ədəd tüfəngi vasitəçi ilə satın almış, daha sonra bu xarab tüfəngləri 22,5 dollardan silaha ehtiyacı olan ordu komandanına satmışdı. Tüfənglərin xarab olduğunu görəndə, komandir pulu ödəməmək istəmiş, amma məhkəmə tüfənglərin pulu ilə bərabər təzminat da ödənilməsi barədə qərar çıxarmışdı.
 
J.P.Morqan Yale Universitetinin təsisçilərindən biridir və "Skulls and Bones Society"ni maliyyələşdirir. "Skull and Bones" Masonlar və İlluminist baxışlarla yaradılıb və fəaliyyətini bu istiqamətdə davam etdirən təşkilatdır. Morqan ailəsi ABŞ-ın transmilli nəhəng şirkətlərindən olan Gneral Electrics, U.S Steel Corporation, İnternational Harvester Company və "Morqan & Stanley" adlı nəhəng maliyyə şirkətini idarə edirlər.
 
9. Oppenheimer Ailəsi
 
Nikolas Oppenheimer şeytanı İlluminati sisteminin Cənubi Afrikalı üzvüdür. "Almaz kralı" olan atası Harri Oppenheimerdan böyük bir irs təhvil almışdır. Dünyada almaz yataqlarının 95%-nə və digər qızıl, platin kimi qiymətli daş və mədən yataqlarının əksəriyyətinin səhmlərinə sahibdir. Rotşild ailəsinin dəstəyi ilə "Sesil Rhodes"in sahibi olduğu Cənubi Afrikadakı ən böyük mədən şirkəti "De Beers Consolidated Mines"in nəzarətini əlində saxlayır. Dünyanın ən böyük yəhudi məbədi olan Yohanesburqda inşa edilən məbədin baş maliyyəçisidir. Mossad kəşfiyyat xidməti ilə yaxın əlaqəsi var.
 
 
10. Rokfeller (Rockefeller) Ailəsi
 
Bu ailə Rotşild ilə piramidanın ən təpəsində, Luciferin (İblis) əmrlərini yerinə yetirən ailədir. Ailənin banisi, neft baronu Con Davidson Rokfellerdir. "Chemical" və "Chase Manhattan Bank"ı 1955-ci ildə kommersiya izdivacı ilə birləşib bank sektoruna addım atdılar. Digər bankçılıq nəhəngi - Rotşildin dəstəyi ilə ABŞ-ın maliyyə bazarında mühüm söz sahibi oldular. Görünüşdə iqtisadi fəaliyyətlər üçün yaradılmış Trilateral (Üçtərəfli) Komisyanı 1973-ci ildə Rokfeller ailəsindən Devid Rokfeller qurmuşdur. "Council of Foreign Relations"in (CFR) banisi David Rockefellerdir. 91 yaşında olmasına baxmayaraq, olduqca sakit görünən Amerika Birləşmiş Ştatlarının tanınmış milyarderi Devid Rokfeller prezidentin sağ qolu olaraq yanındakı iki yerdən birinin sahibidir. Rokfeller dünyanın ən böyük banklarından olan "Chase Manhattan Bank", "Citibank" və "Standard Oil", "Mobil" kimi dünya neft bazarını əlində saxlayan nəhəng şirkətlərin ən böyük səhmdarıdır. Şirkətlərinin dövriyyəsi dünyadakı bir çox dövlətin illik gəlirlərindən qat-qat çoxdur. Birləşmiş Millətlər Təşkilatının binasının yerləşdiyi Eait Riverdəki çox dəyərli yeri Birləşmiş Millətlər Konsorsiumuna hədiyyə ediblər. Həmçinin ailə Yale Universitetinin maliyyəçi və "Skulls and Bones Society" (Quru kəllə və sümük təriqəti) təriqətinə üzv verən, yığan ailədir. Türkiyədəki məşhur Koç Ailəsi ilə qohum və tərəfdaşdır.
 
11. Rotşild (Rothschild) Ailəsi
 
Rotşild ailəsi əcdadları Mayer Amşel Rotşild tərəfindən 18-ci əsrdə Almaniyanın Frankfurt şəhərində yəhudi gettolarında pencəyinin yaxasına asdığı sarı siyon ulduzuyla dükan kimi istifadə etdiyi kiçik bir evdə, köhnə paltar və antikvar sataraq qaranlıq güclərlə ticarətə başlamışdır. Varburq, Şiff, Loeb, Qoldman, Kuhn, Koen kimi digər yəhudi ailələrlə qarşılıqlı həmrəyliklə apardıqları ticarət və ailəvi münasibətlərlə indiki zamanda bütün dünya bazarlarını idarə edən maliyyə şirkətlərindən və Avropadakı müxtəlif ölkələrdə ən böyük bankların sahibi olan nəhəng bir imperiyanın varisidir. 
Bir əsrlik zaman ərzində Rotşild ailəsi Almaniya, İngiltərə, Fransa birjalarını, daha sonra bu ölkələrin və digər ölkələrin birja və mərkəzi banklarını ələ keçirmiş, Avropada krallara, dövlətlərə kredit verəcək qədər varlı bankların, maliyyə şirkətlərinin sahibi olmuşdur.
 
12. Rassel Ailəsi
 
Bu ailənin keçmişi narkotik və kölə ticarətinə söykənir. Həmçinin "Skulls and Bones Society" və "Yahova Şahidləri"nin banilərindəndir. Təriqətlərin qurucularından olmazdan əvvəl, general Rassel İlluminati ilə əlaqə yaratmış və təşkilatın fikirlərindən bəhrələnmişdir. Rassel ailəsinin Pittsburqda xüsusi bir qəbiristanlığı var. Ayinlərini və gizli rituallarını burada həyata keçirirlər. 
 
13. Varburq (Warburg) Ailəsi
 
Rotşild ailəsinin keçmişi bu ailə ilə eynidir. İspaniyaya qaçan Simon Von Kessel burada Varburq şəhərinə köçərək, soyadını dəyişdirmişdir. Simon Von Kesselin nəvəsi Mark Gumpriç Varburq xərac kəsmək və tacirliklə Hamburqda bank sektoruna daxil olub. M.M.Warburg bankını quran Markın oğulları, Rothschild ailəsi ilə əlaqələrini daha da gücləndirdilər və bütün Avropanın maliyyə bazarını inhisara aldılar. Almaniya baş naziri və şahzadələrlə Maks Varburq yaxın münasibətlərə malik idi və kral saraylarına maliyyə müşavirliyi edirdi.
 
FaktXeber.com
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
İmza :
Teqlər :
Astor - CFR - Foreign - Affairs - Rounda - Table - Association - of - Helpers - Bundy - Collins - Freeman - Habsburg - Morgan - Rothschild - Rockefeller - Oppenheimer - Skulls - and - Bones - Society - Warburg -
Paylaş :
Mail Yazdır Şərh yaz 0 dəfə şərh edilib
Tarix:15-02-2016 16:06 - Oxundu: 101883
Top Secret
17-03-2017 11:42 Kraliça Yelizavettanın GİZLİ JESTLƏRİ
08-02-2017 16:12 Alman faşistlərin boynunda olan 73 MİLYON İNSAN QANI - Araşdırma
07-02-2017 16:42 Fransanın törətdiyi soyqırımından danışan generalın başına oyun açdılar
25-01-2017 11:50 İnsanın kosmosa "ayağını açan" ilk qitələrarası ballistik raket - VİDEO
18-01-2017 16:52 Bu soyqırımları barədə Azərbaycan mediasında heç vaxt yazılmayıb
18-01-2017 09:43 SSRİ-nin sirr kimi saxladığı güclü SİLAH - VİDEO
12-01-2017 14:11 Nüvə erasının super silahları: Rusiya və ABŞ-ın sualtı mübarizəsi
09-12-2016 16:55 Minlərlə qaraçını necə qırıblar? - ARAŞDIRMA
06-12-2016 15:59 "Soyqırımları tarixi": bir xalqı su çiçəyi xəstəliyi ilə məhv etdilər - ARAŞDIRMA
29-11-2016 17:17 37 ölkədə 20 milyondan çox insanı kim və necə qətlə yetirib? - ARAŞDIRMA
08-11-2016 17:45 Onlar tezliklə bəşəriyyəti nə hala salacaqlarını aşkar göstərdilər - ŞOK VİDEO
23-09-2016 11:07 ABŞ kəşfiyyatına casusluq edən azərbaycanlılar - İNANILMAZ FAKTLAR
22-09-2016 15:47 İnsanlığın düşməni olan canlı oyuncaq yaradılıb – FOTO-VİDEO
21-09-2016 16:53 Google-nin dünyadan sirr kimi gizlətdiyi 20 yer - FOTO
19-09-2016 17:31 Nobelin tarixə qanla yazılan 350 ixtirası və SÜLH MÜKAFATI - ARAŞDIRMA
24-08-2016 15:48 Milli Təhlükəsizlik Agentliyinə işləyən hakerin dəhşətli müsahibəsi
07-06-2016 11:43 Dollar ABŞ-ın valyutası deyilmiş - VİDEO
25-04-2016 15:39 Prezidentlər BU QADININ KÖLGƏSİndən də qorxurlar
24-03-2016 17:15 Roma Papası ilə I Kirilin görüşünün sirli səbəbi - FOTO
23-03-2016 16:08 Dövlətlərin gizlətdiyi nüvə qəzaları - ARAŞDIRMA
10-03-2016 15:20 Ərəbistanın terror etdiyi tarixçi nələri ifşa etmişdi?
07-03-2016 15:55 Şeytanla əlaqəyə girib insanları belə dəli edirlər - VİDEO
03-03-2016 16:52 Prezidentin saatındakı "GİZLİ MESAJ" - FOTO
24-02-2016 13:20 "ABŞ-ın Suriya hökuməti ilə müharibəsi 2000-ci ildən başlayıb"
15-02-2016 16:06 ONLARI TANIYIN - Bütün dünyanı bu 13 ailə idarə edir
15-02-2016 12:41 Baş nazirin qətlinin sifarişçisi 65 il sonra bəlli oldu
27-01-2016 17:25 İsraildə niyə xərçəng xəstəsi yoxdur? ARAŞDIRMA
27-10-2015 12:33 Dünyanın tanınmış siyasi xadimləri gənclik illərində - FOTOLAR
26-10-2015 12:44 XX əsrin tanınmış siyasi xadimləri və anaları - FOTOLAR
23-10-2015 12:35 Hakimiyyətdə olan HANNİBALLAR: İnsan ətini sevən ən qəddar diktatorlar
22-10-2015 11:26 ŞOK: Türkiyə polisi terroru 20 gün öncədən bilirmiş - RƏSMİ SƏNƏD
16-10-2015 11:01 Dünya hərb tarixinə adını yazdıran hərb nazirimizə niyə küçə süpürtdürüblər
30-09-2015 13:12 Nəhəng insanlar dövrü və Ad qövmü: Mif, yoxsa reallıq? ARAŞDIRMA
17-09-2015 12:31 Gəncənin gizli yeraltı yolları - VİDEO
09-09-2015 12:11 “Kurtlar Vadisi” satanizm elementlərindən istifadəyə davam edir - VİDEO
07-09-2015 11:21 Güllələnmədən əvvəl gülüş... FOTOLAR
14-08-2015 09:59 İnternet 7 gizli açarı olan 14 nəfər tərəfindən idarə olunur
29-07-2015 16:56 Hitlerin çıxışdan öncə etdiyi məşqinin GİZLİ FOTOLARI
17-07-2015 13:38 WikiLeaks Azərbaycanla italyan haker şirkəti arasında məxfi yazışmaları yayıb
07-07-2015 16:51 ABŞ və İngiltərəyə inamın sonu. Qəzzafi: Bizim taleymizdən ibrət götürülməlidir
30-06-2015 16:59 ABŞ-ın həyatdan sildiyi fiziki jurnalistlər necə tapdılar? - FOTO
29-06-2015 16:38 Məkkə və Mədinəni partlatmaq üçün hazırlanan bomba oyunu
21-06-2015 18:06 Ərdoğan və Ancelina Colinin əl görüşməsindəki ŞOK SİRR- FOTO
16-06-2015 12:26 43 il təkadamlıq kamerada saxlanan siyasi məhbus...
01-06-2015 10:14 Qatır Məmməd kimə xidmət edib: Azərbaycanlılara, yoxsa ermənilərə?
27-05-2015 12:48 ABŞ-ın Böyük Möhürünün sirri və ya Troya atı - ARAŞDIRMA
25-05-2015 17:20 İŞİD-in ABŞ tərəfindən yaranması haqqında ŞOK SƏNƏDLƏR FOTO-VİDEO
15-05-2015 16:14 SSRİ-də edam olunan yeganə yeniyetmə - FOTO-VİDEO
12-05-2015 11:34 1 nömrəli terrorçunun öldürülməsi barədə şok fakt Amerikanı qarışdırdı - TOP SECRET
02-04-2015 12:16 Türkiyənin məşhur masonları - SİYAHI
30-03-2015 16:56 Türkiyə gündəmini dəyişən Fətullah Gülənin mason andı - FOTO
27-03-2015 15:16 Pentaqon İsrailin nüvə sirlərini faş etdi
09-02-2015 15:07 İsveçrə bankının gizli hesabları internetə sızdı - azərbaycanlılar da var
27-01-2015 15:49 Kral Abdullah barəsində Wikileaksin şok hesabatı?
20-01-2015 19:28 "Bilderberg" mason təşkilatının 2015 toplantısının yeri bəlli oldu - FOTO
13-01-2015 12:15 Ötən ilin mistik sirləri - FOTO-VİDEO
05-01-2015 16:40 Ərdoğanın ABŞ və İsraildən qəbul etdiyi ŞOK TƏKLİF!
05-01-2015 10:11 Əbiyevlərin Çexiyadakı mülkləri haqda şok fakt - FOTO
29-12-2014 14:51 Erməni terrorizmi iş başında! - YOUTUBE-dan SİLİNƏN VİDEO
19-12-2014 16:02 6 ay erməni əsirliyində: Bizi Ağdamın poçt müdiri satdı - FOTO

Xəbər Lenti
Bu gün ən çox oxunanlar


Sorğu
Səs ver Nəticələr

Ölkə Siyasət
Dünya Münasibət
Hüquq İqtisadiyyat
Hərb Təhsil
Araşdırma Analiz
Hadisə, Kriminal Top Secret
İdman Maraq Dünyası
Mənəviyat Ailə-Uşaq
Sağlamlıq Foto
Tarix Video
Texnologiya Mədəniyət
Reportaj Vətən uğrunda
Рейтинг@Mail.ru ® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Firefox 3.6+, GoogleCrome10+, Opera 9+, Macromedia Flash, 1360 x 768

Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


Rss - Saytın Xəritəsi - Dizayn : AA Design

Faktxeber.az