Tarix:08-11-2016 17:45
Onlar tezliklə bəşəriyyəti nə hala salacaqlarını aşkar göstərdilər - ŞOK VİDEO
Şərh yaz
2012 ildə ABŞ-ın “Heliofant” studiyası “Mən ev keçisiyəm 2” qısametrajlı cizgi filmini çəkdi. Filmin müəllifi və eyni zamanda “Heliofant”ın sahibi  Luis Lefevr öz saytında etiraf etmişdi ki, filmin bütün obrazları onun şüurunda özü-özünə yaranıb. Luisin sözlərinə görə, filmin üzə çıxması üçün bircə beynində özü-özünə formallaşmış obrazları bir yerə toplaması lazım idi.  Filmin çoxsaylı simvollarına gəldikdə, müəllif bu haqda bir şey anlamadığını və bəzi simvollarının ona məhz tamaşaçılar tərəfindən göstərildiyini deyib. 
 
FaktXəbər olaraq “Mən ev keçisiyəm” filminin içində gizlədilmiş çoxsaylı şifrələri başa düşdüyümüz qədər sizlərə təqdim edirik. Məqalənin uzunluğu sizi qorxuya salmasın. Bir qədər şəkilli izahlar əlavə etmişik ki, sizə rahat olsun.  Araşdırmanın hazırlanmasına 2 aya yaxın vaxt sərf edilib. Əminik ki, məqaləni ardıcıl şıkildə oxuyub, sonda bizə təşəkkür edəcəksiniz.
 
“Mən ev keçisiyəm” filminin adı ABŞ prezidenti Corc Buşun 2001-ci ilin sentyabrın 11-i məktəbdə uşaqlar üçün oxuduğu “Mənim ev keçim” nağılına bir işarədir.  O, Beynəlxalq Ticarət Mərkəzinin binalarına hücum olunandan sonra nağılın oxunmasını dayandırmayıb və daha 7 dəqiqə oxumağa davam edib. 
“Mən ev keçisiyəm 2” filmi keçinin həbs düşərgəsinin ərazisində yeşiyin daxilində tələdə olan keçinin kadrından başlayır. Keçini kimsə hipnoz edir. Onun alnında “666” ştrix-kodunu görmək olar. Keçi qalan qutuda xaltada hürən iti aparan insanın şəkli çəkilib.  
“Mən ev keçisiyəm 2” (“I, pet goat II”) “II” rəqəmi ingilis dilində ikidən əlavə “too” (həmçinin) kimi də başa düşülə bilər. Çünki bu filmin birinci hissəsi yoxdur. Yəni bu filmin adını “Mən də ev keçisiyəm” kimi tərcümə etmək olar. Mümkündür ki, müəllif tamaşaçıya bildirmək istəyir ki, özü də idarə olunur və yuxarıdan edilən göstərişə əsasən cizgi filmi şəklində müəyyən informasiya verir. Həmçinin keçi qara qüvvələrə tabe olub, özünü fəsad içində qərq edən bəşəriyyəti simvolizə edə bilər. Bir bəşəriyyət ki, onun ağlı və ruhu həbs olunub. Bunu keçinin qabağındakı tikanlı məftil təsdiq edir. 
 
Keçinin altındakı təsvir edilmiş itlə keşikçi isə o deməkdir ki, bəşəriyyətin köləliyi diqqətlə qorunur. Keçiyə işıq saçan projektor hər şeyi görən mason gözünü simvolizə edir. Yəni onlar dünyanı total nəzarətdə saxlayırlar. 
Sonra videoda biz qana bulaşmış barmağında dolların emblemi olan və Corc Buşu marionetka (oyuncaq) kimi idarə edən iki əjdaha əlləri görürük. Pul hərisliyi, qan isə qorxunu ifadə edir. Yəni bu iki faktor bəşəriyyəti qoyun sürüsü kimi idarə etmək üçün kifayətdir.  Marionetka Corc Buşdur. Deyəsən, məhz o, qara elita tərəfindən dünyada total qul nəzarətini qurmaq üçün seçilən əsas personajlardan birincisidir. 
 
Buşun başında D hərfi yazılmış  ağ kloun papağı var. D hərfi “Dummy” (maneken, kukla) və ya “Dumb” (kütbeyni) mənasını daşıyır. 
Klounumuz ağ-qara döşəmədə (masonların məşhur simvolu) oynayır, üzərinə də mason ulduzu formasında işıq düşür. Lövhənin altında ildırımla yarılmış beyin, sağında ona təsir göstərən əjdaha və solunda Nyutonun 3-cu “F=-F” qanunu yerləşir.  İldırım yarılmış beynin rahatlıqla təsir altına düşməyini bildirir, buna görə də əjdaha beyinə soxulmağa çalışır.  “F=-F” (iki cismin qarşılıqlı təsiri zamanı yaranan güc modulca bərabər, istiqamətcə əksdir) qanununun sərbəst izahla mənası “hər təsirə layiqli əks təsir var”dır.  Fizikada işləyən qanun real həyatda da işləyir. Əgər şər varsa, demək xeyir də var. 
 
Lövhənin sağındakı əlifbada isə O və Z hərfləri əyri qalıb. “OZ” “hər gördüyünüz şey mistifikasiyadır” mənasını daşıyır.  
 
Buş stula oturduqdan sonra arxasında divarda bir neçə simvol görünür. 
 
Darvinin insan təkamülü sxemi. Yuxarıda başının arxasında qızıl şəfəqi olan insan buna işarədir. 
Günortanı, ya da gecə yarısını göstərən saat yeni nizamın, eranın hesablama zamanının gəlib çatdığını ifadə edə bilər.  Necə olursa olsun, saat başlanğıc vəziyyətindədir. 
 
ABŞ xəritəsindəki 4 ştatın işarələnməsi qara elitanın keçmişdə törətdiyi cinayətlərini (Oklahoma ştatındakı partlayış, Nyu Yorkdakı 3 binanın partlayışı,  Yeni Orleandakı daşqın və Meksika körfəzindəki neft quyusunun partlatması) əks etdirir. 
Kağız qar dənəciyinin içindəki Davud ulduzu bütün bu olayların arxasında levitlərin dayandığına bir işarədir. 
 
Sonra biz Buşun illuminatların dini “keçi” jestini göstərdiyini görürük. Jestdən sonra Corc Buş başını fırladır, bununla belə, dövlətin rotasiyasını göstərir və budur, Buş ağ əlcəkli və başında bilik atributu olan Obamaya çevrilir. Bilik atributu və ağ əlcək onun yüksək rütbəli mason olduğuna  işarədir.
Obama özünü ondan qabaqkı prezidentdən daha bilikli və millətə daha yaxın olduğunu göstərməyə çalışsa da, Buşun oturduğu kukla oynadanın stuluda oturması onun da kənardan idarə olduğuna bir dəlildir. Obamanın qarşısında olan suflyor lövhəsində də “lol” (bərkdən gülmək) kəlməsi ilə  Obamaya əylənmək lazım olduğu deyilir və o, gülməyə başlayır. 
 
Daha sonra əlində alma tutmuş qız uşağı və onun arxasında üzü cizilmiş, biri gözu olmayan, ağzı bağlanmış, özləri isə tikanlı məftillərlə əhatələnmiş yorğun insan siluetləri görünür. Saç quruluşuna əsasən demək olar ki, qız uşağı Rusiyaya işarədir. Qəfildən qız almanı əlindən salır. Alma diyirlənərək Obamanın ayağının altına düşür. Bu zaman Obamanın ayaqqabısının altında sikkə görünür. Bu o deməkdir ki, ABŞ prezidentini idarə edənlər dünya maliyyə sisteminə də nəzarət edir. Alma isə ikiyə bölünür və tumlarından çıxan rüşeymlər cütləşərək lotos gülünü əmələ gətirirlər. 
 
 
Amma iki tərəfin – qız (Rusiya) və Obama (ABŞ) birliyindən yaranan lotos Obamanı bərk qorxudur və üzündən çirkli tər axır. 
 
Daha sonra oyunun başladığı məktəbin bayır hissəsi göstərilir. Məktəbin bayır divarında “Psalom” 23 (“Zəbur” 23) və ildırım işarəsi görürük. Orada isə belə yazılıb: “Əgər ölüm vadisi ilə getməli olsam belə...”.  Yəni, Obamanın vasitəsi ilə  ölüm eşalonu işə başlayacaq. 
ABŞ tikanlı məftil ilə hasarlanıb. Yəni ABŞ milləti tam əsarət və tam nəzarət altındadır. Və cırılmış ABŞ bayrağında bir ulduzun – bir ştatın uçduğu görünür. Bu isə o deməkdir, ABŞ bu mübarizədə öz nəzarətində olan ərazilərdən birini itirəcək.
Arxa planda isə Londonun “Big Ban”i yerləşir. Bu o deməkdir ki, ABŞ Britaniya vasitəsi ilə idarə olunur. Ümumiyyətlə isə, Barak Obama da daxil olmaqla Amerika Birləşmiş Ştatlarının bütün prezidentləri İngiltərə kralı Con Laklandın soyundandırlar və biri-birilərilə yaxın-uzaq qohumdurlar. Təkcə, 8-ci prezident Martin Van Byürendən başqa.
 
Kadrda görünən digər iki binanın çökməsi  Nyu Yorkdakı partladılan Beynəlxalq Ticarət Mərkəzinin binalarına oxşayır. Yəni qara elita binaları partlatmaqla bəşəriyyətin qlobal əsarət planının reallaşmasına başlayıb.  
Ondan sonra naməlum qəmli şəxsin intiharı göstərilir, halbuki filmin sonunda onun sağ olduğu məlum olacaq. 
 
Sonra biz  qana boyanmış ayın altında orkestrlə dirijorluq edən və sinəsində MKİ-nin emblemi olan qara qanadlı Usama Ben Ladeni görürük.  Onun arxasında isə raket formalı döyüşcülər durur. Yəni dünyada terror aktları, müharibələri və hər-hansı xalqın məhv edilməsi MKİ-nin rəhbərliyi ilə həyata keçirilir. 
 
Bundan sonra “Azadlıq” heykəlinin özülündə Davud ulduzu yanır. Bunun nəyə işarə edildiyi isə tam aydındır. Çünki əslində “Azadlıq” heykəlinin özülü 11 guşəli ulduzdan ibarətdir.
 
İndi isə keçirik animasiyanın ən maraqlı və şifrələrlə dolu olan hissəsinə. Bəşəriyyət öz həqiqi mənliyi ilə əlaqəni itirərək Şeytana yem olub. Sadəcə biz qəflət yuxusundayıq. 
 
Əsas ehtimal olunan budur ki, filmin əvvəlində görünən əjdaha əlləri və bu qorxunc sifət dünya hökumətinin başında duran Rokfellerə aiddir. Məhz Rokfeller dünyada baş vermiş prosesləri (müharibələr, böhranlar və s.) idarə  edərək, bəşəriyyətə öz nizamını diktə edir.  
Əjdaha hələ dünyaya gəlməyən uşağı öz əlaltısı olan ilanla əhatələyib. Yəni insan istəsə də istəməsə də vahid sistemin bir hissəsi kimi dünyaya gəlir. (Günümüzə baxsaq, bunun kifayət qədər misallarını tapa bilərik. Elə götürək bütün dünya banklarını idarə edən Rokfellər ailəsinin tətbiq etdiyi kredit siyasətini.)
Əjdaha televiziya vasitəsi ilə idarə edir. Onun başındakı və üzündəki tüklər ABŞ dollarının kupyurundan götürülüb. Gözünün içində isə AB CHAO yazılıb ki, bu da 33-cü dərəcədən olan masonların ORDO AB CHAO teoriyasına işarədir. Bu latın dilindən olan sözdür və tərcüməsi “Nizamdan xaosa, xaosdan nizama” doğrudur. Televiziyada göstərilən başın sahibinin Rokfeller ailəsinin rəhbəri olan Devid Rokfeller olduğu şübhəsizdir.
Növbəti kadrda qayığın burun hissəsində yerləşdirilən Misir ilahisinin barelyefi görünür. Misrin Anubis tanrısı ölümü simvolizə edir. Böyük qayığın içində isə insanları aldatmaq üçün Həzrət İsaya (ə) oxşadılan və yanan ürəklə, gözləri bağlı Dəccal görünür. Onun gözləri bağlı olsa da bədəni daimi hərəkətdədir. Bu ona işarə edir ki, o, dərin transdadır və meditasiya edir. Qayığın qabağındakı Anubis isə onu bildirir ki,  Dəccaldan qabaq çox insanlar öləcək.
 
Multfilmin digər personajı müxtəlif dərman vasitələri içərisində əlacsız şəkildə uzanıb  qalan insandır. Görünən odur ki, dərmanlar onu sağaltmır. Amma media vasitəsi ilə onun parçalanmış beyninə nəzarət edilir.  
O hərəkət belə edə bilmir, çünki beyni bazar və digər sosial tələblərlə məşğuldur. Gözlərdə qacan birja indekslərinin sətirləri birja fırıldaqları (borc, kreditlər ipoteka, böhran, aksiyaların düşməsi və s) vasitəsi ilə ölkələrin iqtisadiyyatlarının idarə  edilməsinə bir işarədir.  
 
Oğlanın gözündə yazılan “WAR” kəlməsi Təmahkarlığın nəticəsi kimi tərcumə edilir.  Gözlərdə qaçan  "Markets plunge – war coverage" cümləsinin "bazarların uçqunu müharibə üçün sığınacaqdır" mənasındadır. 
Animasiyanın növbəti hissəsi dünya müharibəsinə həsr edilib.  Qırıcı təyyarələr masonların pərgarını xatırladır.  
 
Müharibə islam ölkələri ilə başlayır. Müharibəni legitim etmək üçün kukla oynadanlar öz köhnə “böyük qurbanlarla terror” taktikasına müraciət edəcək. Bu parazitlərin əllərini açacaq və xalqları bir-biri ilə toqquşdurmağa imkan verəcək. Qırıcı təyyarələrin məscidi bombalaması buna işarədir ki, müharibə dinə görə başladılır, ya da müharibə dini məhv edəcək. Hazırda Yaxın Şərqdə aparılan müharibəni buna misal göstərmək olar.
Dizinin üstündə qana boyanmış və bintlə bağlanmış uşağın cəsədini tutaraq bir müsəlman ana  ağlayır. Ananın əlində balzam, arxa planda isə nüvə partlayışı görünür.  Bu səhnənin izahı budur ki, ana İslamı, uşağın cəsədi müsəlmanların qurbanlarını simvolizə edir. Deməli, hansısa müsəlman ölkəsində nüvə partlayışı gözlənilir. Ananın ağlaması isə onu göstərir ki, qurbanlara əlindəki balzam təsir etmir. 
Növbəti kadrda Masonlar (adamın qolunda kəllə və sümüklər işarəsi var. Bu da Buş ailəsinin daxil olduğu “Bones and skulls” mason təşkilatının emblemidir) afrikalı qadın döyüşçünün lentini açır. Əvvəl onun gözlərində müharibə alovu yansa da, lenti açılandan sonra qız ölür.  
Filmin davamında orağı və çəkici əlində saxlayan insan yaşıl şirənin içində batır. Bu kommunizmi və sosializmi simvolizə edir. Yəni Rusiya və bütün 3-cü dünya ölkələrinin iqtisadiyyatı ya dollar vasitəsi ilə çökəcək, ya da bu ölkələr bioloji silahlarla hücuma məruz qalacaq. Və burada çökməyə səbəb olan axının içində almadan yaranan lotos gülü görünür.
Yerdə İn-Yan simvolu və tankları dayandırmağa çalışan qızın kürəyindəki pələng  Çini simvolizə edir. Çin əvvəl təslim olmağa çalışsa da, nəticədə qlobalistlər nüvə silahı ilə bu ölkəni məhv edəcək (qızın yanağındakı nüvə simvolu bunu təsdiq edir). 
Yenə media vasitəsi ilə insana müəyyən şeylər təlqin edilir. Və beyinin içində Şivaya (Şiva dağıntının simvolu hesab edilir) oxşayan Kali öz məhvetmə rəqsinə davam edir. Bu o deməkdir ki, Dəccal demək olar bütün insanların beynini özünə tabe edəcək, onun cazibəsinə qarşı durmaq mümkün olmayacaq. Kali hər yerə dağıntı və ölümü gətirir. Balıqlar Dəccalın qayığına tullanır. Yəni çox insanlar öz xoşluğu ilə onu xilaskar bilib ardınca gedəcək. 
Növbəti kadrda Dəccal bank işçiləri və məmurlara oxşayan şəxsləri bir işarə ilə məhv edir. Ehtimal olunur ki, bu da Dəccalın dünyaya hakim olan bütün bank sistemlərini və hökumətlərini sıradan çıxararaq özünə tabe edəcəyinə və yerinə yeni vahid nizam quracağına işarədir. 
 
Sonra isə dəccalın drijorunun işarəsi ilə sufinin rəqsi başlayır. Və oynayan sufi bir qədər öncəki kadrda müsəlman qadının qucağında uzanmış oğlan uşağıdır. 
Ortaya yenidən dünya elitasını (illuminatları) simvolizə edən Kali çıxır, amma bu dəfə başqa maskalarda. 
 
Ardınca isə Şeytanın başının həkk olunduğu tuneldən Dəccal gəlir. Dəccalın qayığının hərəkət etdiyi yerdə isə filmin əvvəlində almadan yaranan lotos gülləri görünür. 
Sonuncu kadrlarda Dəccal nəhayət oyanır. Onun alnındakı  çələng itir. Dəccalın arxasındakı xristian kilsəsi partladılan məscid kimi tamamilə dağılır.  Güman ki, bu da dini kitablarda göstərildiyi kimi, Dəccalın hökumətinin başlanğıcıdır. 
 
Bizim başa düşdüyümüz bu qədərdir. Amma filmdə işarələr təkcə bununla bitmir. Hər baxan filmə bağlanır və dəfələrlə görmək istəyir, yeni işarələr tapmağa çalışır.
 
FaktXəbər Analitik Mərkəzi
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
İmza :
Teqlər :
Mason - Masson - İlluminati - Dəccal - Şeytan - ABŞ - Corc_Buş - Obama - Amerika - Yaxın_Şərq -
Paylaş :
Mail Yazdır Şərh yaz 0 dəfə şərh edilib
Tarix:08-11-2016 17:45 - Oxundu: 15923
Top Secret
18-01-2017 09:43 SSRİ-nin sirr kimi saxladığı güclü SİLAH - VİDEO
12-01-2017 14:11 Nüvə erasının super silahları: Rusiya və ABŞ-ın sualtı mübarizəsi
29-11-2016 17:17 37 ölkədə 20 milyondan çox insanı kim və necə qətlə yetirib? - ARAŞDIRMA
08-11-2016 17:45 Onlar tezliklə bəşəriyyəti nə hala salacaqlarını aşkar göstərdilər - ŞOK VİDEO
23-09-2016 11:07 ABŞ kəşfiyyatına casusluq edən azərbaycanlılar - İNANILMAZ FAKTLAR
22-09-2016 15:47 İnsanlığın düşməni olan canlı oyuncaq yaradılıb – FOTO-VİDEO
21-09-2016 16:53 Google-nin dünyadan sirr kimi gizlətdiyi 20 yer - FOTO
19-09-2016 17:31 Nobelin tarixə qanla yazılan 350 ixtirası və SÜLH MÜKAFATI - ARAŞDIRMA
24-08-2016 15:48 Milli Təhlükəsizlik Agentliyinə işləyən hakerin dəhşətli müsahibəsi
07-06-2016 11:43 Dollar ABŞ-ın valyutası deyilmiş - VİDEO
25-04-2016 15:39 Prezidentlər BU QADININ KÖLGƏSİndən də qorxurlar
24-03-2016 17:15 Roma Papası ilə I Kirilin görüşünün sirli səbəbi - FOTO
23-03-2016 16:08 Dövlətlərin gizlətdiyi nüvə qəzaları - ARAŞDIRMA
10-03-2016 15:20 Ərəbistanın terror etdiyi tarixçi nələri ifşa etmişdi?
07-03-2016 15:55 Şeytanla əlaqəyə girib insanları belə dəli edirlər - VİDEO
03-03-2016 16:52 Prezidentin saatındakı "GİZLİ MESAJ" - FOTO
24-02-2016 13:20 "ABŞ-ın Suriya hökuməti ilə müharibəsi 2000-ci ildən başlayıb"
15-02-2016 16:06 ONLARI TANIYIN - Bütün dünyanı bu 13 ailə idarə edir
15-02-2016 12:41 Baş nazirin qətlinin sifarişçisi 65 il sonra bəlli oldu
27-01-2016 17:25 İsraildə niyə xərçəng xəstəsi yoxdur? ARAŞDIRMA
27-10-2015 12:33 Dünyanın tanınmış siyasi xadimləri gənclik illərində - FOTOLAR
26-10-2015 12:44 XX əsrin tanınmış siyasi xadimləri və anaları - FOTOLAR
23-10-2015 12:35 Hakimiyyətdə olan HANNİBALLAR: İnsan ətini sevən ən qəddar diktatorlar
22-10-2015 11:26 ŞOK: Türkiyə polisi terroru 20 gün öncədən bilirmiş - RƏSMİ SƏNƏD
16-10-2015 11:01 Dünya hərb tarixinə adını yazdıran hərb nazirimizə niyə küçə süpürtdürüblər
30-09-2015 13:12 Nəhəng insanlar dövrü və Ad qövmü: Mif, yoxsa reallıq? ARAŞDIRMA
17-09-2015 12:31 Gəncənin gizli yeraltı yolları - VİDEO
09-09-2015 12:11 “Kurtlar Vadisi” satanizm elementlərindən istifadəyə davam edir - VİDEO
07-09-2015 11:21 Güllələnmədən əvvəl gülüş... FOTOLAR
14-08-2015 09:59 İnternet 7 gizli açarı olan 14 nəfər tərəfindən idarə olunur
29-07-2015 16:56 Hitlerin çıxışdan öncə etdiyi məşqinin GİZLİ FOTOLARI
17-07-2015 13:38 WikiLeaks Azərbaycanla italyan haker şirkəti arasında məxfi yazışmaları yayıb
07-07-2015 16:51 ABŞ və İngiltərəyə inamın sonu. Qəzzafi: Bizim taleymizdən ibrət götürülməlidir
30-06-2015 16:59 ABŞ-ın həyatdan sildiyi fiziki jurnalistlər necə tapdılar? - FOTO
29-06-2015 16:38 Məkkə və Mədinəni partlatmaq üçün hazırlanan bomba oyunu
21-06-2015 18:06 Ərdoğan və Ancelina Colinin əl görüşməsindəki ŞOK SİRR- FOTO
16-06-2015 12:26 43 il təkadamlıq kamerada saxlanan siyasi məhbus...
01-06-2015 10:14 Qatır Məmməd kimə xidmət edib: Azərbaycanlılara, yoxsa ermənilərə?
27-05-2015 12:48 ABŞ-ın Böyük Möhürünün sirri və ya Troya atı - ARAŞDIRMA
25-05-2015 17:20 İŞİD-in ABŞ tərəfindən yaranması haqqında ŞOK SƏNƏDLƏR FOTO-VİDEO
15-05-2015 16:14 SSRİ-də edam olunan yeganə yeniyetmə - FOTO-VİDEO
12-05-2015 11:34 1 nömrəli terrorçunun öldürülməsi barədə şok fakt Amerikanı qarışdırdı - TOP SECRET
02-04-2015 12:16 Türkiyənin məşhur masonları - SİYAHI
30-03-2015 16:56 Türkiyə gündəmini dəyişən Fətullah Gülənin mason andı - FOTO
27-03-2015 15:16 Pentaqon İsrailin nüvə sirlərini faş etdi
09-02-2015 15:07 İsveçrə bankının gizli hesabları internetə sızdı - azərbaycanlılar da var
27-01-2015 15:49 Kral Abdullah barəsində Wikileaksin şok hesabatı?
20-01-2015 19:28 "Bilderberg" mason təşkilatının 2015 toplantısının yeri bəlli oldu - FOTO
13-01-2015 12:15 Ötən ilin mistik sirləri - FOTO-VİDEO
05-01-2015 16:40 Ərdoğanın ABŞ və İsraildən qəbul etdiyi ŞOK TƏKLİF!
05-01-2015 10:11 Əbiyevlərin Çexiyadakı mülkləri haqda şok fakt - FOTO
29-12-2014 14:51 Erməni terrorizmi iş başında! - YOUTUBE-dan SİLİNƏN VİDEO
19-12-2014 16:02 6 ay erməni əsirliyində: Bizi Ağdamın poçt müdiri satdı - FOTO
10-12-2014 16:17 Azərbaycanda vəhhabi maliyyə təşkilatları - SİYAHI
08-12-2014 20:59 Şok: ABŞ-ın gizli dinləmə xəritəsi üzə çıxdı: Bakı da siyahıda - FOTO
04-12-2014 17:03 Dünyanın ən dəhşətli texnogen faciəsi - Bhopala hadisəsi (21+)
11-11-2014 15:04 Fətullah Gülənin dəhşət saçan xəritəsi ortaya çıxdı - VİDEO
11-11-2014 12:58 Əsirin xatirələri - FOTO
29-10-2014 15:59 Rusiya Suriyadakı kəşfiyyat mərkəzindən kimi izləyirmiş? - FOTO
27-10-2014 10:24 ABŞ komandanlığı “Azərbaycanda dini iğtişaş” ssenarisi hazırlayıb

Xəbər Lenti
Bu gün ən çox oxunanlar

Sərhəd Qoşunlarının silah tuta bilməyən əsgəri belə dəyişdi – VİDEO
18-01-2017 15:11
Ermənistanı qorxuya salan Azərbaycanın zenit-raket kompleksi-Foto-Video
18-01-2017 11:06
IX sinif şagirdlərinin NƏZƏRİNƏ!
18-01-2017 12:41
Dolların məzənnəsi Azərbaycanda rekord qırıb - SON DƏQİQƏ
18-01-2017 14:19
SSRİ-nin sirr kimi saxladığı güclü SİLAH - VİDEO
18-01-2017 09:43
MTN generallarının əmək haqları açıqlandı - 1,8 milyon manat - SİYAHI
18-01-2017 11:03
"Qafqaz Universiteti" ləğv olundu - RƏSMİ
18-01-2017 09:35
Banklarda dolların alış-satış qiymətləri- SİYAHI
18-01-2017 11:15
Azərbaycanlı uşaq ermənini 10:0 hesabı ilə məğlub etdi - FOTO
18-01-2017 11:48
Maqnitlə yanacağa qənaət etmək olarmı?
18-01-2017 11:10
Sorğu
Səs ver Nəticələr

Ölkə Siyasət
Dünya Münasibət
Hüquq İqtisadiyyat
Hərb Təhsil
Araşdırma Analiz
Hadisə, Kriminal Top Secret
İdman Maraq Dünyası
Mənəviyat Uşaq Aləmi, Ailə
Sağlamlıq Sual-Cavab
Foto Tarix
Video Texnologiya
Mədəniyət Reportaj
Рейтинг@Mail.ru ® 2009 FAKTXEBER.COM - Azerbaijan Online Internet Newspaper

Firefox 3.6+, GoogleCrome10+, Opera 9+, Macromedia Flash, 1360 x 768

Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


Rss - Saytın Xəritəsi - Dizayn : AA Design

Faktxeber.az