Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

16 May

2019
12:55
727
`Oğlanların yanında utandım`: Erməni qızının Azərbaycan tərbiyəsi

Bir müddət əvvəl Sputnik-Armeniyanın rəhbəri Dmitriy Pisarenko Sumqayıtlı qız barədə xatirələrini paylaşıb. Lakin redaktor həmin məqalədə özü də bilmədən erməni qızının Azərbaycan tərbiyəsindən danışır.

FaktXeber.com olaraq həmin məqaləni təqdim edirik.

1988-ci ilin payızında İrəvanda rus məktəbləri Azərbaycandan olan qaçqın uşaqlarla doldu. Svaetlana Aleksandrovnanın sinfinə də Sumqayıtdan olan bir qız gətirilir. O, digərlərindən saç düzümü, geyimi və ən əsası sıxılması ilə çox fərqlənirdi. İlk əvvəl o, mərhəmətlə qarşılandı, lakin sonra kaprizli məktəb həyatının normal gedişi başlayır. O, rus dilində Bakı manerası ilə danışmağına görə, həmçinin çantası və ayaqqabılarına görə lağa qoyuldu, erməni dilində danışa bilmədiyi və hərflərini tanımadığı üçün tənqid edildi…

Bu isə onun davranışlarına təsir qoyurdu. O, lövhə qarşısında cavab verməkdən çəkindi, sinif yoldaşlarının sancan zarafatlarından qorxduğu üçün müəllimlərindən onu dərsi ayrılıqda, heç kim olmayanda soruşmasını xahiş elədi.

Dərsdə heç vaxt söhbət eləməzdi. Birinci partada dik oturar, əllərini səliqə ilə partanın üstünə qoyar və müəllimə diqqətlə qulaq asardı. O, həmişə müəllimlərlə salamlaşar, onları adları və atalarının adları ilə çağırardı.

Svetlana Aleksandrovna onun hər zaman gündəliyin son səhifəsində səylə nəsə yazdığını görürdü

«Mən müəllimlərinin hamısının adını yazıram. Anam və nənəm belə deyib. Onları BELƏ ÖYRƏDİBLƏR», -deyə qız bildirib.

Hər bir ad və ata adı çox səliqə ilə yazılırdı. Sözlər qırmızı və yaşıl çernillərlə əvəzlənirdi, həmçinin dərsin adına uyğun simvollar qoyulurdu. Məsələn rus dili və ədəbiyyatına həsr olunmuş sətrin sonunda, hansına ki, Svetlana Aleksandrovna dərs deyirdi, Puşkinin lələyi çəkilmişdi.

…. Nəhayət, 89-cu ilin yayı. Ədəbiyyat üzrə buraxılış imtahanında Sumqayıtlı qız həyəcanlanır, utanır, susur və nəhayət suala cavab vermir. O, Ukraynada hansısa texnikuma girmək istəyirdi. Ora 3 olmayan attestat lazım idi. Lakin hətta raykomun Sumqayıtlı uşaqlara güzəştə getmək barədə göstərişi onu bu vəziyyətdən xilas edə bilməzdi. Qızdan sinifdən çıxması xahiş olunur.

- Sən niyə heç bir suala cavab vermədin, hazır deyilsən? – deyə onun arxasınca dəhlizə çıxan Svetlana Aleksandrovna soruşur.

- Xeyr, xeyr. Mən bütün gecə yatmamışam, biletlərə hazırlaşmışam, - deyə qız cəld cavab verir.

- Bəs onda nə məsələdir?

- …Orda sevgi barədə idi. Oğlanların yanında bir az utandım, - deyə yanaqları qızarmış qız başını aşağı salaraq utancaq səslə dedi.

- Yaxşı, mən əlimdən gələni edərəm, - müəllim əminliklə dedi və əlavə etdi, - eləyə bilməydiyimə isə cəhd edərəm!

Müəllimə ona 3 yazılmaması üçün imtahan komissiyasını uzun müddət inandırmalı olur. Bir sıra arqument gətirilir. Lakin uşağın dəhlizdəki etirafı hamını razı salır: Svetlana Aleksandrovna, ümidini itirdikdən sonra ən sonda bu hadisəni danışmalı olur.

… Attestatların təntənəli təqdimetmə mərasimində qız sevincindən parıldayırdı. O bir neçə dəfə attestatını öpəndən sonra müəlliminə tərəf qaçır və ondan kənara çəkilməsini istəyir.

- Bu, sizə anam və nənəmdən hədiyyədir – qız sevincli baxışlarla və şən səslə deyir, - Çox sağ olun, bunu heç bir zaman unutmayacam. Xahiş edirəm, götürün, imtina etməyin. Bu evimizdə ən dəyərli əşyadır.

Svetlana Aleksanrovna hədiyyəyə baxır. Bu yarımçıq flakon fransız ətri idi.

Göründüyü kimi, məqalədə qızın həssas hekayəsindən çox, onun erməni ailəsindən olmasına baxmayaraq Azərbaycandan aldığı tərbiyə nəzəri cəlb edir. Bu davranışlarda müəllimlərə ehtiramdan tutmuş (ölkəmizdə bu günə qədər çox hörmətli insanlara «müəllim» deyə müraciət edilir), böyüklərin və qarşı cinsin yanında ədəb-ərkana kimi hər şey var…

Məqalədə : Sumqayıt 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

17 yaşlı oğlanda 18 sm quyruq aşkarlanıb - FOTO

21

May
14:23
AİLƏ, SAĞLAMLIQ
63

Motosiklet oğrusu tutuldu - FOTO

21

May
14:16
HÜQUQ,HADİSƏ
71

Sabahın hava proqnozu açıqlanıb

21

May
13:44
ÖLKƏ
49

"Qalatasaray" ilk transferini etdi

21

May
13:00
İDMAN
63

Babək prospektində yol çökdü - FOTO

21

May
12:51
HÜQUQ,HADİSƏ
766

Bu rüsumlar artırılır - SİYAHI

21

May
12:41
HÜQUQ,HADİSƏ
73

Axtarışda olan 28 nəfər saxlanıldı

21

May
12:33
HÜQUQ,HADİSƏ
42
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-05-2019 14:33



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru