İstifadəçi Adı : Şifrə :
Yeni üzvlük Şifrəmi unutdum
 

«O xəstəliyin özündən çox, fəsadları qorxuludur»
Professor Adil Baxşəliyev: «Hipertoniyanın tam müalicəsi mümkün deyil»
Şərh yaz

Hər il aprelin 7-i Ümumdünya Sağlamlıq Günü kimi qeyd edilir. 1948-ci ildən təməli qoyulan bu tarixə bağlı keçirilən tədbirlər sağlamlıq problemlərinə diqqətlərin cəlb edilməsi ilə qeyd edilir. ÜST 2013-cü ili Hipertoniya ili elan edib.

ÜST-ün bu ərəfədə yaydığı hesabata görə, dünyada hər 3 adamdan biri yüksək qan təzyiqinə malikdir. Bu isə 1 milyard insan deməkdir. Bu problem hər il 9.4 milyon insanın ölümünə səbəb olub
.
ÜST-ün hesabatında qeyd olunub ki, yüksək gəlirli ölkələrdə hipertoniya göstəriciləri daha aşağıdır.

Təşkilat yüksək qan təzyiqinin qarşısını almağın mümkünlüyünü önə çəkərək, qan təzyiqinin mütəmadi şəkildə yoxlanmasına çağırıb
.
Həkimlərin məlumatına görə, Azərbaycan hipertoniya xəstəliyinə görə dünya ölkələri arasında orta yerlərdən birini tutur. Ancaq xəstəlik ölkəmizdə də get-gedə inkişaf etməkdə, hipertonik xəstələrin sayı çoxalmaqdadır.

Elmi-Tədqiqat Kardiologiya İnstitutunun direktoru, professor Adil Baxşəliyev “Kaspi“yə müsahibəsində hipertoniyanın ən çox yayılmış ürək-damar xəstəliyi olduğunu bildirib:

Ölümlə nəticələnən fəsadlar

- Xəstəliyə yaşlı əhalinin 40 faizə yaxınında təsadüf olunur. Hər 10 illikdən bir xəstəlik 10 faiz artır. Hazırda 70-80 yaşlı qadınların 80-90 faizi hipertoniyadan əziyyət çəkir. Həkimlər xəstəliyin özündən çox, onun fəsadlarından qorxurlar. Çünki hipertoniyanın ölümlə nəticələnən fəsadları var. Hipertoniyası olan xəstələrdə 8-10 dəfə çox miokard infarktı, 10-12 dəfə çox insult əmələ gəlir. Uzunmüddətli hipertoniyası olanlarda ürək çatışmazlığı yaranır. Belə ki, ürək genişlənir, ürəyin yığılma qabiliyyəti – nasos funksiyası azalır, nəticədə ürək çatışmazlığı əmələ gəlir. Bu, müxtəlif növ aritmiyalar törədə bilər. Bu, elə bir xəstəlikdir ki, ürəyin işemiya xəstəliyi, şəkərli diabet tez bir zamanda buna qoşulur.

- Hipertoniyanın yaranmasının əsas səbəbləri nədir?
- Xəstəlikdə əsasən psixoemosional gərginlik, genetik faktorlardan, hormonlar arasında mütənasibliyin dəyişilməsi nəticəsində baş verir. Parametrik təzyiqin, havaların kəskin dəyişməsi hipertonik xəstələrdə özünü göstərir. Onlar metohəssasdırlar. Tez bir zamanda onlarda hipertonik böhran əmələ gələ bilər. Belə insanlar çox hündür yerlərdə yaşamamalıdırlar. Sovet dövründə hipertoniyası olanlara Kislovodska, Gədəbəyə və s. hündürlükdə yerləşən yerlərə getmək məsləhət görülmürdü. Havanın çox isti olmasının da onlara ziyanı var. Bu cür xəstələr həyat tərzlərində dəyişiklik etməli, xüsusən qida qəbuluna fikir verməlidirlər. Xüsusi duzlu qidalardan imtina etməli, çox maye qəbul etməməlidirlər. Onlar gecə növbələrində işləməməlidirlər. Ən əsası rahat həyat tərzi sürməlidirlər. Hipertoniyası olan xəstələr daim müalicə olunmalıdır.

- Hipertoniya nə üçün mərhələlərə bölünür? Xəstələr özləri üçün necə müəyyənləşdirməlidirlər ki, onlar hansı mərhələyə aiddirlər? Əlamətləri necə bilmək olar?
- Xəstəlik tədricən inkişaf edir. Yəni əvvəl gizli gedir, sonra birinci mərhələ başlayır. Bu, müalicə olunmadıqda xəstəlik ikinci mərhələyə, daha sonra üçüncü mərhələyə keçir. Get-gedə artıq orqanlar – böyrəklər, beyin, ürək bu prosesə cəlb olunur. sanki bu xəstəlik ateroskleroz xəstəliyini sürətləndirir. İlkin mərhələdə qan təzyiqi o qədər yüksək olmur. Təzyiq 140-160 və aşağısı 90 olur. Ənsə nahiyəsində ağrılar yaranır. Ürəkdə hələ dərin dəyişikliklər baş vermir. İlkin mərhələdə insanlar lazımi həyat tərzini düzgün qursalar – pəhrizə əməl etsələr, yağlı qidalardan qaçsalar, xörək düzünü az qəbul etsələr, yuxunu normallaşdırsalar və heç nəyə əsəbiləşməsələr, bu, ikinci mərhələyə keçməz. Adi siqnal səsi, səs-küy təzyiqi qaldırır. Əgər yaşadığınız evin yaxınlığında yeni ev tikirlərsə, səhər saat 8-dən axşam 10-a qədər ətrafda maşınlar işləyirsə, onda insanda səs-küy hipertoniyası əmələ gələcək. Əfsus ki, insanlar xəstəliyə uzun müddət əhəmiyyət vermir, həkimə müraciət etmirlər. Həkimə o zaman gedirlər ki, ortaya fəsadlar çıxır, ya da təzyiq 200-ə qalxandan sonra şiddətli başağrıları, ürəkbulanma və s. simptomlardan sonra həkimə gedirlər.

- Arterial təzyiqin yüksəlməsi nə ilə bağlıdır?
- Hipertoniyanın ilkin əlaməti arterial təzyiqin yüksəlməsidir. Yaxşı olar ki, belə vaxtda insanlar sakitləşdirici dərmanlardan istifadə etsinlər. Əgər bu, kömək etmirsə, zəif təsirə malik olan hipotenziv dərmanlar qəbul etməlidirlər.

Yeniyetməlik hipertoniyası

- Azyaşlıların hipertoniyadan əziyyət çəkməsi hallarına da rast gəlinir.
- Yeniyetməlik hipertoniyası deyilən xəstəlik var. 7 faizə qədər uşaqlarda, xüsusən kökəlməyə meylli uşaqlarda yeniyetməlik hipertoniyası yaranır. Onlarda təzyiq 140-80 olur. Belə uşaqları qeydiyyata götürmək və onların səhhəti ilə məşğul olmaq lazımdır. Sovet dövründə birincili və ikincili profilaktika var idi. Təəssüf ki, indi biz bunları unutmuşuq. Mən həmişə deyirəm: sovet səhiyyə sisteminin yaxşı cəhətləri saxlanılmalıydı. Amma təəssüf ki, bunlar qorunmadı.

- Hipertoniyanın tam müalicəsi mümkündürmü?
- Xəstəliyin tam müalicəsi mümkün deyil. Xəstəlik get-gedə artır. Yalnız öz qayğısına yaxşı qalan insanlar, xəstəliyin mahiyyətini düzgün başa düşənlər 80-90 il yaşayırlar.

- Tibb elmi xəstəliyə qadınların, yoxsa kişilərin daha çox meyilli olmasını araşdırıbmı?
- Kişilər qadınlardan daha çox hipertoniyadan əziyyət çəkirlər. Qadınlarda aybaşı sikli pozulandan sonra – menopauza dövründə və hətta, menopauza öncəsi hipertoniyanın əlamətləri meydana çıxır. Bu zaman qadınlarda piylənmə yaranır, qan təzyiqi yüksəlir. Menopauza bitəndən sonra hipertoniya özünü daha şiddətli göstərir. 70-75 faiz qadınlar bu ərəfədə hipertoniyadan əziyyət çəkirlər. Əgər qadın uzun müddət fəaldırsa, cinsi hormonlar olan estrogen varsa, qadında təzyiq qalxmır, hipertoniya yaranmır. Estrogenlər get-gedə azalanda qan təzyiqi baş qaldırır. Kişilərdə isə siqaret çəkmə, alkohollu içkilərin, duzlu qidaların qəbulu, həddən artıq emosional olmaları, psixoemosional gərginliklər hipertoniyaya gətirib çıxarır. Onlarda 40-45 yaşlarında qan təzyiqi yüksəlməyə başlayır, sonradan get-gedə stabilləşir və ya artır. Hər 3 infarkt keçirənin birində hipertoniya, birində şəkərli diabet var. Xəstələrin çoxu elə düşünür ki, xəstəliyin kurs müalicəsi var. Bu, yanlış fikirdir. Daha doğrusu, bu fikir 40-50-ci illərdə qalıb. Xəstəliyi olan şəxslər ömür boyu dərman qəbul etməli, pəhrizə əməl etməli və sağlam həyat tərzinə üstünlük verməlidirlər.

Qeyd edim ki, hipertonik xəstələr avtomobil idarə etməməlidirlər. Yollar tıxaclarla doludur. Bakıda bir milyona yaxın maşın var. Sürücülərin 50-60 faizində hipertoniya var. Sürücüləri yoxlayandan sonra onların məsələn, avtobus idarə etməsinə icazə verilməlidir. Havanın istisi, sərnişinlərin sıxlığı və nəqliyyat müfəttişlərinin həyəcanı təzyiqlərinin artmasına səbəb olur. Onların intellektual səviyyələri də aşağı olur. Başa düşmürlər ki, qəfil ölüm baş verə bilər – infarkt ola bilərlər, beyinə qan sıza bilər.

- Yazın gəlişi ilə bağlı bır sıra insanlar özlərində əzginlik, narahatlıq hiss edirlər. Bunun hipertoniya ilə əlaqəsi ola bilərmi?
- Fəsil dəyişdikdə ürəkdə döyüntülərin artmasına, yaşlılarda diabet, yüksək təzyiq, ürək çatışmazlığı, infarkt, stress və baş ağrılarının çoxalmasına səbəb olur. Xüsusən günəşli havalarda hipertoniklər özlərini pis hiss edirlər. Onlar həkim tərəfindən təyin edilən dərmanları qəbul etməlidirlər. Lazım gələrsə, dozanı bir qədər də artırmalıdırlar. Özlərində narahatlıq hiss edən insanlar həkimə müraciət etməlidirlər. kBizdə yaşıl parklar varmı? Yoxdur. İnsanlara açıq havada, yaşıl parklarda gəzmək məsləhətdir. Baxın görün avtobuslarda nələr baş verir. Bəs metrodakı sıxlıq? Bütün bunlar əlbəttə ki, insanları xəstələndirir.

Mənbə :
Teqlər :
«O - xəstəliyin - özündən - çox, - fəsadları - qorxuludur» - -
Paylaş :
Mail Yazdır Şərh yaz 0 dəfə şərh edilib
09-04-2013 22:22 - 1947 dəfə oxunub
Orphus system Mətndə səhv var? Onu siçanla seçin və "Ctrl+Enter" düyməsini basın
Münasibət
04-07-2015 16:45 Putin Dağlıq Qarabağ münaqişəsini həll edərsə...
04-07-2015 14:16 5 ilə qeyri neft-sektorunu 5 dəfə inkişaf etdirilməsi mümkündürmü?
04-07-2015 13:51 "Məğlubiyyət, torpaqları itirən gün deyil, unudan gün hasil olur"
04-07-2015 13:17 Əsgərin hansı hüquqları var?
03-07-2015 17:08 Şeyxin irad tutduğu məscidlərdən təzə xəbər var
03-07-2015 16:19 İbrahim Nehrəhmi: "İşçilərə bir aylıq borcum var"
03-07-2015 15:35 Zəif və güclü mifinin dağıldığı gün
03-07-2015 11:22 Hacı Şahin hicab qadağasından DANIŞDI
02-07-2015 11:07 Ziya Məmmədovun qardaşı Qusardakı qətldən danışdı
01-07-2015 21:10 Sərdar Cəlaloğlu: "Qüds günü təcavüzə məruz qalan ölkələr üçün mühüm əhəmiyyətə malikdir"
01-07-2015 16:58 Kanalların qapısı intellektual insanların üzünə bağlıdır
01-07-2015 14:18 İlqar İbrahimoğlu: “Qüds Günü bir yadasalma, mənəvi səfərbərlik, manqurtlaşmamağın simvoludur”
01-07-2015 13:13 “Space” rəhbərliyi baş verən əxlaqsızlığa görə üzr istədi
01-07-2015 12:01 İran səfiri: "Bizim heç vaxt atom bombamız olmayıb və heç vaxt da olmayacaq
30-06-2015 10:54 Zərdüşt Əlizadə: “Türkiyənin Suriyaya daxil olması Türkiyə üçün yaxşı nəticələr vəd etmir”
29-06-2015 23:15 Ələsgər Məmmədli: Media deyil, hökumət cavab verməlidir
28-06-2015 12:45 Eldəniz Quliyev: “Ziyalılar Forumu fəaliyyətini dayandırıb”
27-06-2015 15:21 Ceyms Uorlik: Azərbaycan və Ermənistan prezidentləri müharibə istəmirlər”
27-06-2015 10:17 Əfsanə səfir Steynar Gil danışdı: “Dostlarıma görə narahatam...”
26-06-2015 12:55 Novella Cəfəroğlu: “Əfvlə bağlı yalnız bir-iki həftəyə danışmaq olar”
24-06-2015 21:51 "AŞPA-nın qətnaməsi yerinə yetirilməsə sanksiyalara yol açar"
22-06-2015 13:27 Ali məktəbə kimin biliyi yetərlidir: MÜƏLLİMİN, YOXSA REPETİTORUN?
22-06-2015 09:55 Mövsüm Səmədov orucluqla bağlı istəyinə görə karsa salınıb
22-06-2015 09:38 Mehman Əliyev: “Onları silkələyib nələri varsa, əllərindən alacaqlar”
19-06-2015 14:20 “Azərbaycan Qərbin sanksiyaları ilə üzləşə bilər”
18-06-2015 14:48 AİP sədrinin cəza kamerasına salınması narazılıq yaradıb
17-06-2015 20:56 Məşhur məşəldar: “Ani xətam Azərbaycanın adına xələl gətirərdi”
17-06-2015 12:20 Avropa Oyunlarından sonra ölkənin siyasi mənzərəsi necə olacaq?
17-06-2015 09:40 “İdman müharibənin başqa forması, onun davamıdır”
13-06-2015 10: 5 Teleaparıcıların cəmiyyəti aşağılamasını necə durdurmalı?
10-06-2015 10:21 Büdcədən dini icmalara ayrılan vəsait göyə sovrulur
09-06-2015 10:44 “Bu Ərdoğanın bir siyasətçi kimi sonunun başlanğıcı deməkdir”
08-06-2015 16:34 Elnur Məmmədli: "Mənim 6 supermarketim var və mən general olacağam"
08-06-2015 14:41 Mübariz Qurbanlı xəbərdarlıq etdi
08-06-2015 10:55 “Azərbaycandakı iş adamlarının 99%-i kriminal elementlərdir”
06-06-2015 11:44 “Diplomat qiyamı”nın pərdəarxası
04-06-2015 12:16 Yeni təhsil naziri ilə bütöv bir təhsil ili: nə dəyişdi? - EKSPERT RƏYLƏRİ
03-06-2015 12:11 Millət vəkili: “Sabah o məmurlar hakimiyyəti şantaj edəcək”
03-06-2015 12:05 "Rayon maşınlarının Bakıya buraxılmaması qanunsuzdur"
03-06-2015 11:09 “Təhsilin inkişafı üçün bir sıra maliyyə problemləri yoluna qoyulmalıdır”
02-06-2015 17:03 "Qərblilərin demokratiya iddiası şüardan artıq bir şey deyil"
01-06-2015 16:56 Azərbaycan təhsilinin məyusedici nəticələri
29-05-2015 16:53 Eldəniz Quliyev: "Peşəkarcasına küçə süpürməyi öyrənmişəm"
29-05-2015 15:24 Aslan İsmayılov: "Villaların söküntüsü dayanıb" - AUDİO
28-05-2015 17:00 Mütəxəssis mağazalarda satılan suların dəhşətli tərkibindən danışdı
28-05-2015 14:22 Uroloq: çox çay içmək böyrək daşı xəstəliyi yaradır - MÜSAHİBƏ
28-05-2015 12:39 Deputat oğlunun saxlanılmasından danışdı: “7 il əvvəl Cahangir Hacıyevlə...”
27-05-2015 12:32 Hərbçilər Azərbaycandan ancaq yazılı icazə ilə çıxa bilər
27-05-2015 11:33 Milli-mənəvi dəyərlər və müasirlik
26-05-2015 11:48 Abid Şərifov: "Cib telefonuma zəng etməyə haqqınız yoxdur" - MÜSAHİBƏ
26-05-2015 09:40 Yanan mənzil sahibləri kirayənişinlərlə razılaşmır
25-05-2015 21:06 “Çiko” əhalini lotereyalarda necə aldadır... - ARAŞDIRMA
25-05-2015 16:23 Qulu Məhərrəmlidən Abid Şərifova: "O danışmaq adamı deyil"
25-05-2015 15:08 İlqar İbrahimoğlu: “Əminik ki, Yəməndə haqq qüvvələr qalib gələcək”
25-05-2015 15:03 QAT: nazirlərin Moskva görüşündən nəsə gözləməyə dəyməz
22-05-2015 17:07 Hacıbala Abutalubov: "İstefa yox... onun yeri zindan olacaq" - AUDİO
22-05-2015 15:59 “İnsanlar onun faciəsinə laqeydlik göstərsəydi, xoşuna gələrdi?”
19-05-2015 22:28 Oliqarxların bankdan götürdüyü milyonlar hara xərclənirmiş?
19-05-2015 15:34 Yanğına görə müxalifətdən hakimiyyətə ilk qınaqlar başladı
19-05-2015 12:46 “Bəzi məmurlar elə bilirlər ki, Xəzəri bankdan kredit götürüblər”

Xəbər Lenti
Sorğu
Səs ver Nəticələr

Ölkə Siyasət
Dünya Münasibət
Hüquq İqtisadiyyat
Hərb İdman
Araşdırma Analiz
Hadisə, Kriminal Top Secret
Mədəniyyət Maraq Dünyası
Mənəviyyat Uşaq Aləmi, Ailə
Sağlamlıq Sual-Cavab
Foto Video
Tarix Elm-Texnologiya
Reportaj Yanan bina
Valyuta.com

® 2009 FAKTXEBER.COM - Azerbaijan Online Internet Newspaper

Firefox 3.6+, GoogleCrome10+, Opera 9+, Macromedia Flash, 1360 x 768

Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


Rss - Saytın Xəritəsi - Dizayn : AA Design

Faktxeber.az