Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

14 Yanvar

2019
09:46
336
Növbəti TOEFL imtahanının vaxtı bəlli oldu

Yanvarın 12-də Dövlət İmtahan Mərkəzində (DİM) TOEFL imtahanı keçirilib. İmtahan DİM-in inzibati binasında təlimata uyğun təşkil olunub. DİM-dən FaktXeber.com-a bildirilib ki, imtahanda 1 əcnəbi vətəndaş olmaqla 14 nəfər iştirak edib. İmtahanın gedişi zamanı iştirakçılara bilik və bacarıqlarını nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb.

Növbəti TOEFL imtahanının 2019-cu il yanvarın 26-da keçirilməsi nəzərdə tutulur. Qeydiyyatdan keçmək qaydaları haqqında qeyd olunan linkdən ətraflı məlumat əldə etmək mümkündür: http://www.dim.gov.az/activities/exams/toefl/

Qeyd edək ki, TOEFL  imtahanı ali təhsil səviyyəsində ingilis dili üzrə bacarıqları istifadə etmək, oxuyub anlamaq və s. meyarları ölçmək üçün vasitədir. Bu imtahan vasitəsilə oxumaq, yazmaq, dinləmək və danışmaq üzrə bacarıqları tətbiqetmə dərəcəsi müəyyən edilir.

İmtahan vaxtının bölgüsü və müddəti:

Oxu - 60-80 dəq.

Dinləmə - 60-90 dəq.

10 dəq. fasilə

Danışma - 20 dəq.

Yazı - 50 dəq.

Onlayn formada keçirilən TOEFL imtahanı ingilis dilli ölkələrdə təhsil almaqda əhəmiyyətli rol oynayır. İmtahanın nəticələrini qəbul edən 130-dan çox ölkənin 9000-dən artıq kolleci, universiteti və institutları haqqında daha ətraflı məlumatı https://www.ets.org/toefl/ibt/about/who_accepts_scores keçidindən əldə edə bilərsiniz.

İl ərzində TOEFL üzrə keçirilən imtahan günlərinin sayı ingilis dili üzrə bacarıqları yoxlayan digər imtahanlarla müqayisədə daha çoxdur. İmtahanlararası 12 gün fasilə vermək şərtilə istənilən qədər imtahanda iştirak etmək mümkündür.

Dövlət İmtahan Mərkəzi TOEFL-in məlumat sistemində SEC STN15430A kodu ilə qeydiyyata alınmışdır. TOEFLimtahanını DİM test mərkəzində vermək istəyən şəxslər qeydiyyat zamanı DİM test mərkəzini həmin kod vasitəsilə seçə bilərlər.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : TOEFL 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


22-03-2019 04:03



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com