Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

30 Mart

2017
11:48
3601
“Nu poqodi”nin bu seriyasını demək olar heç kim görməyib - VİDEO

Sovet cizgi filmləri seriyasından olan "Nu poqodi!" ("Keçərsən əlimə!") hər birimizə uşaqlıqdan yaxşı məlumdur. Çox adam elə bilir ki, bütün seriyaları əzbər bilir. Lakin bu belə deyilmiş. 

FaktXeber.com-un məlumatına görə, «Nu poqodi!»də bir seriya var ki, onu demək olar ki, heç kim görməyib.

1970-ci illərin ikinci yarısına dovşan və canavarın iştirakı ilə xüsusi olaraq «Fitil» kinojurnalı üçün 4 seriya çəkildi. Bu buraxılışın da rejissoru əvvəlkilərində olduğu kimi  Vyaçeslav Kotyonoçkin oldu.

Təqdim etdiyimiz seriyada şüşə zavodunun  məhsulları tənqid olunur. Bu rolikdə canavarın məşhur frazası (ey dovşan, keçərsən əlimə) dəyişərək "Şüşə zovadu, keçərsən əlimə" olub.

Göründüyü kimi, bu seriyada xüsusi heç nə yoxdur. O ancaq «Fitil» kinojurnalının konteksində efirə verilib. Bu səbəbdən bu seriyanın izləyiciləri digər seriyalara nisbətən az olub. Sirri bunda imiş.

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru