Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

11 Yanvar

2018
15:11
3876
İntihar etmək istəyən dostuma…

İNTİHAR və stresslərin artdığı bir zamanədə mən də öz fikirlərimi yazmağı düşündüm. Bəlkə kiməsə xeyri oldu. 

Bir il öncə gündəmi zəbt etmiş "Psixoloqun intihar etməsi" yadıma düşdü. Çoxlarını təəccübləndirən hal əslində normaldı, həkimin xəstələnməsi kimi. Çünki psixoloqların da psixoloqa ehtiyacı olur, məsələn, diş həkimlərinin diş həkiminə ehtiyacı olduğu kimi...

Başqasına məsləhət verməyə nə var ki? Hünər ÖZÜNLƏ BACARMAQDIR.

İNTİHAR... Zəiflik, yoxsa cəsarət? Eqoistlik, yoxsa insaniyyəti öz varlığından xilas etmək arzusu? Yorğunluq, ya diqqət cəlb etməyə cəhd?

Bu səbəblərin hər biri düzgün cavab ola bilər. Bunların hamısının bir kökü var - SƏHV DÜŞÜNCƏ. Düşüncəni düzəltmək üçün sadəcə bir-neçə dəqiqə sakitcə fikirləşmək yetərli ola bilər. Bəziləri özləri də düşünə bilir, amma bir çoxlarının onları düşündürəcək dəstəyə ehtiyacı var.

Bu fikri başdan atmaq üçün bir şeyi bilmək yetərlidir: İNTİHAR ÇIXIŞ YOLU DEYİL. Hətta deyərdim ki, GİRİŞ YOLUDUR - bir problemdən daha da BÖYÜK bir problemə giriş yolu. Bu addımla dostlar kədərlənəcək, düşmənlər sevinəcək və siz əzabı bu dünyanın əzablarıyla müqayisə olunmayacaq qədər çox olan, "CƏHƏNNƏM" adlı bir məkana gedəcəksiniz...

Qazanan kim olacaq ki?..

İntihardan insanı yalnız ƏQİDƏ qurtara bilər. Əqidəsiz insanı bu dünyaya bağlayan heç bir şey qalmaz. MƏNASIZ dünyada yaşamağın NƏ MƏNASI? Günahlar haqda sorğu-sual olunmayacaqsa, ölümdən niyə qorxaq ki? Pisliklərdən çəkinib, yaxşılığa niyə can ataq ki? Həyatımıza MƏNA qatan isə (varlığı zamanəmizdə artıq az qala aksiom olan) ALLAHdır. Ona xatir yaşamalıyıqsa, ONA XATİR dözək və YAŞAYAQ. O zaman Ondan qeyrisi çox cılız görsənər… və hər bir çətinlikdə ƏN ÇƏTİNİ İLKİN MƏRHƏLƏDİR. Bu mərhələni keçə bilsəz, gerisi rahat olacaq. 

Sadəcə SƏBR...

Hər gecənin bir işıqlı səhəri var. Hətta ƏN KRİTİK anlar belə, cəmi bir gündən sonra - BİR GÜN çox dedim, deyəsən - o qədər də KRİTİK görsənmir. 

Həyatın qaranlıq tərəfini YOX, İŞIQLI tərəfini görməyə çalışın. Hər vəziyyətin müsbət tərəfləri var. Özünüzdən də pis vəziyyətdə olanları düşünün. Bir çoxları sizdən azına sahib olduqları halda yaşamaq eşqilə dolaraq, sizdən çoxuna nail ola bilibsə - əli-qolu olmayan motivator Nik Vuyçiç kimi, məsələn - siz niyə bacarmayasız?! Unutmayın ki, yaşadığınız həyat belə, kimlərinsə arzusudur.

Bu həyatı belə rahatlıqla əldən verməyin...

Ətrafınıza sizə daim DOĞRU yolu göstərəcək birilərini toplayın və belə anlarda onlarla ünsiyyət qurun. Məsləhətləşin. Atalar demiş, hər şeyə çarə var, bircə ÖLÜMƏ çarə yoxdur.

Yazdıqlarımı bir yerə  qeyd edin və, ətrafınızda təsəlli verəcək biri olmasa, bunları oxuyun...

Ən azından 5 dəqiqə qazanarsınız. smiley

Ölüm isə zatən gələcək, biz istəməsək belə... Və düşündüyünüz qədər də asan olmayacaq. Ona görə hadisələri tələsdirməyək. Əksinə, bizə ayrılmış zamandan, fürsətlərdən DÜZGÜN istifadə edək.

P.S. Bir keçərli məsləhət daha. smiley Hər şeydən bezib yorulduğunuz anda İNTİHAR ƏVƏZİNƏ YATIN! Oyananda zehninizdəki duman bir az seyrələcək, İNŞALLAH...

Məqalədə : intihar 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-06-2018 03:01



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com