Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

15 May

2019
14:46
193
İnterpolun sabiq rəhbərinin ailəsi Fransaya sığındı

Çində korrupsiya ittihamı ilə həbs olunan İnterpolun sabiq rəhbəri və Çinin ictimai təhlükəsizik naziri Men Hunveyin həyat yoldaşı və 2 uşağı Fransadan siyasi sığınacaq alıb. FaktXeber.com-un Express-ə istinadla məlumatına görə, ailəyə siyasi sığınacaq mayın 2-də verilib.

Qreys Menin özü və iki uşağı üçün Fransadan sığınacaq istəməsi barədə məlumatlar elə yanvarın ortalarında yayılmışdı. Həmin vaxt qadın  oğurlanmasından qorxuduğu deyərək, dəfələrlə hədələndiyi barədə xəbərdarlıq etmişdi.

Qeyd edək ki, 2018-ci ilin oktyabrın əvvəllərində Fransa hökuməti Çinə gedən İnterpol prezidentinin yoxa çıxması ilə bağlı araşdırmalara başlamışdı. Bildirilirdi ki, Men Hunvey sentyabrın 29-da Fransanı tərk edib və həmin vaxtdan onunla rabitə kəsilib. Onun itməsi barədə Fransa polisinə uşaqları ilə birlikdə təşkilatın Mənzil Qərargahının yerləşdiyi Lionda yaşayan xanımı xəbər vermişdi.

Çin hökuməti sonda etiraf etdi ki, İnterpolun itmiş rəhbəri qanun pozuntusunda şübhəli bilinir  və onun barədə istintaqa başlanılıb. Bu xəbərdən bir neçə saat sonra isə İnterpol xəbər verdi ki, Lionda Baş katiblik Men Huveyin öz səlahiyyətlərini təhvil verməsi barədə xəbər alıb. Noyabr ayında Fransa onun itməsi barədə işi bağladı.

Çinin Kommunist Partiyasının Mərkəzi Komissiyası 2019-u ilin martın sonlarında istintaqlardan sonra Men Hunveyin partiyadan və bütün dövlət vəzifələrindən çıxarıldığı barədə məlumat verdi. Qurum bildirmişdi ki, sabiq məmur barədə prokurorluqda cinayət işinə başlanılıb.

Məqalədə : İnterpol 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

DİN: Həftəsonu yol qəzalarında 6 nəfər ölüb

20

May
11:06
HÜQUQ,HADİSƏ
1059

Tovuzda 5 nəfər qidadan zəhərlənib

20

May
10:52
HÜQUQ,HADİSƏ
48

Bakıda DƏHŞƏTLİ QƏTLLƏR

20

May
10:07
HÜQUQ,HADİSƏ
125

Azərbaycan nefti ucuzlaşıb

20

May
09:59
İQTİSADİYYAT
58

DİM bakalavrlara müraciət edib

20

May
09:55
ELM / TƏHSİL
56
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-05-2019 12:29



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru