Sorğu

Kürdüstan referendumundan nə gözlənilir?

İraqın bölünməsi
Vətəndaş müharibəsi
Nəticəsiz qalacaq
Referendum keçirilməyəcək

Xəbər Lenti

İnfografika

Arxiv

31 Yanvar

2017
14:04
1251
İnternetin yeni fenomeni - 1 DOLLARLIQ TOY - FOTO

Keniyada toy xərclərini ödəyəcək pulları olmayan gənclərin 1 dolara başa gələn nikah mərasimləri internetin fenomeninə çevrilib.

FaktXəbər-in BBC-yə istinadən məlumatına görə, təxminən 300 dollara çatan toy xərclərini ödəməyə gücləri çatmadığı üçün keçən il toylarını iki dəfə təxirə salmaq məcburiyyətində qalan Vilson və Ann Mutura cütlüyü daha çox gözləməmək üçün minimum xərclə evlənməyə qərar veriblər.

Toy mərasimlərində gündəlik paltarlarıyla iştirak edən cütlük 1 dolları da yalnız parlaq polad üzüklər üçün xərcləyib.

Cütlüyün rəsmi nikahı kilsə tərəfindən həyata keçirilib.

27 yaşlı Vilson və 24 yaşlı Annın qənaətli evliliyi sosial mediada yüksək səviyyədə qəbul edilib və alqışlanıb.

"Nairobi News" qəzetinin cütlüyün nikahı ilə bağlı internetdən yaydığı xəbəri şərh edən Cey Kandid, "Evlənmək üçün bahalı və mürəkkəb toy mərasimlərinə ehtiyacımız olduğunu kim deyib?", - söyləyib.

Facebook və Twitter istifadəçiləri cütlüyün toyu barədə, "Önəmli olan evlilikdir, toy deyil", "Bəlkə toy edə bilmirlər, amma çox gözəl ailələri olacaq" və "Məhəbbət onsuz da 5 ulduzlu otel kimidir" kimi fikirlər söyləyiblər.

Mutura ailəsi isə sosial media istifadəçilərinin bu mövqelərindən xoşbəxt olduqlarını və "Pul, bizim kimi gənc insanların evlənməsinə mane olmamalıdır", - deyib.

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru