Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

Yazar

04 Fevral

2017
14:07
2912
İnternet təhlükəsizliyi üçün Edvard Snoudendən 9 tövsiyə

Yəqin ki, bir çoxlarımız internet təhlükəsizliyi ilə bağlı dəfələrlə düşünmüşük.  Bu gün brauzerlərin, sosial şəbəkələrin və bir sıra müxtəlif  proqramların  istifadəçilər haqqında məlumat topladığını hətta məktəblilər də bilir, ancaq bundan qorunmağın yollarından az  adam məlumatlıdır.

FaktXeber.com  olaraq bu gün sizlərə ABŞ MKİ-nin sabiq  əməkdaşı Edvard Snoudenin internet sörfinq eləmək və məlumatları təhlükəsiz saxlamaq barədə tövsyələrini çatdıracağıq.  

Şifrəli bağlantılı saytlar

Bir çoxları hesab edir  ki, onların gizlədəsi heç nəyi yoxdur. Onlar əmindirlər ki, xüsusi xidmət orqanlarını onların harda olduqları, Facebook-da nə paylaşdıqları və Ebay-da nə aldıqları maraqlandırmır. Və onlar haqlıdırlar. Lakin belə bir mövqe  problemin digər tərəfinə də toxunur.

“Siz deyəndə ki “Mənim gizlədəsi bir şeyim yoxdur”, əslində həm də deyirsiniz ki, “Məni internet təhlükəsizlik barədə hüququm maraqlandırmır və məni izləmələrindən razıyam”” - Edvard Snouden

Edvard Snouden istifadəçilərə öz hüquqlarını qorumağı və ancaq şifrəli bağlantıları istifadə edən saytlara girməyi tövsiyə edir. Bu o saytlardır ki, https-lə başlayır.

Dələduzlar sizin  sizin  xidməti sənədlərinizi, iş yazışmalarınızı, ailə fotolarınızı oğurlaya bilər və onların gələcək taleyi naməlumdur. Bu səbəbdən  bu məsələyə ciddi yanaşın. Hər dəfə bağlantını yoxlamamaq üçün, sizin girdiyiniz saytları avtomatik  şifrələyən xüsusi plaqin quraşdıra bilərsiniz.

Yazışma sirri

Siz işlə bağlı yazışır, yaxud  dostlarınıza övladlarınızın şəklini yollayırsınız? Bütün bunlar dələduzların əlinə keçə bilər. Bunun qarşısını almaq istəyirsinizsə, brazuer üçün xüsusi şifrələmədən istifadə edə bilərsiniz. Bu, çox sadə işləyir: Siz məktubu yollayırsınız, qarşı tərəfi onu şifrələnmiş simvollar şəklində alır. İsmarıcı oxumaq üçün o, xüsusi açardan istifadə etməlidir.

Ancaq  açarı SMS və sosial şəbəkə vasitəsi ilə yollamayın. Yaxşı olar ki, onu şəxsən verin, yaxud da  şifrələnmədən istifadə edən proqramla göndərin.

Mesencerlər

Mesencerlərdə təhlükəsizliyi təmin etmək üçün ilk növbədə ismarıcları avtomatik şifrələyən Telegram, WhatsApp, Facebook Messenger, Signal Private Messenger və s. göndərin. Əgər kimsə sizin yazışmaları ələ keçirsə belə, şifrələri açmaq üçün insan həyatından artıq vaxt lazımdır.

Lakin qeyd etmək lazımdır ki, kompaniyaların özündə də sizin yazışmaların oxunması üçün  açarlar olur və nə isə baş verəcəyi təqdirdə, onu hüquqmühafizə orqanlarına təqdim edə bilərlər. Bunun qarşısını almaq istəyirsinizsə, göndərmə prosesində şifrələnmə üçün plaqinə qoşulan  mesencerlərdən istifadə edin. Belə plaqin adətən OTR (off the record) adlanır. Məsələn RedpHone

“Bulud”  təhlükəsi

Məlumatların  bu anbarı da təhlükəlidir. Google Drive, Dropbox, OneDrive, iCloud  bütün bunlara giriş hakerlər üçün əlçatandır. Öz məlumatlarınızı qorumaq üçün onları şifrələyən proqramdan istifadə edin. Belə proqramlar  kompyuterdə qovluq yaradır, siz faylları ora yerləşdirirsiniz, onlar  avtomatik  şifrələnir və “Bulud” anbarına göndərilir. Bunun üçün, məsələn şəxsi istfadə üçün təhlükəsiz Boxcryptor-dan istifadə edə bilərsiniz. 

Məxfi brauzer

İctimai yerdə  şifrələnməmiş Wi-Fi dan istifadə edirsinizsə, təkcə brauzeri deyil, bütün trafiki  şifrələyin. Bunun üçün VPN-dən istifadə edin. Bu sizdən VPN-provayderə kimi şifrə ilə qorunmuş kanaldır. Provayderin serverində  trafikin şifrəsi açılır və sonra təyinatı üzrə göndərilir. Siz VPNbook, yaxud Freevpn kimi pulsuz provayder xidmətindən istifadə edə bilərsiniz. Belə bağlantı sayəsində elə təəssürat yaranacaq ki, siz internetə öz kompyuterinizdən deyil VPN  serverindən daxil olursunuz.

Bundan başqa TOR brauzerindən istifadə edə bilərsiniz  onun düzgün quraşdırılması sayəsində sizin harda olduğunuz və kim olduğunuzu heç kim öyrənə bilməz.

Xarab olmuş telefon

Yaddaş qurğusu (fleşka), telefonloar və itirə biləcəyiniz digər bu kimi texnikaları şifrələyin. Bunun üçün internetdən yükləyə bildiyiniz sadə  kod proqramlarından istifadə edə bilərsiniz. Adətən belə proqramlar sizə mane olmur, yəni faylları  avtomatik şifrələyir və şifrəsini açır. Şifrələnmiş qurğu dələduzun əlinə keçsə belə, ondan heç bir məlumat götürə ilməz. 

Smartfon və planşetlərin  tam şifrələnməsi üçün qurulmuş funksional əməliyyat sistemindən istifadə etməyiniz yaxşıdır. Android qurğularda “Ayarlar> Təhlükəsizlik”, iOS-larda isə “Ayarlar > Parol”a girin.

Özəl söhbətlər

Bilirsiniz ki, praktiki olaraq istənilən telefonu dinləmək mümkündür. Sizin özəl söhbətlərinizin heç kim tərəfindən dinlənilməməsi üçün məsələn, EAGLE Security kimi  xüsusi tətbiqlər mövcuddur.

Belə tətbiqlər bütün baza  stansiyalarını izləyir və yaddaşında saxlayır. Onlar görəndə ki, hansısa baza şəhərdə hərəkət edir, yaxud  müəyyən vaxtdan bir yerindən itirsə, bu zaman onu şübhəli kimi qeydiyyata alır və bu barədə sahibinə xəbərdarlıq yollayır. Həmçinin, adətən belə proqramlar vasitəsi ilə  telefona quraşdırılan tətbiqlərin hansının videokamera, yaxud mikrafona girişi olduğu müəyyənləşir və bunun sayəsində onları söndürmək olar. 

Bezdirici reklam

Casus viruslar adi reklam kimi özlərini göstərə bilərlər. Dələduzların əlinə keçməməsi üçün kompyuterinizə reklamları blok edən proqram yükləyin. Bundan başqa proqram təminatlarını, xüsusən antivirusları vaxtında güncəlləyin.

Yaxşı parol  uğurun zəmanətidir

Mürəkkəb parollar fikirləşin. Sadə sözlər, rəqəmərin ardıcıllığı, doğum günü tarixləri, adınız, yaxud ev heyvanınızın ləqəbi  ən uğursuz parollardır. Yaxşı parol böyük və balaca hərflərin qarışığından, rəqəmlərdən, həmçinin durğuların bir yerdə istifadəsindən ibarət olmalıdır.

Bundan başqa sayt, poçta və sosial şəbəkələr üçün  müxtəlif  parollar da düşünmək lazımdır. Əks təqdirlə akkauntunuz sındırılacağı təqdirdə həmin parol başqa resurslarda istifadə oluna bilər.

 

İctimai məkanda özünüz barədə məlumat verərkən iki dəfə düşünün!

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


24-11-2017 22:18

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru