Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

16 Yanvar

2017
15:14
2267
İnsanların öz həyətlərində aşkarladıqları ən qeyri-adi tapıntılar - FOTO-VİDEO

Yəqin elə bir insan yoxdur ki, xəzinə aşkarlamaq, yaxud hansısa  arxeoloji  tapıntı əldə etmək istəmir. FaktXeber.com olaraq bu gün elə öz həyətlərində bu arzusuna çatan insanlar barədə məlumat verəcəyik.

Ferrari avtomobili

1978-ci ildə Los-Ancelesdə evin bağçasında yeri qazaraq oynayan iki  uşaq  Ferrari Dino 246 GTS avtomobili tapırlar. Hadisə yerinə gələn polislər, araşdırmadan sonra avtomobilin oğurluq olduğunu üzə çıxarır. Ehtimal olunur ki, sahibi sığorta fırıldağı həyata keçirmək üçün bu addımı atıb. Tapılan Ferrari sığorta kompaniyasına təhvil verilir, müəssisə isə onu auksiona çıxarır.

Eramızdan əvvələ yaşamış armadilə aid zireh

Arqentina sakini Xose Antonio Nievas özünün fermasının yaxınlığında  nəhəng «diqozavr yumurtası» tapdığını düşünür. Məlum olur ki, bu nəhəng armadilin zirehidir. Zirehdə başqa heyvanla döyüşdən yaranmış nəhəng dəlik də var idi.

Orta əsrlər dövrünə aid xəzinə

2007-ci ildə Avstriya sakini Andreas K. evinin bağçasından içərisində 2000 zinət əşyası – üzüklər, sırğalar, sancaqlar, qızıl və gümüş qablar olan xəzinə tapır. O, tapdıqlarını bir qutuya yığaraq zirzəmiyə aparır və onun barəsində unudur. Xəzinə onun yadına 2 ildən sonra , evindən köçərkən yadına düşür. Ekspertlər əşyaların azı 650 il əvvələ aid olduğunu bildiriblər. Andreas tam təmənnasız xəzinəni şəhər muzeyinə təhvil verir.

Meteoritlər. Özü də mütəmadi

Bu şəxsə isə ümumiyyətlə nə isə axtarmaq lazım gəlməyib. Razılaşın ki, bağçanıza meteorit düşəcəyi ehtimalı çox cüzidir. Lakin bütün riyazi hesablamalara rəğmən meteorlar Bosniya sakini  Radivoye Layiçin evinin həyətinə düz 6 dəfə düşüb. Belqrad Universitetinin sakinləri  daşın həqiqətən də  meteorit olduğunu təsdiqləyib. Hazırda araşdırmaçılar bunun səbəbini öyrənmək üçün Layiçin evinin ətrafında maqnit  sahəsini öyrənirlər.

Əla vəziyyətdə sığınacaq

Kris və Kollin  Otkasek  Kaliforniyada ev alarkən həyətdə sığınacaq olduğunu bilirdilər.  Zirzəmi nə vaxtsa bu evdə yaşamış mühəndis tərəfindən hazırlanmışdı. Kris və Kollin hesab edirdi ki, üstündən 50 il keçdiyi üçün yəqin ki, sığınacaqdan əsər-əlamət qalmayıb. Lakin onlar səhv edirdilər: Yeraltı bina  tam yaxşı vəziyyətdə qalmışdı: Orada kağız salfetlər, yuxu dərmanları, müxtəlif konservlər, qəhvə bankaları, kitablar və jurnallar tapılır.

Heops piramidasına aparan tunel

Misirin əfsanəvi Qiza yaylasının Əl-Xaraneya  kəndində sakinlərin biri  öz həyətində işləyərkən sirli  tunel aşkarlayır. Ehtimal ki, məhz bu dəhliz Qizanın ən böyük 3  piramidasından biri olan Xeopsa aparan yoldur. Belə bir tunelin mövcudluğu haqqında hələ qədim yunan filosofu Herodot bəyan etmişdi.

ABŞ tarixində ən böyük xəzinələrdən biri

2013-cü ildə  gənc cütlük həyətdə itlərini gəzdirərkən  xəzinə tapıblar. Onlar yerdən bir hissəsi çıxan metal qutu görürlər. Onu qazıb çıxardıqda isə içərisində  qızıl pullar tapılır. Həyətdə daha 8 belə qutu olur. 1847-1894-cü ilə aid olan  qızıl pulların nominal dəyəri 27980 dollar olur. Pullar əla vəziyyətdə olub. Onların bir qismi heç vaxt istifadə edilməyibmiş. Pulların çox hissəsini cütlük auksionda satır.

Tapındı  Sedl Ridc xəzinəsi adını alır. Onun ümumi dəyəri  10 milyon müasir  Amerika dollarına bərabərdir.

Quba sakini həyətində XVIII əsrə aid gümüş sikkələr tapdı

Xatırladaq ki, analoji hadisə 2016-cı ilin sonlarında Quba şəhərində də baş vermişdi.  Belə ki, şəhərin Ərdəbil küçəsində yaşayan Elnur Zeynalovun həyətindən qədim pullar tapılıb. Ev sahibi həyətində su çəkmək üçün qazıntı işləri apararkən xoş sürprizlə qarşılaşıb. E.Zeynalov qarşısına çıxan pulları əvvəlcə adi dəmir qırıntılarına oxşatsa da, sonradan bunların qədim sikkələr olduğunu müəyyənləşdirib. Həmin ərazidən 16 metal sikkə aşkarlanıb.

Tarixçi Anar Murquzov tapılan metal pulların Quba xanlığı dövründə tədavüldə olan gümüş sikkələr olduğunu bildirib. Pulların tapıldığı ərazi Quba şəhərinin mərkəzində olduğundan qədim dövrdə həmin yerdə karvansarayın yerləşdiyi ehtimal edilir.

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru