Tarix:16-03-2017 15:18
Nərimanov sakinləri qanunsuz tikintidən şikayət etdilər - FOTO
Şərh yaz

Hələ bir neçə ay öncə Bakı şəhəri, Nəriman Nərimanov rayonu, Nəcəf Nərimanov küçəsi 909-cu məhəllənin bir qrup sakini redaksiyamıza müraciət edərək yaşadıqları ərazidə standartlara cavab verməyən çoxmərtəbəli binanın tikintisinə başlanılmasından narahatlıqlarını bildirmişdilər.
 
Əlaqədar dövlət qurumlarına, müxtəlif idarə və təşkilatlara üz tutan sakinlər üzləşdikləri bu problemin aradan qaldırılmasına kömək edilməsini istəyirdilər. Lakin bu müddət ərzində sakinlərin müraciətinə müvafiq qurumlar tərəfindən heç reaksiya verilməyib.
 
Bu günlərdə həmin binanın bir qrup qadın sakini Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevaya müraciət ediblər.  Müraciətin mətnini təqdim edirik.
 
"Çox hörmətli Mehriban xanım! Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev vətəndaşların qanuni hüquqlarının qorunmasına daim böyük diqqət və qayğı göstərir, bu sahədə yol verilən hər bir nöqsana qarşı barışmaz və qətiyyətli mövqe tutur, belə halların dərhal aradan qaldırılmasını dövlət orqanlarından tələb edir. Sizin Azərbaycan Respublikasının Birinci vitse-prezidenti kimi yüksək vəzifəyə təyin olunmağınız barədə dövlətimizin başçısının müdrik qərarı hər bir sadə vətəndaşın, xüsusən, biz qadınların qəlbində dərin məmnunluq doğurub və cəmiyyətimizdə özünü büruzə verən neqativ hallara qarşı mübarizənin daha da güclənəcəyinə böyük inam yaradıb.
 
Siz Heydər Əliyev Fondunun Prezidenti, Milli Məclisin deputatı, Birinci xanım kimi də xalqımızın ümid yeri, biz qadınların isə əsl dayağı, sadiq mənəvi dəstəkçisi olmusunuz,  ən kəskin problemlərimizi həllində öz dəyərli yardımınızı heç vaxt əsirgəməməsiniz.
 
Bu gün biz - eyni binanın sakinləri olan qadınlar qarşılaşdığımız haqsızlıqla əlaqədar Birinci vitse-prezident kimi Sizə müraciət edir, dövlətimizin ali vəzifəli nümayəndəsi kimi Sizdən kömək gözləyirik.
 
Məsələnin mahiyyəti belədir: sakini olduğumuz 12 mərtəbəli binadan cəmi 6 metrlik bir məsafədə daha bir çoxmərtəbəli yaşayış binasının tikintisinə başlanıb. Tikinti Rəmzi Əvəz oğlu Şükürov və onun atası Əvəz  Bayram oğlu Şükürov tərəfindən aparılır. Bu şəxslər şəhərsalma və tikinti qaydalarını kobud şəkildə pozaraq, bizim qanuni tələblərimizə məhəl qoymadan öz bildiklərini edir, əlaqədar dövlət və hökumət orqanları isə yaranmış vəziyyətə göz yumur, heç bir tədbir görmürlər.
 
Tikinti işləri təkcə bizim binaya deyil, həm də ərazidə yerləşən dövlət təşkilatlarının - Təhsil Nazirliyi Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi Məlumat və Resurs Mərkəzinin, Kənd Təsərrüfatı Nazirliyi Baş Dövlət Texniki Baytarlıq Nəzarəti Müfəttişliyinin, 69 saylı uşaq bağçasının və Azərbaycan Kooperasiya Universitetinin  binalarına da, mövcud qaydalara zidd şəkildə,  çox yaxın bir məsafədə aparılır.
 
Bu vaxta qədər Azərbaycan  Respublikası Dövlət Şəhərsalma və Arxitektura  Komitəsi və Bakı şəhər İcra Hakimiyyəti başda olmaqla müvafiq dövlət və hökumət orqanlarına etdiyimiz çoxsaylı müraciətlər, demək olar ki, heç bir nəticə verməyib.
 
Məlumat üçün bildirməyi vacib sayırıq ki, "Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında" Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-IVQ nömrəli Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 sentyabr tarixli 695 nömrəli Fərmanının 1.6.17-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin  11 mart 2014-cü il tarixdə təsdiq etdiyi "Ara məsafəsi ilə bağlı müfəssəl Qaydalar"ın 9-cu bəndinə əsasən, ara məsafəsi olaraq divar hündürlüyünün 0,6 hissəsi, kənd ərazilərində və xüsusi yaşayış ərazilərində (hərbi şəhərciklər, tələbə şəhərcikləri, müvəqqəti məskunlaşma əraziləri) divar hündürlüyünün 0,4 hissəsi qəbul olunur. Hazırda biz yaşadığımız binanın hündürlüyü 42 metrdir və sözügedən qərara əsasən, bizim bina ilə qeyri-qanuni tikilən binanın ara məsafəsi ən azı 25 metr olmalıdır. Hazırda isə bu məsafə cəmi 6 metrdir.
 
Bundan başqa, Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl Qaydalar"ın 51 saylı qərarın 4.13-cü bəndində ərazi zonalarında yol verilən tikinti miqyası müəyyən olunan cədvələ əsasən, orta mərtəbəli (6-8 mərtəbəli binalar) çoxmənzilli yaşayış binaları ərazinin tikinti əmsalına uyğun 500 kv.m x 0.4 = 200 kv.m torpaq sahəni əhatə edə bilər. Ərazinin tikinti sıxlığı əmsalına əsasən, 500 kv.m x 0.8 = 400 kv.m ümumi sahədən ibarət bina tikə bilər. Amma Əvəz və Rəmzi Şükürovlar yaşadığımız 12 mərtəbəli binadan 6 metr məsafədə 500 kv.m torpaq sahəsində  6000 kv.m sahəsi olan bina tikirlər”.
 
Müraciətdə daha sonra deyilir:
 
"Hörmətli Mehriban xanım! Əvəz və Rəmzi Şükürovlar mövcud qanunları saya salmadan və müraciət etdiyimiz dövlət orqanları ilə tez bir zamanda razılığa gələrək tikinti işlərini davam etdirmələri bizi ciddi narahat edir. Bu şəxslər özlərinin qarşısı alınmayan qanunazidd əməlləri ilə dövlətimizin hüquqi, cəmiyyətimizin mənəvi əsaslarına, biz vətəndaşların dövlət orqanlarına olan etmad və etibarına sarsıdıcı zərbə vururlar.  Biz qadın həmrəyliyinə, mənəvi birlik duyğularına güvənərək Sizə üz tutur, bu qanunazidd fəaliyyətin qarşısının alınması üçün zəruri tədbirlərin görülməsi barədə göstəriş verməyinizi xahiş edirik. İnanırıq ki, qanuni və mənəvi hüquqlarımızın pozulmasına imkan verilməyəcək".

Orphus system Mətndə orfoqrafik səhv aşkar etdinizsə, həmin hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
İmza : N
Teqlər :
Nərimanov - sakinləri - qanunsuz - tikintidən - şikayət - etdilər - - - FOTO -
Paylaş :
Mail Yazdır Şərh yaz 0 dəfə şərh edilib
Tarix:16-03-2017 15:18 - Oxundu: 350
Ölkə
28-04-2017 15:14 Şəhid Polkovnikin həyat yoldaşı: Heç olmasa şəhidin adına hörmət edin
28-04-2017 14:54 Azərbaycanın Rusiyadakı səfirliyi bəyanat yaydı
28-04-2017 14:16 "Sosial mənzil" almaq üçün tələb olunan sənədlərin siyahısı...
28-04-2017 11:54 Daxili İşlər Naziri bölgələrdə işləməyə jurnalist axtarır
28-04-2017 11:14 Rejissoru Natiq Axund boşanma mövzusunda qısametrajlı film çəkdi - VİDEO
28-04-2017 10:46 Əflatun Amaşovdan Mariya Zaxarovaya sərt CAVAB
28-04-2017 10:38 Bakıda milyarderin bahalı avtomobili satışa çıxarıldı
28-04-2017 10:34 Azərbaycanın iki rayonuna yeni polis rəisi təyin edilib
28-04-2017 09:34 Qubada müəllimin intiharının SƏBƏBLƏRİ məlum oldu
28-04-2017 09:22 Sumqayıtda parkomatlar quraşdırılır - QİYMƏTLƏR
27-04-2017 16:27 "Elmlər Akademiyası" metrosu qarşısında aksiya-İşçilər etiraz etdi
27-04-2017 16:07 "Beş mərtəbə" dairəsindən istifadə edən sürücülərin nəzərinə - FOTO
27-04-2017 15:00 Tbilisi prospektində tıxaca qarşı yeni plan hazırlanır
27-04-2017 14:38 Keçən il Azərbaycanda 24 649 nəfər inzibati məsuliyyətə cəlb edilib
27-04-2017 13:03 Ölkədə sulu qəlyandan və elektron siqaretlərdən istifadə qadağan edilir
27-04-2017 12:19 Əfv olunmuş məhbusun yerinə başqası azadlığa buraxılıb? - AÇIQLAMA
27-04-2017 12:17 Tikintidə qeyri-rəsmi çalışmaq mümkün olmayacaq
27-04-2017 12:16 Qəbul imtahanında 35433 abituriyentin iştirakı nəzərdə tutulur
27-04-2017 12:09 Nazirlər Kabineti sərəncam verdi
27-04-2017 12:02 Daşkəsən polisi mənşəyi məlum olmayan 1 ton ət aşkarlayıb
27-04-2017 11:36 Nazirliklər parlamentə toplaşdı: siqaretlə mübarizə müzakirə olunur
27-04-2017 11:02 "Azərişığ"ın idarələrindən biri ləğv edilib
27-04-2017 10:34 Avtobuslarda 5 yaşadək uşaqlar üçün ödəniş edilməyəcək
27-04-2017 10:21 Sərnişin daşıyan xidmətlərin məsuliyyətləri artırılıb
27-04-2017 10:16 Metroda həyəcanlı anlar - Qatar tuneldə qaldı - VİDEO
27-04-2017 09:43 "Bəzən ödənişsiz xəstəxanada pul tələb edilir" - Səhiyyə Nazirliyi
26-04-2017 16:59 Vüqar Bayramov: "Vahid taksi qiymətinin tətbiqi rəqabəti boğacaq"
26-04-2017 16:12 Axşam saatlarında bu küçələrdə hərəkət çətinləşəcək
26-04-2017 15:41 Almaniyadan olan turist piyada Azərbaycana gəlib
26-04-2017 14:34 Mətbuat azadlığı reytinqində 180 ölkə arasında 162-ci yerdəyik
26-04-2017 14:34 "SOS Uşaq Kəndləri Azərbaycan" Assosiasiyası uşaq hüquqlarına dair tədbir keçirdi
26-04-2017 12:57 Bakı-Sumqayıt yolunda qəzanı belə sürücülər yaradır - VİDEO
26-04-2017 12:53 Azərbaycan Milli Kitabxanası - FOTOLAR
26-04-2017 12:40 Builki Gül bayramı ilə bağlı - İcra Hakimiyyətindən AÇIQLAMA
26-04-2017 12:30 Azərbaycanda yeni dərman zavodu inşa olunacaq
26-04-2017 12:15 "Azərbaycanda halal turizmlə bağlı standartlar hazırdır"
26-04-2017 11:37 DYP sizi 60 AZN cərimə edə bilər - Sürücülərin DİQQƏTİNƏ - VİDEO
26-04-2017 11:34 Daha 4 "ASAN xidmət" mərkəzi inşa olunur
26-04-2017 11:20 "Kral Holding" Şirkəti məhv olmaq təhlükəsi ilə üz-üzə
26-04-2017 10:59 Artıq texniki nasaz avtomobillər qeydiyyata alınmayacaq
25-04-2017 22:22 Bakıda küçə ticarətinə qarşı REYD
25-04-2017 22:05 Ədliyyə orqanlarında çalışmaq istəyənlər DİQQƏT - VAXT BİTİR
25-04-2017 17:23 Əflatun Amaşov "Şöhrət" ordeni ilə təltif edilib
25-04-2017 16:11 Bakıda metroda maraqlı hadisə kameraya düşdü - VİDEO
25-04-2017 16:04 AİP Məbəs bayramı münasibəti ilə xalqımızı təbrik edib
25-04-2017 15:58 Xaçmaz İcra Hakimiyyəti meymun heykəlinə pul tapır, şəhid ailəsinə yox – FOTO
25-04-2017 15:38 Cəmil Quliyev növbəti dəfə İTV-nin baş direktoru seçilib
25-04-2017 15:21 Azərbaycanda xərçəng xəstəliyindən ölənlərin SAYI açıqlandı
25-04-2017 14:29 Evinizi mehmanxana edə bilərsiniz - QANUN TƏSDİQLƏNDİ
25-04-2017 14:14 Gözün buynuz qişasının idxalı və transplantasiyasına icazə verilib
25-04-2017 14:06 Milli Məclisin foyesində siqaret çəkmək qadağan olunub
25-04-2017 12:51 Korrupsiya haqqında məlumat verənə təzyiq edənlər CƏRİMƏLƏNƏCƏK
25-04-2017 12:36 Əziz Seyidov Ali Məhkəmənin hakimi seçilib
25-04-2017 12:22 Övladlığa uşaq götürmək istəyənlər, bunu nəzərə alın
25-04-2017 12:21 Sürücülər piyadalardan daha məsuliyyətlidirlər - RƏSMİ
25-04-2017 12:03 Azərbaycanda hotellərin sayı artırılacaq
25-04-2017 11:11 "Səni tutub salacağıq içəri" - Sakindən Abutalıbova -VİDEO
25-04-2017 10:55 BƏƏ-dən gələn turistlərin sayı 22, İraqdan gələnlərin sayı 30 dəfə artıb
25-04-2017 10:36 Azərbaycan hotellərində də halal turizm standartları tətbiq ediləcək
25-04-2017 10:35 4 küçədə üfüqi nişanlanma xətləri rənglənəcək

Xəbər Lenti
Bu gün ən çox oxunanlar

Övladınızı təhlükələrdən qoruyacaq 10 faydalı TÖVSİYƏ
28-04-2017 15:25
Bakıda milyarderin bahalı avtomobili satışa çıxarıldı
28-04-2017 10:38
Prezidentlərin maaşı nə qədərdir? - FOTO
28-04-2017 11:00
Şəhid Polkovnikin həyat yoldaşı: Heç olmasa şəhidin adına hörmət edin
28-04-2017 15:14
"Sosial mənzil" almaq üçün tələb olunan sənədlərin siyahısı...
28-04-2017 14:16
Kürdlər Türkiyə ordusunun zirehli RLS-ni vurub - VİDEO
28-04-2017 16:50
Tramp RƏM sisteminə görə Seuldan 1 milyard dollar istədi
28-04-2017 09:51
May ayına olan hava proqnozu açıqlanıb
28-04-2017 14:21
Azərbaycanın iki rayonuna yeni polis rəisi təyin edilib
28-04-2017 10:34
Putinin qızı Hollandiyadakı malikanəsini satışa çıxardı
28-04-2017 11:44
Sorğu
Səs ver Nəticələr

Ölkə Siyasət
Dünya Münasibət
Hüquq İqtisadiyyat
Hərb Təhsil
Araşdırma Analiz
Hadisə, Kriminal Top Secret
İdman Maraq Dünyası
Mənəviyat Ailə-Uşaq
Sağlamlıq Foto
Tarix Video
Texnologiya Mədəniyət
Reportaj Vətən uğrunda
Рейтинг@Mail.ru ® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


Rss - Saytın Xəritəsi - Dizayn : AA Design

Faktxeber.az