Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

24 İyun

2015
16:24
7392
Nəqliyyat Nazirliyi hər gün bu əlilə belə işgəncə verir - FOTO-VİDEO

Dünən Abşeron “Gənclər şəhərciyi”nin qarşısındakı yoldakı keçiddən istifadə etməyərək, dəmir çəpərlərdən aşaraq, Sumqayıt şosesinin digər tərəfinə keçən qadın barədə video yayımlamışdıq. Təbii ki, ilk olaraq ağıla gələn, niyə bu qadının keçid olduğu halda, dəmir çəpərləri aşıb özünü təhlükəyə atması və yüksək sürət yolunu keçməsi idi. Amma təbii ki, bu barədə düşünənlər sadəcə monitor arxasında oturanlardır. İşin həqiqəti isə hadisə yerinə baxış keçirəndə aydın olur.

FaktXəbər-in məlumatına görə, bu ərazidə tikilən yerüstü keçiddən hər gün 10 mindən çox sakin istifadə edir. Belə ki, keçidin arxasında yerləşən 4300 mənzillik “Gənclər şəhərciyində” 4000-ə yaxıb ailə yaşayır. Amma gəlin görək, bu qədər insanın istifadə etdiyi keçid hansı vəziyyətdədir. 

İlk baxışda keçiddə heç bir problem yoxdur. Çox gözəl üslubda və səliqə ilə tikilib. Kənar hissələri şüşəbənd və nikel məhəccərlə əhatə olunub. Problem sadəcə bu qədər insanın istifadə etdiyi keçidə eskalator deyil, 44 pillədən ibarət pilləkənin quraşdırılmasıdır. 

Keçidin sifarişçisi Nəqliyyat Nazirliyinin tərkibində olan “Azəryolservis” ASC-dir və tikintini «Azərinşaatservis» şirkəti həyata keçirib.

Amma məsələ kimin tikməsində deyil, sifarişçinin bu qədər səhlənkarlıq edərək, 10 mindən çox əhalinin yaşadığı əraziyə pilləkənli keçid inşasındadır. Hansı ki, şəhərin əksər hissələrində ayda 10 min insanın istifadə etmədiyi eskalatorlu keçidlər var. Görəsən Nəqliyyat Nazirliyi adı “Gənclər şəhərciyi” olmasına baxmayaraq, bu ərazidə yaşlıların, uşaqların, əlillərin də yaşayacağını düşünməyibmi? Yayın isti günlərində cavan adamın belə, bu pilləkənləri çıxıb-düşməsi çətinlik yaradır, o ki qala yaşlı insanlara.

Məhz buna görə, həmin qadını qınamaq olmaz. Düzdür, həyatı bahasına risk edir, maşının altına düşmək ehtimalı var, amma bu, ehtimaldır. Sürücülər insaf edib yol verəcəklər. Pilləkənlə çıxmaq isə onu təngnəfəslikdən öldürə bilər.

Aşağıda görəcəyiniz I qrup əlilin isə dəmir çəpəri bir ayaqla keçmək imkanı yoxdur. O, məcbur olub, min-bir əziyyətlə həmin pillələri qalxmalı və düşməlidir.

Bizdən bu qədər. Qalanı Nəqliyyat Nazirliyinin insafına qalıb.

Система Orphus Mətndə orfoqrafik səhv aşkar etdinizsə, həmin hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru