Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

21 Mart

2017
09:38
864
Noyer Bakıya gəlməyəcək

“Bavariya”nın qapıçısı Manuel Noyer Almaniya millisinin düşərgəsini tərk edib.

Buna təcrübəli əlcək sahibinin zədələnməsi səbəb olub. Belə ki, bir müddət öncə topuğunda zədə olan qolkiper Bundesliqanın XXV turunda “Borussiya” (Münhenqladbax) oyunda zədəsini yenidən bərpa edib.

Buna görə millinin düşərgəsindən kənarda qalan çərçivə qoruyuçusunun hansı müddətə sıralara qayıdacağı açıqlanmayıb. İlkin ehtimallara görə, Noyer təxminən 1-2 həftə sonra məşqlərini bərpa edə biləcək.

Baş məşqçi zədələnən qolkiperin əvəzində PSJ-də forma geyinən Kevin Trappı dəvət edib.

Qeyd edək ki, Almaniya millisi martın 22-də İngiltərə ilə yoxlama oyununa çıxacaq. Bundestim bundan 4 gün sonra DÇ-2018-in seçmə mərhələsində Bakıda Azərbaycan yığmasının qonağı  olacaq.(sportal)

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru