Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

Yazar

18 Mart

2017
11:46
2135
Novruz bayramı ilə əlaqədar məktəblərdə tətil günləri açıqlanıb

Təhsil Nazirliyi Novruz bayramı ilə bağlı məktəblərdə qeyri-dərs günlərini açıqlayıb.

Təhsil Nazirliyinin mətbuat xidmətindən FaktXeber.com-a verilən məlumata görə, 2017-ci ildə 20, 21, 22, 23, 24 mart Novruz bayramı günləridir.

Nazirlikdən bildirilib ki, 6 günlük iş həftəsi ilə işləyən ümumtəhsil məktəblərində martın 18-i, 5 günlük iş həftəsi ilə işləyən məktəblərdə isə martın 17-si dərs günüdür.

Qanunvericiliyin tələblərinə uyğun olaraq bayramdan sonra 6 günlük iş həftəsi ilə işləyən ümumtəhsil məktəblərində martın 25-i, 5 günlük iş həftəsi ilə işləyən məktəblərdə martın 27-si dərs günüdür.

Yəni 5 günlük iş həftəsi ilə işləyən məktəblərdə 9, 6 günlük iş həftəsi ilə işləyən məktəblərdə isə 6 gün dərs olmayacaq.

Qeyd edək ki, ümumtəhsil məktəblərinin 2016-2017-ci dərs ilində 5 günlük payız tətili 16-20 noyabr, 5 günlük qış tətili 27-31 yanvarda olub.

İbtidai siniflər üçün 5 günlük əlavə yaz tətili isə 1-5 may tarixlərində olacaq.

Xatırladaq ki, Novruz bayramında 9 gün ardıcıl iş günü olmayacaq. Nazirlər Kabinetinin qərarına əsasən, 2017-ci ildə 20, 21, 22, 23, 24 mart Novruz bayramı günləridir. 18, 19, 25 və 26 mart tarixləri şənbə və bazar günlərinə təsadüf etdiyi üçün Novruz bayramında ardıcıl 9 gün qeyri-iş günüdür.

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


16-12-2017 01:41

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru