Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

16 Aprel

2019
21:02
1353
Notr-Dam yanğından sığortalanmışdımı?

Dünən güclü yanğına görə ciddi zərər çəkən Parisin Notr-Dam kilsəsi sığortalanmayıbmış.

FaktXeber.com-un RİA Novosti-yə istinadla məlumatına görə, söhbət unikal tarixi obyektdən getdiyi üçün ona dəyən zərəri hesablamaq çətindir, ancaq istənilən halda bu, milyard deyilsə də, milyonlarla dollarladır.

Bazar ertəsi günü axşamı baş verən və tarixin ən güclü yanğınlarından sayılan hadisə zamanı kilsənin tavanı çöküb, konstruksiya tamamilə alovlara bürünmüşdü. Yanğınsöndürənlərin sözlərinə görə, Notr-Damın strukturu və əsas sənət əsərləri, həmçinin  kilsədə saxlanan müqəddəs əmanətlər salamat qalıb.

Sığorta, maliyyə riskləri və mədəni abidələr üzrə rusiyalı ekspert Dmitri Qruzinçev ehtimal edir ki, kilsə dövlət himayəsində olduğu üçün büdcə çatışmazlığına görə sığortalanmaya bilərdi:

"Bu, (Notr-Dam Katedralı) bir kilsə, dövlət və ya başqa bir qaynaq ola bilər. Büdcədən və maliyyələşdirmədən asılıdır ki, obyekt sığortalanıb, ya yox. İkinci məsələ isə sığortaya yanaşmadır. Mədəni irs obyekti standart əmlak və ya incəsənət nümunəsi kimi sığortalana bilər."

Fransız KİV-ləri yanğını restavrasiya işləri ilə əlaqələndirirlər. Prokurorluq orqanları təsadüfi yanğın nəticəsində dəyən zərərə görə cinayət işi açıb. Təmir işləri ilə məşğul olan "Europe Échafaudage" şirkətinin nümayəndəsi bütün təhlükəsizlik qaydalarına əməl etdiklərini açıqlayıb.

Məqalədə : Notr-Dam kilsəsi 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Robert Köçəryan yenidən həbs olundu

25

İyun
16:13
DÜNYA
3461

FHN-dən sürücülərə müraciət - VİDEO

25

İyun
15:17
NƏQLİYYAT
1650

Şagird yerdəyişməsi elektronlaşdırılır

25

İyun
15:07
ELM / TƏHSİL
2814

Ukrayna heyəti AŞPA-nı tərk edib

25

İyun
14:54
DÜNYA
1105
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


26-06-2019 06:03



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru