Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

19 Mart

2018
12:55
5928
Nobel prospektindən Ukrayna dairəsinə dönənlərin nəzərinə! DƏYİŞİKLİK VAR

Bakının Nobel prospektində tıxacın aradan qaldırılması üçün avtomobillərin hərəkətində dəyişiklik edilib.

FaktXəbər-in məlumatına görə, bu barədə "Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli Trend-ə açıqlamasında deyib.

Qurum rəsmisi bildirib ki, artıq həmin ərazidə bununla bağlı tədbirlərə start verilib və yolda yoxlanış aparılır: "Nobel prospektindən Ukrayna dairəsinə getmək üçün yardımçı yoldan sola dönüş var idi. Bu da sürücülərin yolu gözləməməsindən tıxaclara səbəb olurdu. Bunun qarşısını almaq üçün həmin ərazidən geriyə dönmə ləğv edilib və qarşıdakı yoldan dönməyə şərait yaradılıb. Əvvəlki yerdən isə geridönmə ləğv edilib".

A.Nəcəfli bildirib ki, bu proses yoxlama məqsədilə həyata keçirilir: "Əraziyə plastik maneələr də düzülüb. Əgər bu proses müsbət nəticə versə, həmişəlik bu cür olacaq. Əgər müsbət nəticə verməsə, digər tədbirlər görüləcək".

Məqalədə : Nobel prospekti 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


27-04-2018 07:06

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com



Рейтинг@Mail.ru

DMCA.com Protection Status