Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

07 Mart

2017
14:40
758
Nobel mükafatı neçə qadına təqdim olunub?

FaktXəbər-in "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, dünyanın ən nüfuzlu mükafatlarından sayılan Nobel mükafatına 116 ildə yalnız 48 qadın layiq görülüb. Nobel mükafatları 1901-ci ildən bu yana fizika, kimya, ədəbiyyat, iqtisadiyyat, sülh və tibb sahələrində fövqəladə uğurlara görə təqdim olunub.

Qeyd edək ki, Nobel mükafatına layiq şəxslər İsveç Kral Elmlər Akademiyası, İsveç Akademiyası, Karolinska İnstitutu və Norveç Nobel Komitəsi tərəfindən seçilir. 116 il ərzində 822 kişi də Nobellə mükafatlandırılıb.

Nobel mükafatını ilk alan qadın Mariya Curie olub. 1903-cü ildə fizika, 1911-ci ildə isə kimya sahəsində mükafata layiq görülən radiologiya elminin banisi Curie, Nobeli iki dəfə alan yeganə qadın adını da əlində saxlayır.

Nobel Sülh Mükafatına layiq görülən ən gənc adam kimi tarixə düşən Malala Yusufzay 2014-cü ildə 17 yaşında bu mükafatı alıb.

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru