Tarix:09-01-2017 14:53
Niyə rubl, təngə üzür, manat yox? – ARAŞDIRMA
Şərh yaz
“Ölkənin maliyyə sektorunun yüksək həddə dollarlaşması milli valyutanın etibarlılığını zəiflədir və makroiqtisadi sabitliyi risk altına qoyur. 
 
2015-ci ilin dekabrından üzən məzənnəyə keçsək də bu keçid “tənzimlənmə” mərhələsində qalıb. “Tam üzmək” mərhələsinə keçid isə hələki ləngiyir”. 
 
FaktXəbər-in məlumatına görə, bu barədə iqtisadçı-ekspert Samir Əliyev yazıb.
 
“Rəsmi sənədlərdə bu keçidin tezliklə baş tutacağı vurğulanır. Bu fikri bəzi ekspertlər də bölüşür. Tam üzən məzənnəyə keçidi zəruri edən səbəb manatın real bazar dəyərini tapmasına nail olmaq və bununla da valyuta bazarında sabitliyi təmin etməkdir. 
 
Digər tərəfdən siyasi və iqtisadi baxımdan bizə yaxın olan Rusiya və Qazaxıstanın tam üzən məzənnəyə keçidi hökumətimizi “onlarda mümkündürsə, bizdə niyə mümkün olmasın?” tipli suallarla üz-üzə qoyur. 
 
Sual haqlıdır, ancaq cavabı ürəkaçan deyil. Əgər tam üzən məzənnəyə keçid potensialı əsasında 3 ölkəni sıralasaq Azərbaycan şübhəsiz ki, sonuncu olar. Bu kiçik siyahıya isə əlbəttə Rusiya başçılıq edər.
 
Elə nəticələr də sıralanmaya adekvatdır. Rusiyada tam üzən məzənnəyə keçid uğurlu alınıb, Qazaxıstanda bir sıra çətinliklər qalmaqdadır, Azərbaycan isə cəhd səviyyəsindədir.
 
Azərbaycanın yaxın dövrdə tam üzən məzənnə siyasətinə keçidi real görünmür. Bu ideya hələ bir müddət deklarasiya səviyyəsində qalacaq. Ekspertlər bunun ağır fəsadları barədə xəbərdarlıq edirlər. Mərkəzi Bank da vəziyyətin mürəkkəbliyini anlayır və bu səbəbdən prosesi uzadır. 
 
Milli valyutanın sabitliyini qiymətləndirərkən tədiyyə balansının vəziyyətini təhlil etmək, onun mövcud durumunu nəzərə almaq çox vacibdir. Bu, ən vacib indikatordur. 
 
Milli valyutaların sabitliyini təmin edən digər indikator bank sektorunun dollarlaşması səviyyəsidir. Bank sektorunda dollarlaşma səviyyəsi artdıqca milli valyutaya təzyiq artır. 
 
Biz həm də bu indikator vasitəsilə rus rublu və qazax təngəsindən fərqli olaraq manatın tam üzən məzənnəyə keçməsinin arzuolunan olmadığını görə bilərik. Rus rublunun və Qazax təngəsinin niyə “üzə” bildiyini, manatın isə buna “hazır olmadığını” izah etmək üçün Rusiya, Qazaxıstan və Azərbaycanın bank sektorunun əmanət bazarında dollarlaşma səviyyəsinin mövcud durumunu diqqətinizə çatdırmaq istəyirəm.  
 
2013-cü ildə - neft gəlirlərinin yüksək səviyyədə olduğu bir dövrdə Rusiyada əmanətlərinin dollarlaşma səviyyəsi (17,4%) həm Qazaxıstan, həm də Azərbaycandan aşağı olub.
 
Neftin kəskin ucuzlaşması və sanksiyaların nəticəsi Şimal qonşumuzda dollarlaşma səviyyəsini kəskin artıra bilməyib. Hətta bu səviyyə 30%-dən də aşağı olub. Halbuki Azərbaycanda dollarlaşma səviyyəsi böhrandan əvvəl Qazaxıstandan az olsa da böhran dövründə sürətli dollarlaşma nəticəsində manatın payı 15%-ə qədər azalıb.
 
 
Göründüyü kimi, hər üç ölkədə 2016-ci ildən başlayaraq əmanətlərdə dollarlaşma səviyyəsinin azalması müşahidə edilir. Buna səbəb ümumilikdə əmanət qoyuluşunun artım tempinin kəskin azalmasıdır. 
 
Məsələn, Rusiyada əmanətlərin illik artım tempi 2015-ci ildəki 25,15%-dən 2016-cı ilin 11 ayında 0,7%-ə düşüb. Qazaxıstanda oxşar göstəricilər 54,5% və 12,2% olub. Azərbaycanda isə 2015-ci ildə artım 31,79% olduğu halda 2016-cı ilin 10 ayında 21,8% azalma qeydə alınıb.
 
 
Azərbaycan qeyri-maliyyə təşkilatlarının depozitlərinin dollarlaşması səviyyəsinə görə də digər iki ölkəyə uduzur. Rusiya və Qazaxıstan dollarlaşma səviyyəsini üzən məzənnəyə keçiddən əvvəlki səviyyəyə qədər azalda biliblər.
 
Rusiyada müəssisələrin depozitlərində dollarlaşma səviyyəsi 2013-cü il, Qazaxıstanda isə 2014-cü il səviyyəsinə düşüb. Azərbaycanda azalma müşahidə edilsə də, hələki dollarlaşma yüksək səviyyədə qalmaqdadır.
 
Böhran vaxtı hər üç ölkədə əmanətçilərin devalvasiya gözləntisinə reaksiyası fərqli olub. Statistik məlumatların təhlili göstərir ki, Azərbaycan əmanətçiləri digər ölkə əmanətçiləri ilə müqayisədə milli valyutaya daha çox etimadsızlıq göstəriblər. 
 
Devalvasiya təzyiqinin güclü olduğu 2015-ci ildə Rusiyada rubl əmanətləri 19,6% artdığı halda Qazaxıstanda təngə əmanətləri cəmisi 0,6% azalıb. Həmin il iki kəskin devalvasiya yaşayan Azərbaycanda isə manat əmanətlərinin azalması 67,9% olub.
 
Artıq Rusiya və Qazaxıstanda milli valyutada əmanət qoyuluşu artmağa başlayıb, Azərbaycanda isə proses azalmaq istiqamətində davam edir. Devalvasiya gözləntisi, xüsusən də manatın real bazar dəyərini almaması ilə bağlı rəylər əhalini əlindəki vəsaiti dollara çevirməyə vadar edib. 
 
Azərbaycanda milli valyuta əmanətləri üzrə illik gəlirlilik digər iki ölkədən çox olmasına rəğmən əhali manata əmanəti qoymağa risk etmir. Rusiyada milli valyutada olan əmanətlər üzrə illik faiz dərəcəsi 10-11%, Qazaxıstanda 13-15%-dir. 
 
Azərbaycanda manat əmanətinə təklif edilən gəlirlilik daha yüksəkdir. Buna səbəb daha çox milli valyutanın məzənnəsinin sabitliyinin dayanıqlığıdır. Rus rublu 2015-ci ildə 29,6% ucuzlaşsa da 2016-cı ildə 16,8% möhkəmlənib.
 
Oxşar vəziyyət Qazaxıstan valyutasında da baş verib. 2015-ci ildə dəyərini 86,2% itirən qazax təngəsi 2016-cı ildə mövqeyini qoruyaraq 1,8% möhkəmləndirib. Manat isə 2015-ci ildə 2 dəfəyədək (98,8%) dəyər itirməsindən sonra 2016-cı ildə daha 13,6% ucuzlaşıb və prosesin hansı həddə qədər davam edəcəyi naməlumdur. Qara bazarda manatın ucuzlaşması daha yüksəkdir.
 
Deməli, əsas səbəb milli valyutanın sabitliyinə inamdır. Valyutanın sabitliyi üçün iqtisadiyyatın diversifikasiyası, ixrac potensialının güclənməsi, rəqabətqabiliyyətli daxili istehsalın mövcudluğudur. 
 
Hər bir maliyyə sabitliyinin arxasında milli valyutaya məcburi “sevgi hissi” yox real fəaliyyət durur. Maliyyə sektorunda, o cümlədən, əmanət bazarında dollarlaşma səviyyəsinin azalması üçün iqtisadi zəmin və milli valyutanın məzənnəsinin sabitliyinə inam olmalıdır”.
Orphus system Mətndə orfoqrafik səhv aşkar etdinizsə, həmin hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
İmza : N
Teqlər :
dollar - manat - rubl - araşdırma -
Paylaş :
Mail Yazdır Şərh yaz 0 dəfə şərh edilib
Tarix:09-01-2017 14:53 - Oxundu: 1199
İqtisadiyyat
29-04-2017 21:49 Azərbaycana idxal həcmi 490 milyon dollar azalıb
29-04-2017 21:36 Sosial mənzillərə qeydiyyat başlayır: QİYMƏTLƏR, ŞƏRTLƏR, TƏLƏBLƏR - VİDEO
29-04-2017 11:53 "Azərbaycandakı bankların fəaliyyətində ciddi nöqsanlar var"
29-04-2017 10:30 Neft və qızıl bahalaşıb
28-04-2017 17:22 Dolların mayın 1-nə olan məzənnəsi açıqlanıb
28-04-2017 09:38 Mərkəzi Bankın valyuta məzənnələri - CƏDVƏL
28-04-2017 09:27 2025-ci ilədək Azərbaycanda neft hasilatı PROQNOZLARI
27-04-2017 20:48 Dolların sabaha olan məzənnəsi açıqlanıb
27-04-2017 13:51 Quba almalarının İrəvana müdaxiləsi - VİDEO
27-04-2017 13:28 Bugünkü valyuta hərracının nəticəsi açıqlanıb
27-04-2017 11:27 Banklar dolların yeni alış-satış qiymətlərini elan etdilər - SİYAHI
27-04-2017 09:45 Azərbaycan neftinin qiyməti 54 dolları ötüb, qızıl bahalaşıb
27-04-2017 09:31 AMB-nin rəsmi valyuta məzənnələri
26-04-2017 20:41 Dolların sabaha olan məzənnəsi açıqlanıb
26-04-2017 10:15 Qızıl ucuzlaşıb, neft bahalaşıb
25-04-2017 17:09 Dolların sabaha olan məzənnəsi açıqlanıb
25-04-2017 10:50 Banklar dolların yeni alış-satış qiymətlərini elan etdilər - SİYAHI
25-04-2017 10:31 "Bazarda stabilliyin qorunması üçün neft hasilatı azaldılmalıdır"
25-04-2017 09:40 Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri
24-04-2017 21:54 Azərbaycan Qazaxıstana Naftalan məlhəmi ixrac edə bilər
24-04-2017 21:38 II Dünya müharibəsi iştirakçılarına 1000 manat birdəfəlik maddi yardım veriləcək
24-04-2017 17:24 Aprelin 25-nə manatın məzənnəsi
24-04-2017 12:26 Azərbaycandakı bahalaşma rəqəmlərdə - CƏDVƏL
24-04-2017 11:35 Banklar dolların yeni alış-satış qiymətlərini elan etdilər - SİYAHI
24-04-2017 09:43 Mərkəzi Bankın valyuta məzənnələri
22-04-2017 21:54 Azərbaycanda ət ucuzlaşdı - VİDEO
22-04-2017 14:12 Deputat: "Qiymətlər süni olaraq artırılır"
22-04-2017 12:27 "Qara bazar"da dolların qiyməti bahalaşdı
22-04-2017 11:08 Qızıl bahalaşıb, neft ucuzlaşıb
21-04-2017 17:32 Manatın 3 günlük məzənnəsi AÇIQLANDI
21-04-2017 11:47 Banklar dolların yeni alış-satış qiymətlərini elan etdilər - SİYAHI
21-04-2017 11:08 Rusiyada ən varlı qadınlar - FOTO
21-04-2017 10:54 Krediti olanlar sosial ev ala biləcəklərmi? - CAVAB
21-04-2017 09:38 Mərkəzi Bankın valyuta məzənnələri
21-04-2017 09:37 Bakıda kirayədə qalanlar, QİYMƏTLƏR dəyişdi
21-04-2017 09:23 Qızıl ucuzlaşıb, neft bahalaşıb
20-04-2017 18:11 Mal-qara, televizor, kompüter girov qoyaraq kredit götürmək mümkün olacaq
20-04-2017 15:28 Azərbaycanda bankların sayı 20-dək azalacaq
20-04-2017 15:16 Bağlanan 11 bankın əmanətçilərinə 727,5 mln. manat ödənilib
20-04-2017 14:14 İnflyasiya rekord həddədir
20-04-2017 13:05 Bugünkü hərracda dollar öz dəyərini saxlayıb
20-04-2017 11:57 Valyutadəyişmə məntəqələri niyə açılır? - Səbəb açıqlandı
20-04-2017 11:56 Ən varlı 200 rusiyalı biznesmenin reytinqi açıqlandı - SİYAHI
20-04-2017 10:19 Banklar dolların yeni alış-satış qiymətlərini elan etdilər - SİYAHI
20-04-2017 09:27 Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri
19-04-2017 21:12 Gənclər Fonduna 3 milyon manat ayrılıb
19-04-2017 20:23 Dolların sabaha olan məzənnəsi açıqlanıb
19-04-2017 15:44 Xarici meyvə və tərəvəz "yerli" idxalın statistikasını doldurub
19-04-2017 11:46 Azərbaycanda bu şəxslər "exchange" aça biləcəklər
19-04-2017 10:33 Banklar dolların yeni alış-satış qiymətlərini elan etdilər - SİYAHI
19-04-2017 09:35 Neft və qızıl ucuzlaşıb
19-04-2017 09:25 Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri - CƏDVƏL
18-04-2017 20:35 Mənzillərin kirayə haqqı bahalaşıb
18-04-2017 11:44 Banklar dolların yeni alış-satış qiymətlərini elan etdilər - SİYAHI
18-04-2017 09:53 Mərkəzi Bankın valyuta məzənnələri CƏDVƏL
18-04-2017 09:35 Neft cuzi bahalaşıb, qızıl ucuzlaşıb
17-04-2017 13:28 Prezident: "İqtisadiyyatımızı ancaq islahatlar hesabına inkişaf etdirəcəyik"
17-04-2017 11:12 Nazirlik: "İş yerinə dair arayış" xidmətinə müraciətlərin sayı 47% artıb
17-04-2017 10:38 "Fitch" Azərbaycan büdcə kəsirindən yazıb
17-04-2017 09:34 Manatın bugünkü MƏZƏNNƏSİ

Xəbər Lenti
Bu gün ən çox oxunanlar


Sorğu
Səs ver Nəticələr

Ölkə Siyasət
Dünya Münasibət
Hüquq İqtisadiyyat
Hərb Təhsil
Araşdırma Analiz
Hadisə, Kriminal Top Secret
İdman Maraq Dünyası
Mənəviyat Ailə-Uşaq
Sağlamlıq Foto
Tarix Video
Texnologiya Mədəniyət
Reportaj Vətən uğrunda
Рейтинг@Mail.ru ® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


Rss - Saytın Xəritəsi - Dizayn : AA Design

Faktxeber.az