Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

09 Fevral

2017
12:59
726
Nigeriyada piratların girovu olan gəminin kapitanı danışdı

Nigeriya piratları tərəfindən  girov götürülən  gəminin  kapitanı rabitəyə girib və heyət üzvlərinin  hamısının sağ-salamat olduğunu deyib. FaktXəbər-in RİA Novosti-yə istinadla verdiyi məlumata görə, bu barədə əsirlikdə olan murmansklı  dənizçi  Serqey Qusarovun atası İqor Ryaba deyib.

«Qızıma kompaniyadan zəng vurulmuşdu, dedilər ki, kapitan əlaqə yarada bilib – ona zəng etməyə izn verilib. Deyib ki, hamı sağ-salamatdır, normal saxlanılırlar, qohumlardan narahat olmamalarını istəyiblər», - deyə Ryaboy bildirib.

Xatırladaq ki, hadisə  fevralın 5-də Qvineya körfəzində  baş verib. Motorlu qayıqda olan piratlar  gəmiyə atəş açıblar. Almaniya kompaniyasına məxsus  Carribean gəmisi Kamerundan Qanaya yola düşmüşdü. Rusiyanın Nigeriyadakı səfirliyindən bildirilib ki, dənizçilərin yerinin müəyyənləşdirilməsi üçün bütün qüvvələr sərf olunur. 

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru