Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

01 Aprel

2017
10:23
621
Nigeriyada “Boko Haram” silahlıları 22 qızı oğurlayıb

Nigeriyada “Boko Haram”  terrorçu qruplaşmasının silahlıları 22 qız oğurlayıb.

 

FaktXeber.com-un “AFP”-yə istinadən verdiyi xəbərə görə, martın 30-da silahlılar ölkənin şimal-şərqində yerləşən kənddən 17 yaşadək olan 18 qızı oğurlayıb.

 

Bundan sonra digər  yaşayış məntəqəsinə hücum edən terrorçular daha 4 qızı zorla özləri ilə aparıblar.

 

2014-cü ilin aprelində Borno ştatının Çibok şəhərində internat məktəbində təhsil alan 276 qız “Boko Haram” qruplaşması tərəfindən oğurlanmışdı.

 

Xatırladaq ki, “Boko Haram” Nigeriya hökumətinin devrilməsinə və ölkənin şimalında islam dövlətinin yaradılmasına çalışır.

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru