Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

18 Aprel

2017
10:50
549
İnformatika fənni tədris olunmur - Osman Gündüz

"Nəinki texniki yönümlü orta məktəblərdə, liseylərdə, heç Azərbaycanın yeganə riyaziyyat-informatika təmayüllü liseyində belə informatika fənni tədris olunmur”.

Bunu Sherg.az-a Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyib. O bildirib ki, mövcud vəziyyət müəyyən olunmuş Strateji Yol Xəritəsinə uyğun deyil:

"2015-ci ildə Təhsil Nazirliyində məktəblərin təmayülləşməsi istiqaməti götürülüb. Bu əslində müəyyən istiqamət üzrə məktəblərin təmayülləşməsi doğru istiqamətdir. Lakin götürülən istiqamətlər üzrə hansı fənlərin keçirilməsi məsələsi var ki, məsələn, texniki, humanitar və s. istiqamətlər üzrə müəyyən olunmuş bəzi fənlər məcburi keçilməlidir. Təhsil naziri Mikayıl Cabbarovun bununla bağlı qeyri - adi bir əmri var. Əmrdə nəzərdə tutulub ki, texniki istiqamətlər üzrə təmayülləşən məktəblərdə, liseylərdə informatikanın keçirilməsi məcburi deyil. Bütün anormallıqlar da həmin məsələdən qaynaqlanıb. Yəni məktəb özü bilər, bu fənni tədris edir, ya yox. Bakıda fəaliyyət göstərən Yasamal rayonundakı Fizika, Riyaziyyat və İnformatika Təmayüllü Lisey Azərbaycanda bu istiqamətdə yeganə liseydir. Həmin liseydə 10-11-ci siniflərdə informatika fənni tədris olunmur. Bunu müzakirə edirik ki, bu müəyyən olunmuş Strateji Yol Xəritəsinə uyğun deyil. Yenidən bu məsələyə baxılmalıdır, heç olmasa, riyaziyyat, ekonomika, texniki istiqamətlər üzrə informatika fənni əsas fənn kimi tədris olunmalıdır”.

Nazirliyin bununla bağlı açıqlamasını diqqətə çatdıran O. Gündüz bildirib ki, nazirliyin iddiasına görə gələcəkdə informatika fənninin tədrisi nəzərdə tutulub:

Hazırda 2 saat əlavə edilib, məktəb özü istəsə həmin iki saat üçün nəğmə, informatika əmək təlimi, rəsm və s. kimi fənlər təşkil edə də bilər, etməyə də bilər. Bununla bağlı heç bir rəsmi açıqlama verilməyib. İlk dəfə sosial şəbəkədə paylaşdığım məlumatda Cəsarət Valehov qeyd etdi ki, bu gələcəkdə nəzərdə tutulub. Amma nazir, müavinlər bununla bağlı heç bir açıqlama verməyiblər”.

Система Orphus Mətndə orfoqrafik səhv aşkar etdinizsə, həmin hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru