Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

13 İyun

2018
14:09
1134
`İnformasiya əldə etmək haqqında` Qanunda dəyişiklik ediləcək

İyunun 13-də Milli Məclisin insan hüquqları komitəsinin növbəti iclası keçirilib.

FaktXəbər-in məlumatına görə, iclasda “İnformasiya əldə etmək haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi müzakirə edilib. Bildirib ki, qanun layihəsinə əsasən sənədin 30.1-ci maddəsinə yeni cümlənin əlavə olunması nəzərdə tutulub. Təklif edilən dəyişikliyə əsasən büdcə təşkilatının, dövlət adından yaradılan publik hüquqi şəxslərin, büdcədənkənar dövlət fondlarının, səhmlərinin (paylarının) 30 faizi və ya daha artıq hissəsi dövlətə məxsus olan təsərrüfat cəmiyyətlərinin illik maliyyə fəaliyyəti haqqında məlumatların, o cümlədən dövlət büdcəsindən verilmiş vəsaitdən və ya onlara ayrılmış əmlakdan istifadəyə aid olan informasiyanın internet informasiya ehtiyatlarında açıqlanması qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. Bu səlahiyyət Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən həyata keçiriləcək. Nəzərdə tutulan dəyişikliyin tətbiqi ilə çoxsaylı informasiya sorğularının sayı azaldılacaq, informasiya əldə edilməsində şəffaflıq artırılacaq və ictimai nəzarət imkanları gücləndiriləcək.

Diqqətə çatdırılıb ki, indiyə kimi “İnformasiya əldə etmək haqqında” Qanuna 2010-2017-ci illərdə 32 müvafiq dəyişiklik edilib.

Sonra deputatlar qanun layihəsi haqqında fikir və təkliflərini səsləndiriblər.

Sonda qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə edilib.

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-06-2018 17:19



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com